text
stringlengths 13
2.05k
| label
stringclasses 10
values |
---|---|
Gürcüstanın həbsdə olan keçmiş prezidenti Mixail Saakaşvili rusiyalı müxalifətçi Aleksey Navalnının ölümündən təəssüfləndiyini bildirib. Musavat.com teleqraf.com-a istinadən bildirir ki, eks-prezident Rusiyadakı digər siyasi məhbusların azadlığa buraxılmasına çağırıb. "Aleksey Navalnı Putin rejiminə müqavimətin böyük qəhrəmanı idi. Ölümü böyük faciədir, amma bu labüd təhlükə çoxdan vardı. Əvvəllər Alekseylə aramızda fikir ayrılıqları olub, amma onun cəsarəti və böyük istedadına heyran olmuşam, Putinin dəstəklədiyi oliqarx Bidzina İvanişvili rejimi tərəfindən həbsxanada mənimlə pis rəftar edildiyi vaxt mənimlə həmrəyliyini çox yüksək qiymətləndirmişəm. İndi Qərbi Rusiyadakı digər siyasi məhbusları xilas etməyə çalışmağa çağırıram. Məni də xilas etməyə çalışın", - Saakaşvili vurğulayıb.
|
Dünya
|
Türkiyədə suriyalıların ən çox məskunlaşdığı Kilis rayonunun hər tinində bir acı hekayə var. Musavat.com-un məlumatına görə, suriyalı qadınlar burada “kataloq”dan günü (ikinci arvad) olaraq seçilir. Ölkələrində davam edən müharibədən qaçaraq Türkiyəyə sığınan əcnəbi vətəndaşlar burada xeyli problemlə də üzləşir. Suriyalı qadınlar isə günü adətinə qurban gedir. Bu qadınları alıb günü aparmaq üçün İzmir, Ankara, İstanbul kimi inkişaf etmiş şəhərlərdən də gələnlər olur. Türkiyənin “Cumhuriyyət” qəzeti Kilisdəki mövcud vəziyyəti gün üzünə çıxarıb. Yerli sakinlər doğma rayonlarında özlərini turist kimi hiss etdiklərini deyiblər: “Kilisdə turist kimiyik. Çünki burda əhalinin yarıdan çoxu suriyalı qaçqınlardır. Mağazaların çoxunda ərəbcə yazılar yazılır ”. Əhməd adlı suriyalı kişi isə öz mədəniyyətlərindən danışaraq 12, 13, 14 yaşına çatmış qızlarını ərə verdiklərini bildirib: “Müharibədir, baxa bilmirik. Yüksək başlıq pulu da istəmirik. Qaçqınlara rəsmi nikah da kəsmirlər. Qızımızı verəcəyimiz adamın isə evli olması problem deyil. Bizdə 4 qadınla evlənməyə icazə var. Ailəmizdəki qızlarımızın çoxu burada belə evlənib. Həm biz, həm də qarşı tərəfdən araçılıq edənlər var. Qadınlar da, kişilər də bu işə kömək edirlər”. Yerli sakinlər isə bildiriblər ki, burada təəccüblü bir şey yoxdur: “Biz əvvəllər də günü alırdıq. Müharibədən sonra bu işlər xeyli asanlaşıb. Sadəcə Kilisdən deyil, Qaziəntəp, Şanlıurfadan da günü alırdıq. İndi də Ankara, İzmir, İstanbuldan gələrək Kilisdən günü alırlar”. Müxbirin "Bəs üstünə günü gətirilən qadınların vəziyyətdən xəbərləri yoxdurmu?"-sualına yerli sakinlərin cavabı isə belə olub: "Var, amma səslərini çıxara bilmirlər..." Gülnar
|
Dünya
|
Ukrayna Müdafiə Qüvvələrinin bölmələri son sutka ərzində rusların 10-dan çox yaşayış məntəqəsinə hücumunu dəf edib. Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının səhər xəbərlərində deyilir. Düşmən 7 raket (bunlardan 3-ü Kramatorsk və Qulyaipole şəhərlərinə qarşı olub) və 15 hava zərbəsi endirib, çoxsaylı reaktiv sistemlərdən 68 hücum təşkil edib. Bildirilib ki, ruslar əsas səylərini Baxmut və Avdeyevski istiqamətlərində hücuma cəmləşdirir, burada ağır döyüşlər davam edir. “Düşmən son aylarda Baxmutu tutmağa çalışsa da, əsgərlərimiz Ukrayna qalasını qəhrəmancasına müdafiə edirlər”, - məlumatda deyilir. Prezident Aparatının rəhbəri Andrey Yermak bu istiqamətdə gedən döyüşləri düşmənin böyük itkilər verdiyi üçün “Verden ətçəkən maşını” ilə müqayisə edib. Alman kəşfiyyatının bəyan etdiyi kimi, işğalçıların Baxmut istiqamətindəki uğurları Ukrayna üçün əsl fəlakətə çevrilə bilər, çünki bu, rusların daha da daxilə doğru irəliləməsinə imkan verəcək.
|
Dünya
|
Bu gün Simferopolda Krım tatarlarının deportasiyasının 70 illiyi bağlı matəm mitinqindən canlı yayım verən jurnalist Osman Paşayev tədbirdən dərhal sonra itkin düşüb. Musavat.com-un UNİAN-a istinadən verdiyi xəbərə görə, “Açıq Krım kanalı” internet-layihənin yaradıcısı olan Paşayevin yoxa çıxması barədə Zərifə Seydamatova öz facebook səhifəsində yazıb. Onun yazdığına görə, Osmanı Simferopolda həbs ediblər. “Ancaq hara aparıldığı bilinmir. Qohumları da ondan xəbərsizdir. Nə onun, nə də onu müşayiət edən türkiyəli operatorun telefonları cavab vermir”, - deyə o, statusunda qeyd edib. Musavat.com
|
Dünya
|
Yaponiya və Rusiya kosmik sahədə əməkdaşlığın, o cümlədən müqavilə münasibətlərinin təşviqi məsələlərini müzakirə edirlər. Qeyd edək ki, görüş Yaponiyanın Kyota şəhərində beynalxalq elm və texnologiya forumunun çərçivəsində Yaponiyanın Baş naziri Şinzo Abe və Rusiyanın Baş nazirin müavini Maksim Akimov arasında baş tutub. Rusiyanın Baş nazirin müavini Maksim Akimov görüşdə hansı mövzuları toxunduqlarını açıqlayıb: "Vladivostokda Prezident Vladimir Putin və Baş nazir Şinzo Abe ilə ikitərəfli görüş nəticəsində müzakirə olunan və soruşulan əməkdaşlıq sahələrinin həyata keçirilməsi barədə danışdıq. Müqavilə münasibətləri, kosmik sahədə əməkdaşlıq da daxil olmaqla yeni bir paketin təşviqi ehtiyacından danışmışıq" deyə o bildirib.
|
Dünya
|
Biznesmen Roman Abramoviç “Çelsi” futbol klubunun satışından əldə etdiyi vəsaiti hələ ki, Ukraynaya Yardım Fonduna köçürməyib. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Britaniyanın “Daily Mail” qəzeti məlumat yayıb. Qaynaqların verdiyi xəbərə görə, Abramoviç Ukraynaya yardım fonduna vəsait köçürmək üçün müqavilə imzalamaqdan imtina edərək, “Çelsi”nin satışından əldə olunan 2,3 milyard funt-sterlinqin bir hissəsinin də müharibədən əziyyət çəkən ruslara göndərilməsini israr edir. Bu isə ingilislərin xoşuna gəlmir. Vəsaitlərin humanitar fonda köçürülməsi London klubunu satmaq üçün sövdələşmənin tamamlanmasının şərtlərindən biri idi. Müqavilə bu ilin yanvarında bağlanıb, lakin klubun satılması ilə bağlı danışıqlar hələ Abramoviç Rusiyanın Ukraynadakı müharibəsinə görə sanksiyalar siyahısına düşməmişdən əvvəl başlayıb. Rusiyalı oliqarx 20 ildir ki, klubun sahibidir. Qəzetin Böyük Britaniya hökumətindəki mənbələrə istinadən verdiyi informasiyaya əsasən, nə Böyük Britaniya hökuməti, nə də Avropa Komissiyası Rusiyaya qarşı sanksiyaların mövcud olduğu bir vaxtda ruslara vəsaitin köçürülməsinə razı ola bilməz. Abramoviçin mətbuat xidmətindən verilən məlumata görə, rusiyalı milyarder pulu "münaqişənin hər iki tərəfindəki qurbanların" ehtiyacları üçün bir fonda pul köçürməkdə israrlıdır. Rusiya tərəfdən qurbanlar dedikdə kimlərin nəzərdə tutulduğu açıqlanmayıb. Çelsinin satışından əldə olunan 2,3 milyard funt-sterlinqlik Abramoviçin şirkətlərindən birinin dondurulmuş hesabında qalır. Həmin məbləği istənilən yerə köçürmək üçün Britaniya Xarici İşlər Nazirliyinin icazəsi tələb olunur. Qeyd edək ki, bundan öncə Böyük Britaniyanın “The Guardian” qəzeti müharibə başlamazdan üç ay əvvəl Abramoviç öz əmlakını uşaqlarının adında olan trast şirkətlər arasında payladığını bildirib. Abramoviçin yeddi övladı var, onlardan ən kiçiyi 9 yaşındadır. Onların hamısı trastlar sayəsində ən azı dörd milyard dollar dəyərində aktivlərə çıxış əldə etdilər. Musavat.com
|
Dünya
|
ABŞ-ın Kaliforniya ştatında silahlı hücum nəticəsində 2 polis əməkdaşı həlak olub. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, polis əməkdaşları əməliyyat-axtarış təbirləri keçirən zaman naməlum silahlı şəxs şerifin müavinini qətlə yetirib və 2 polis əməkdaşını yaralayıb. Yaralılardan biri xəstəxanada ölüb. Sakramento şəhərində keçirilən əməliyyat zamanı sakinlərə xəbərdarlıq edilib və onlara olduğu yerləri tərk etməmək və evdən çölə çıxmamaq tövsiyə olunub. Hazırda əməliyyat zamanı qadın və kişi saxlanılıb. Qadının üzərində tapança aşkarlanıb.
|
Dünya
|
ABŞ prezidenti Barak Obamanın illik mətbuat konfransında sualları yalnız qadın jurnalistlər veriblər. Musavat.com xəbər verir ki, bu barədə “The Washington Post” yazıb. Qeyd edək ki, Brak Obaça Havay tətili öncəsi Aö Rvin brifinq zalında yekun mətbuat konfransı keçirib. “Görürsünüzmü, sualları qadınlar verəndə mətbuat konfransları nə qədər maraqlı keçir?”, - “The Washington Post”un əməkdaşı Qven İfil Twitter-də yazıb. Bu il Barak Obama Politico, Bloomberg, Associated Press, McClatchy, Reuters, Wall Street Journal, Washington Post və American Urban Radio əməkdaşlarının suallarını cavablandırıb. Musavat.com
|
Dünya
|
Respublikaçı Nümayəndələr Palatası Hunter Baydenin rus və qazax oliqarxlarından 20 milyon dollar məbləğində ödənişlərinin bank hesablarını açıqlayıb. “Ölkə.Az” “Fox News”a istinadən xəbər verir ki, konqresmen Ceyms Komer, Hunter Bayden və onun biznes tərəfdaşlarının atası vitse-prezident olduğu zaman Rusiya və Qazaxıstan oliqarxlarından ödənişlər aldığını göstərən bank sənədlərini açıqlayıb. O cümlədən, Ukraynanın “Burisma Holdings” şirkətindən, həmçinin rusiyalı oliqarx Yelena Baturinadan (Moskvanın keçmiş meri Yuri Lujkovun arvadı – red.) və qazaxıstanlı oliqarx Kenes Rakişevdən ödənişlər alınıb. Ozamankı vitse-prezident Bayden bu şəxslər və ya onların nümayəndələri ilə şəxsən görüşüb.
|
Dünya
|
ANS PRESS-in məlumatına görə, İŞİD terror qruplaşmasının Əl-Qaidənin Suriya qolu hesab edilən Əl-Nusra cəbhəsi liderlərindən ikisini edam etdiyi barədə açıqlama yayılıb. Bu barədə Suriyanın insan haqları təşkilatı “Mirsad” xəbər verib.Qurumun yaydığı açıqlamada Raqqa şəhərində edam edilən Əl-Nusra cəbhəsi liderlərinin bir müddət əvvəl İŞİD-ə qoşulduğu bildirilir. Edam edilənlərin İŞİD-ə xəyanət etmək planlarının üzə çıxması olub. Qeyd edək ki, Əl-Nusra cəbhəsi Suriyadakı ən böyük üçüncü silahlı qrupdur. Aprel 2013-cü ildə Əl-Qaidəyə bağlılığını açıqlayıb. Qrupun ən az 5000 savaşçıdan meydana gəldiyi bildirilir. Qruplaşma Bəşər əl-Əsədi devirmək və bu yolla öz ideoloji məqsədlərini həyata keçirmək və yaymaq istəyir.
|
Dünya
|
Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) İran vətəndaşı olan 29 məhbusu əfv edib."Report" İran KİV-inə istinadən xəbər verir ki, bunu İslam Respublikası xarici işlər nazirinin müavini Həsən Kaşkavi bildirib.Həmin şəxslər əmirlikdə müxtəlif ittihamlarla mühakimə edilərək, həbs olunmuşdular.
|
Dünya
|
Alman polisi ölkənin müxtəlif şəhərlərində terror aktı hazırlayan şəbəkə üzvlərini həbs edib. Bu barədə mətbuata Almaniya Federal Prokurorluğundan açıqlama verilib. Federal Prokurorluğun məlumatında yanvarın 30-da üç İraq vətəndaşının terror aktı təşkil etmə şübhəsi ilə saxlanıldığı bildirilir. Hüquq-mühafizə orqanları bu şəxslərin Şlesvinq-Holstein, Maklenburq-Vorpommern və Baden-Vürtenberqdəki mənzillərində axtarış aparıblar. Onların “İslam dövləti” terror təşkilatı ilə əlaqələri araşdırılır. Federal Prokurorluğun məlumatında qeyd olunur ki, şübhəlilərin terror aktı törətmək üçün hədəfləri hələ müəyyən olunmayıb, lakin onların hansı terrorçu qrupa mənsub olduqları dəqiqləşdirilir. AzərTAc xatırladır ki, bundan əvvəl Almaniyanın hakimiyyət orqanları terror təşkilatları ilə əlaqəsi olan suriyalı mühaciri də Niderlanda ekstradisiya ediblər.
|
Dünya
|
“BMT Baş Assambleyasının təşəbbüsü ilə hazırda təşkilata üzv olan 196 ölkənin daimi nümayəndəlikləri Türkiyəyə humanitar yardım toplayır”. “Report”un ABŞ bürosu xəbər verir ki, bu barədə BMT Baş Assambleyasının sözçüsü Paulina Kubiak deyib. Sözçü bildirib ki, yardım kampaniyası BMT Baş Assambleyasının 77-ci sessiyasının Prezidenti Ksaba Korosinin təşəbbüsü ilə başladılıb. “Humanitar yardımlar Nyu-Yorkda Türk Evində yerləşən Türkiyə missiyasında toplanır. Baş Assambleyanın prezidenti katiblikdəki üzvləri bacardıqları qədər yardım etməyə təşviq edir. Aspirindən tutmuş qış paltarları, gödəkçələr, yastıqlar və ehtiyac duyulan hər şey ianə edilə bilər”. Paulina Kubiak BMT-də akreditə olmuş 200-dən çox jurnalisti də humanitar yardımda köməklik etməyə çağırıb.
|
Dünya
|
Qan laxtalanmasının yaranması onkoloji xəstəliklərin mövcudluğuna işarə ola bilər. “Report” xəbər verir ki, bu barədə həkim və teleaparıcı Aleksandr Myasnikov "Rossiya 1" telekanalının efirində bildirib. Onun sözlərinə görə, qan laxtasının yaranması zamanı pasiyenti tam müayinədən keçirmək lazımdır ki, həkimlər onun yaranmasının dəqiq səbəbini müəyyən edə bilsinlər.
|
Dünya
|
Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında təkbətək görüş olub. Modern.az Türkiyə mətbuatına istinadən bildirir ki, prezidentlər Soçidə keçirilən Zirvə toplantısından öncə təkbətək görüşərək, Suriya məsələsini müzakirə ediblər. Hər iki dövlət başçısı mətbuata açıqlamasında regiondakı qarışıqlığa toxunublar. R.T. Ərdoğan həmkarı ilə görüşünü "bu, sülhün daha güclü şəkildə ələ alınmasına imkan verəcək" - deyərək, qiymətləndirib. Rusiya prezidenti Vladimir Putin isə açıqlmasında qeyd edib ki, regiondakı vəziyyətlə bağlı çox fərqli dinamikalar var, bunu dərk edirlər. Rusiya prezidenti inanır ki, bu görüş və məsləhətləşmələr çox səmərəli olacaq.
|
Dünya
|
Misir Baş Prokurorluğu "Müsəlman qardaşları" hərəkatının 7 üzvünün saxlanılması barədə ölkənin Daxili İşlər Nazirliyinə tapşırıq verib. Trend-in cümə axşamı RİA Novosti-yə istinadən verdiyi məlumata görə, onlar terror təşkilatına üzv olmaqda təqsirləndirilir.Qeyd edək ki, dünən Misir hökuməti "Müsəlman qardaşları"nı rəsmən terror təşkilatı elan edilməsi ilə bağlı fərman verib.Fərmana görə, "Müsəlman qardaşları"nın ölkə daxilində və xaricdə istənilən fəaliyyəti qanunsuz hesab edilir.Həmin yeddi nəfər məlum fərmandan sonra hərəkatın saxlanılan ilk üzvləridir.
|
Dünya
|
Avropa Komissiyası Avropaya miqrant axınını dayandırmaq yox, idarə olunmasını təkmilləşdirmək yolunu tapmaq niyyətindədir. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) miqrasiya, vətəndaşlıq, daxili işlər komissarı Dimitris Avramopulos Brüsseldə keçirdiyi brifinq zamanı bildirib. “Gəlin dürüst olaq: miqrasiya olub və olacaq. Əsas olan onu dayandırmaq yox, onun idarəetməsini təkmilləşdirməyin yolunu tapmaqdır”, - deyən Aİ rəsmisi Suriyanın şimal-şərqində Türkiyə Ordusunun əməliyyatı nəticəsində bu sahədəki vəziyyətin yenidən kəskinləşə biləcəyini qeyd edib. Avropa Komissiyasının miqrasiya məsələsinə dair fəaliyyətini qiymətləndirən komissar 2016-2019-cu illər ərzində İttifaq ölkələrində kvota əsasında 55 minədək miqrantı yerləşdirdiklərini, bunun “böyük nailiyyət” olduğunu diqqətə çatdırıb. Qeyd edək ki, 2015-ci ildən etibarən Avropa İttifaqının xarici sərhədlərini keçən qanunsuz miqrantların sayı 2,5 milyondan artıqdır.
|
Dünya
|
1969-cu ildən etibarən "Bizim Anadolu", "Hər gün", "Orta Şərq", "Sabahınız xeyir" və "Qurultay" qəzetlərində ümumi nəşr müdiri və köşə yazarı olaraq çalışıb. Türkiyədə barəsində ən çox cinayət işi açılan jurnalistlərdən olub. Ağır Cəza, Dövlət Təhlükəsizlik və Hərbi vəziyyət məhkəmələrində mühakimə olunub. 1974-cü ildə əfv fərmanı ilə Bayrampaşa həbsxanadan azadlığa çıxıb. 12 sentyabr 1980-ci çevrilişində təkrar həbs olunub. 1987-ci ildə iki dəfə Bayrampaşa həbsxanada, iki dəfə Paşaqapısı həbsxanada olmaq üzrə Silivri, Kastamonu, Daday, Erzincan, Tercan cezaevlərində təxminən 5 il məhbus həyatı yaşayıb. Bu gün cənazə mərasimində iştirak edən MHP başqanı Dövlət Bağçalı, jurnalist-yazar Necdət Sevincin idealist-milliyyətçi hərəkətə könül verənlərin ürəklərində daima yaşayacağını və əsərləriylə davamlı olaraq xatırlanacağını bildirdi. Bağçalı N.Sevincin vəfatıyla əlaqədar verdiyi mesajda türk milliyyətçiliyinin görkəmli adlarından və simalarından biri olan N.Sevincin vaxtsız vəfatının onları dərindən üzdüyünü söylədi: ''Türk mətbuat və düşüncə həyatının bu seçmə şəxsiyyəti həyatını iddiasına həsr edib, qarşılaşdığı çətinliklər qarşısında heç vaxt qorxmayıb. Mərhum N.Sevinc türk milliyyətçiliyinin inkişafı, böyüməsi və fikir qaynaqlarının canlı qalması üçün böyük əmək sərf edib. Bu duyğu və düşüncələrlə, mərhum jurnalist və yazar hörmətli N.Sevincə cənabı Allahdan rəhmət, ailəsinə, sevənlərinə, ictimaiyyətimizə və millətimizə səbir və başsağlığı diləyirəm.'' FƏRAHİM
|
Dünya
|
Ukraynaya hərbi yardım göndərən dövlətlərin siyahısına Bolqarıstan da qoşulub. Musavat.com xarici mediaya istinadən xəbər verir ki, bu dövlət Ukraynaya silah, döyüş sursatı göndərib. Bu ilin mart ayında Bolqarıstanın baş naziri Kiril Petkov ölkəsinin Ukraynaya humanitar dəstəyi davam etdirəcəyini, lakin ora silah göndərmək fikrində olmadığını bildirmişdi. Onu da qeyd edək ki, bu ilin fevralından başlayan Rusiya-Ukrayna müharibəsi hələ də davam edir və bu müharibədə əksər dövlət Rusiyanı işğalçı hesab edir, Ukraynaya dəstək göstərir.
|
Dünya
|
Fransa Ali Səhiyyə Komitəsi 40 yaşdan yuxarı bütün insanlara gücləndirici peyvənd etməyi tövsiyə edir. Musavat.com Report-a istinadən xəbər verir ki, bu barədə komitənin saytında dərc olunmuş məlumatda deyilir. Ali Səhiyyə Komitəsi xəbərdarlıq edib ki, hazırda Fransada koronavirusa yoluxma halları artmaqdadır. Qeyd edək ki, Fransada 65 yaşdan yuxarı insanlar üçün 3-cü doza peyvənd məcburidir. Bu yaş qrupundakı insanlar dekabrın 15-dək peyvəndin gücləndirici dozasını almasalar, onların sağlamlıq bileti ləğv olunacaq. Fransa Səhiyyə Nazirliyinin məlumatına görə, artıq 50 milyondan çox insan peyvəndin tam dozasını qəbul edib.
|
Dünya
|
CNN Türk kanalının məlumatına görə, o, Danimarkanın baş naziri olarkən peyğəmbərin karikaturası ilə bağlı qalmaqala müsəlmanları qəzəbləndirən reaksiyasından sonra islam aləminə dair barış mesajlarını Türkiyədən verə bilər. Rasmussen Ankarada avqustun 27-28-də olacaq. Onun Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi İlkər Başbuğ, baş nazir Rəcəb Tayyib Ərdoğan və prezident Abdullah Güllə görüşləri planlaşdırılıb. Onun müzakirə edəcəyi əsas məsələlərdən biri Əfqanıstan və bu ölkədə keçirilən prezident seçkilərindən sonra yaranmış vəziyyətdir.Yaxın vaxtlarda Türkiyənin Əfqanıstandakı NATO qüvvələrinin komandanlığını yenidən üzərinə götürməlidir. Rasmussenin həmçinin İraqdakı vəziyyət və Somali dəniz quldurlarına qarşı mübarizə məsələlərini də müzakirə edəcəyi gözlənilir. Xatırladaq ki, Rasmussenin baş katib olmasına karikatura böhranı ilə bağlı Türkiyə əvvəlcə veto qoyub, daha sonra ABŞ-ın işə qarışmasıyla vetonu götürüb.
|
Dünya
|
Nyu-Yorkun “Bronkssk” heyvanat parkındakı dişi pələngdə koronavirus testi müsbət nəticə verib. “Report” xəbər verir ki, bu barədə Vəhşi heyvanların Saxlanılması Cəmiyyətinin (WCS) bəyanatında deyilir. "Dörd yaşlı Malayya pələngi “Nadi”də koronavirus aşkarlanıb. Onda, digər pələng “Azul”da, iki Amur pələngi və üç Afrika şirində quru öskürək müşahidə olunur. Onların hamısının sağalacağı gözlənilir”, - press-relizdə deyilir. “Biz ehtiyat tədbiri kimi pişik üzərində koronavirus testi keçirdik", - deyə xəbərdə əlavə edilib. ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Xidmətinin milli laboratoriyası həmçinin dişi pələngdə koronavirusun mövcudluğunu təsdiqləyib.
|
Dünya
|
Son yeddi ildə ABŞ-ın iri şəhərlərində avtomobil qaçırılması hallarının sayı 510 faiz artıb. Belə hadisələrin çoxu Çikaqo, Nyu-York, Filadelfiya və Yeni Orleanda baş verir. Bu şəhərlərdə avtomobil qaçırılması statistikası durmadan artır. AZƏRTAC xəbər verir ki, ekspertlərin çoxunun fikrincə, bu artımın əsas səbəbi cinayət hüququ islahatlarıdır. Digərləri belə hesab edir ki, bu vəziyyət pandemiya dövründə baş vermiş dəyişikliklərlə, o cümlədən çatdırma xidmətlərinə tələbatın artması ilə bağlıdır. ABŞ şəhərlərində kriminal hadisələri izləyən “Metro Crime”nin hesablamalarına görə, keçən il Çikaqoda 1849 avtomobilin qaçırılması qeydə alınıb. Bu, 2014-cü ilin müvafiq göstərici (303 hadisə) ilə müqayisədə 510 faiz çoxdur. Keçənilki göstərici 2020-ci ildə qeydə alınmış 1413 hadisə ilə müqayisədə 30 faiz çoxdur. Nyu-Yorkda son üç ildə avtomobil qaçırılması hallarının sayı 350 faizdən çox artaraq, 2021-ci ildə 510 fakta bərabər olub. Müqayisə üçün bildirək ki, 2020-ci ildə Nyu-Yorkda 328, 2019-cu ildə 132, 2018-ci ildə 112 avtomobilin qaçırılması qeydə alınıb. Belə hadisələrin sayının kəskin artdığı şəhərlərdən biri də Filadelfiyadır. Filadelfiya polis komissarı Daniel Autluonun sözlərinə görə, keçən il bu şəhərdə 750 avtomobil qaçırılması qeydə alınıb. Bu, əvvəlki ilin göstəricinə nisbətən 34 faiz çoxdur. Yeni Orleanda da bu göstərici artmaqdadır. 2020-ci ildə belə cinayətlərin sayı 278-ə bərabər olub. Bu isə 2019-cu ilin göstəricisi ilə müqayisədə 104 faiz çoxdur. Keçən il bu şəhərdə 288 avtomobil qaçırılıb.
|
Dünya
|
Cənubi Koreyada koronavirusun yeni ştammına (COVID-2019) yoluxanların sayı 30 nəfərə çatıb. “Report” xəbər verir ki, bu barədə Cənubi Koreyanın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (KCDC) təşkilatı xəbər verib. Yeni yoluxan 68 yaşlı qadındır. Onun həyat yoldaşı da virusa yoluxmuşdu. Hazırda qadın Seul universitetinin nəzdinə fəaliyyət göstərən xəstəxanada müalicə alır. Son məlumatlara görə, Cənubi Koreyada doqquz nəfər virusdan sağalıb, 21 nəfər isə hələ də müalicə olunur. Digər 408 nəfər virusla bağlı yoxlamadan keçirilir.
|
Dünya
|
İstanbulda keçirilən əməliyyatda Rusiya səfiri Andrey Karlovu qətlə yetirən polis məmuru Mövlud Mert Altıntaşın yaxını, FETÖ-cü terror təşkilatının üzvü Ş.S.-nin həyat yoldaşı A.S. adlı qadın Bəylikdüzü rayonunda tutularaq nəzarətə götürülüb. Ş.S. özü isə illər öncə “silahlı terror təşkilatına üzv olmaq” cinayətinə görə 9 il müddətinə azadlıqdan məhrum edilib. Onun həyat yoldaşı A.S.-nin də ByLock məlumat qeydinə sahib olduğu və yazışmalar apardığı aşkarlanıb. A.S.-nin evində aparılan axtarışlar zamanı 1 ədəd mobil telefon, 1 ədəd sim kart aparatı, 2 ədəd sim kart, 1 ədəd yaddaş kartı götürülüb. Bildirilib ki, proses başa çatdıqdan sonra A.S. məhkəməyə çıxarılacaq. Rusiya səfiri Andrey Karlov 2016-cı il dekabrın 19-da qatıldığı sərgidə öldürüldükdən sonra onun qatillinin FETÖ üzvü olduğu məlum olub. Cinayət təşkilatının üzvü olan bir çox adam Karlova sui-qəsddə mühakimə olunaraq mühakimə olunub. Ekspertlər bu cinayətin törədilməsinin məqsədinin 2016-cı ildə onsuz da münasibətləri gərgin olan Rusiya və Türkiyənin arasını bir az da vurmaq və iki dövləti müharibəyə çəkmək olduğunu bildiiridilər. Musavat.com
|
Dünya
|
Macarıstan deputatları Avropa Birliyi Parlamentinin Avropa demokratiyasını “dalan nöqtəyə” dirədiyini əsas gətirərək, səlahiyyətlərinin azaldılmasını tələb edən qətnamə qəbul ediblər. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Euronews” kanalı məlumat yayıb. Viktor Orbanın rəhbərlik etdiyi Macarıstanın “Fides” partiyasının üzvləri tərəfindən qəbul edilən bu qətnamə üzv ölkələrin parlamentlərinə Aİ səviyyəsində təklif olunan qanun layihəsini bloklamak imkanı verir. “Euronews”in xəbərinə əsasən,Viktor Orbanın partiyası bununla Avropa Parlamentinin Macarıstana təsir edən qanunları qəbul etmək imkanlarını azaldacağına və bütövlükdə AB-nin gücünü sarsıdacağına ümid edir. Qətnamədə “Avropa demokratiyası Avropa Parlamentinin yürütdüyü çıxılmaz vəziyyətdən çıxarılmalıdır”. “Avropa İttifaqı dəyişməlidir, çünki o, dövrümüzün çağırışlarına hazır deyil” kimi müddəalar yer alıb. Qətnamədə “AB-nin əsasını təşkil edən hazırkı müqavilələrin “böhran zamanlarında əməkdaşlıq üçün adekvat olmadığı” vurğulanıb. Musavat.com
|
Dünya
|
ABŞ-ın Oklahoma ştatında baş verən hadisə gündəm olub. Musavat.com haberler.com-a istinadən bildirir ki, “Midwest City Middle School”da idman müəllimi işləyən Ayvi Rineunun davranışı eşidənləri şoka salıb. Belə ki, 28 yaşlı təhsil işçisi şagirdlərindən birinin ondan xoşu gəldiyini öyrənib. Ardınca o, 16 yaşlı şagirdinə sosial media hesabından çılpaq fotolarını və intim məzmunlu video göndərib. İddiaya görə, sözügedən şəxs Ayvinin göndərdiyi videonu dostlarına göstərib. Qısa müddətdə bu söz-söhbətlər yayılıb və müəllimə barəsində araşdırma başladılıb.Qalmaqallı hadisənin məhkəmə prosesi isə bu yaxınlarda keçirilib. Hakim şagirdinə uyğun olmayan videolar göndərməkdə təqsiri sübuta yetirilən müəllimin həbsinə qərar verib. Toğrul İSMAYIL,Musavat.com
|
Dünya
|
12,3 milyon suriyalı uşağın humanitar yardıma ehtiyacı var. Bu, 2011-ci ildə müharibə başlayandan bəri rekorddur. APA-nın xəbərinə görə, bunu UNİCEF-in Yaxın Şərq üzrə regional qrupunun rəhbəri Adel Xodr deyib. “Milyonlarla uşaq qorxu içində Suriyada və qonşu ölkələrdə yaşayır”, deyə Xodr bildirib. Təşkilat bildirir ki, yardıma ehtiyacı olan uşaqların 5,8 milyonu Suriyada, qalanları isə qonşu ölkələrdə məskunlaşıb. Ukrayna münaqişəsi nəticəsində yaranan bahalaşma suriyalı ailələrin vəziyyətini daha da ağırlaşdırıb.
|
Dünya
|
Son 24 saatda koronavirusa 10 982 nəfər yoluxub, 343 nəfər isə infeksiyanın qurbanı olub. “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Beləliklə, ÜST dünyada koronavirusa yoluxanların sayının 153 517 nəfərə, virusdan ölənlərin sayının isə 5 375 nəfərə çatdığını bildirib. Qeyd edilir ki, Çin xaricində təsdiq edilmiş yoluxma faktlarının sayı 72 469-dur. Ölənlərin sayı isə 2 531 nəfərdir.
|
Dünya
|
Böyük Britaniya baş naziri Boris Consonun yeddinci övladı, Romi Ayris Şarlotta koronavirusa yoluxub. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Daily mail” qəzeti məlumat yayıb. Qəzet baş nazirin qızının koronavirusun ağır formasını keçirdiyini bildirib. Buna görə baş nazirin COVİD-19-a qarşı peyvəndləmə mərkəzinə ziyarətini ləğv edib. Xatırladaq ki, hazırda hökumət başçısının rəhbərinin özü koronavirus pandemiyası ilə bağlı tətbiq edilən məhdudiyyətləri pozması ilə gündəmdədir. Onun hətta bir vaxtlar bu xəstəliyə yoluxduğu zaman özünütəcrid qaydalarına məhəl qoymayaraq işləməsi ilə bağlı çıxan xəbərlər yerli mətbuatda sərt təpki və tənqidlərə səbəb olub. Musavat.com
|
Dünya
|
2013-cü ildə Suriya ordusundan fərarilik etmiş general Zaher əs-Sakat iddia edir ki, hökumət yüzlərlə ton kimyəvi silahları Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatından (KSQT) gizlədib. Bununla belə artıq üç ildir ki Suriyada olmayan Zaher əs-Sakat iddiasını heç bir dəlil təqdim etməyib. APA-nın Britaniyanın “Telegraph” nəşrinə istinadən verdiyi xəbərə görə, general Zaher əs-Sakat 2013-cü ilədək Suriya Silahlı Qüvvələrinin 5-ci diviziyasının kimyəvi silah hissəsinin komandiri olub. 2013-cü ilin martında general ordudan fərarilik etsə də, məlumata görə, Suriyadakı bəzi rəsmi şəxslərlə əlaqəsini saxlayıb. “Onlar (hakimiyyət) yalnız 1300 ton silaha malik olduqlarını etiraf ediblər, lakin biz bilirik ki, reallıqda kimyəvi silahların həcmi iki dəfə çoxdur... Onlar azı 2 min ton kimyəvi silaha malikdirlər”, - deyə Zaher əs-Sakat qeyd edib. Generalın sözlərinə görə, gizlədilən kimyəvi silah ehtiyatı bir neçə yüz ton zarin, prekursor, kimyəvi vasitələrlə doldurulmuş aviabombalar və “Skad” raketləri üçün nəzərdə tutulmuş kimyəvi başlıqlardan ibarətdir. Generalın sözlərinə görə, tonlarla kimyəvi döyüş sursatı Homs yaxınlığındakı dağlıq ərazidə yaradılmış gücləndirilmiş dayaq məntəqələrinə və Tartus yaxınlığındakı Cabla şəhərinə aparılmışdı.
|
Dünya
|
Gürcüstanda keçiriləcək NATO-nun “Layiqli tərəfdaş 2017” (Noble Partner 2017) hərbi təlimlərində iştirak edəcək ABŞ ağır hərbi texnikasının növbəti hissəsi Gürcüstana gətirilib. APA-nın yerli bürosunun Gürcüstanın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, “Stryker” zirehli maşınları Poti limanına çatdırılıb. Bundan öncə ABŞ-ın “Abrams” tankları və “Bradley” zirehli maşınları Gürcüstana gətirilmişdi. Genişmiqyaslı hərbi təlimlərin açılış mərasimində ABŞ-ın vitse-prezidenti Mayk Pens də iştirak edəcək. NATO-nun “Layiqli tərəfdaş 2017” hərbi təlimləri iyulun 30-dan avqustun 12-dək davam edəcək. Təlimlərdə Gürcüstan, ABŞ, Böyük Britaniya, Almaniya, Türkiyə, Sloveniya, eləcə də tərəfdaş ölkələr Ukrayna və Ermənistandan 2800 hərbçi iştirak edəcək. Təlimlər Vaziani və Norio hərbi bazalarında keçiriləcək.
|
Dünya
|
Meksika sahillərində cümə günü baş verən 8,1 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 90 nəfərə çatıb. "Report" xəbər verir ki, bu barədə "Europa Press" məlumat yayıb. Qeyd olunur ki, həlak olanların sayı Oahaka ştatının Mülki Müdafiə orqanı 71 nəfərin öldüyünü təsdiqlədikdən sonra artıb. "Onların sayı təkcə Oahakada 71 nəfərdir", - deyə mətbuat katibi Hesus Qonzales bildirib. Bununla yanaşı, Çyapas ştatında 15, Tabasko ştatında isə daha 4 nəfərin təbii hadisənin qurbanı olduğu bildirilir.
|
Dünya
|
Bir neçə gün əvvəl İranı bürümüş və benzinin bahalaşmasına etiraz olaraq başlamış etirazlara keçmiş prezident Mahmud Əhmədinejad dəstək verib. Virtualaz.org xəbər verir ki, özünün videomüraciətində Əhmədinejad indiki prezident Həsən Ruhanini də kəskin tənqid edib. Əhmədinejad habelə İran təhükəsizlik qüvvələrinin etirazçılara qarşı qeyri-proporsional gücdən istifadə etdiyini bildirib. Eks-prezidentin sözlərinə görə, Həsən Ruhaninin prezidentliyi dövründə (2013-cü ildən bəri) İranda korrupsiya onqat artıb, əhali isə yoxsulluğa, beynəlxalq və birtərəfli sanksiyalara düçar olub. “Görün siz bu ölkənin başına nə oyun açdınız! Danışanı susmağa məcbur edirsiniz. Təhqir edirsiniz və alçaldırsınız”,-Əhmədinejad bildirib. Keçmiş prezident habelə deyib ki, iranlılar dövlət orqanlarının işindən, xüsusən də Ruhaninin başçılıq etdiyi hökumətin işindən narazıdır. Və insanlar haqlı olaraq öz narazılıqlarını müxtəlif formalarda ifadə edirlər.
|
Dünya
|
“Microsoft”un “Windows 10X” əməliyyat sistemi 2021-ci ilin ikinci rübündə buraxılacaq. “Report” “Gizmochina”ya istinadən xəbər verir ki, yeni əməliyyat sisteminin başlıca funksiyaları arasında kompüteri “yuxu” rejimindən dərhal çıxardan “Modern Standby” rejimidir. Bu rejim işə salma düyməsini basmaqla, yaxud notbukun qapağını açmaqla aktivləşir. Kompüter “yuxu”da ikən nəzərdə tutulmuş əlavələr, o cümlədən e-poçtu işlədən yeni funksiya da xüsusi qeyd olunmalıdır. Qeyd edək ki, “Windows 10X” əməliyyat sistemi iki ekranlı və bükülən kompüter cihazları üçün nəzərdə tutulur.
|
Dünya
|
İran prezidenti Həsən Ruhani erməni həmkarı Serj Sarkisyanın dəvəti ilə bu gün İrəvana rəsmi səfər edəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir. Məlumata görə, Ruhani Ermənistana səfəri zamanı Serj Sarkisyan və baş nazir Karen Karapetyanla görüşəcək. “Səfər zamanı müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsinə dair bir neçə sənədin imzalanması nəzərdə tutulub. Prezidentlərin danışıqların yekunlarına dair mətbuat üçün bəyanatlar verməsi, Ermənistan-İran biznes-forumunda iştirak etməsi nəzərdə tutulub”. Yeni Müsavat
|
Dünya
|
Fransa prezidenti Emmanuel Makron Serbiyaya səfərini təxirə salıb. Trend-in məlumatına görə, bu barədə Fransa prezidenti Serbiya prezidenti Aleksandr Vuçiç ilə telefon danışığı zamanı bildirib. Serbiya prezidenti deyib: "E.Makron xahiş etdi ki, Fransada vəziyyətə və ölkə daxilində onun üzləşdiyi problemlərlə əlaqədar onun Belqrada səfəri bir neçə həftə təxirə salınsın. Mən ona dedim ki, ümid edirəm ki, Parisdə və Fransada vəziyyət tezliklə sakitləşəcək. A.Vuçiç əlavə edib ki, E.Makronla ikitərəfli münasibətlərin inkişafını və Fransanın Serbiyaya Avropa yolunda verdiyi dəstəyi müzakirə edib. Qeyd ədək ki, Fransa prezidenti Emmanuel Makronun Serbiyaya səfəri dekabrın 5-6 baş tutmalı idi.
|
Dünya
|
Sentyabrın 25-də Qazaxıstandakı Baykonur kosmodromundan kosmosa göndərilən və göyərtəsində ilk ərəb astronavtın da olduğu “Soyuz-15” gəmisi Beynəlxalq Kosmik Stansiyaya birləşib. TASS xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ilk astronavtı Həzaa əl-Mənsuri ilə yanaşı, kosmik gəminin ekipajına rusiyalı kosmonavt Oleq Skripoçka və NASA-nın astronavtı Cessika Meir də daxildir. “Roskomos”un məlumatında bildirilir ki, ərəb aeronavtın kosmik missiyası qısamüddətli olacaq və o, oktyabrın 3-də Yerə qayıdacaq. BƏƏ-nin ikinci astronavtı - əl-Mənsurinin dublyoru Sultan ən-Niyadi tezliklə Rusiyanın pilotlu kosmik proqramı çərçivəsində Beynəlxalq Kosmik Stansiyaya göndəriləcək. Bunu jurnalistlərə müsahibəsində Əmirliklərin Ali Təhsil və İxtisasartırma naziri Əhməd ben Abdalla Humeyd Belhul əl-Fəlasi söyləyib. Nazir qeyd edib ki, BƏƏ öz kosmik proqramını inkişaf etdirmək istəyir və hazırda Beynəlxalq Kosmik Stansiyada olan astronavtın təhlükəsiz şəkildə Yerə qayıtması və yeni astronavtların kosmosa göndərilməsi üzərində iş aparılır. “Roskomos”un rəhbəri Dmitri Roqozin isə bildirib ki, Rusiya tərəfi gələcəkdə BƏƏ-nin öz kosmik gəmisinin orbitə göndərilməsi istiqamətində qarşı tərəflə birgə proqram hazırlayacaq.
|
Dünya
|
Rusiyada son bir gündə daha 5 509 nəfərə COVID-19 diaqnozu qoyulub. “Report” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb. Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 1 068 320 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 57 nəfər artaraq 18 635-ə yüksəlib. Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 878 700 nəfər sağalıb. Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 696 nəfər.
|
Dünya
|
ABŞ-ın məşhur supermarketlər şəbəkəsi olan “Walmart”ın varisi Elis Valton artıq dünyanın ikinci ən varlı qadınıdır. Ötən günlərdə L'Oreal' şirkətinin sahibinin vəfat etməsinin ardından Elis Valton ikinci zəngin qadın adına sahib oldu. Elis “Walmart” supermarketlərinin idarəçiliyini etməsədə şirkətin ən böyük pay sahibidir. 66 yaşlı milyarder, 38.4 milyon dollarlıq əmlaklara sahibdir və ABŞ-ın birinci dünyanın isə ikinci ən zəngin qadını seçilib. Əlavə olaraq onu da bildirək ki, Elisin ailəsi də dünyanın zəngin insanları siyahısındadır. Qeyd etdiyimiz kimi onun ailəsi məşhur marketlər şəbəkəsinin qurucusu və sahibidir. Elis özündən böyük iki qardaşı ilə birlikdə 3 nəfərə 101.5 milyarda dollar sərvətə sahibdirlər. Lakin Elis qardaşları kimi sahib olduqları şirkətləri ilə maraqlanmır. Sadəcə şirkətin səhmlərinə ortaqdır. Uşaq yaşlarından sənətə maraq göstərən Elis böyük rəsm kolleksiyonuna malikdir. O sulu boya ilə çəkilən rəsm əsərlərinə maraq göstərir və xoşuna gələn əl işlərini böyük məbləğlərdə pul ödəyərək kolleksiyonuna əlavə edir. Kolleksiyonuna ilk rəsmi 10 yaşında olarkən alıb. 1970-ci illərdən bu yana yığdığı koleksiynundan dünyanın bir çox məşhur rəssamlarının əl işləri var. Elis 2011-ci ildə 50 milyon dollar ödəyərək Arkanzasda bu muzeyidə açıb. “Crystal Bridges” adı verilən muzeydə milyarder qadının 500 milyon dollarlıq kolleksiyonu sərgilənir. Elis 1988-ci ildə sahib olduğu sərvətini artırmaq məqsədilə bank açmışdı. Lakin 10 il sonra Elis içkili avtomobil idarə etdiyi üçün həbs olundu. Nəticədə bank iflasa uğradı və bağlandı. İki dəfə uğursuz evlilik yaşayan Elisin 66 yaşı olsa da övlad sahibi olmayıb. Milyarder qadının atlara da böyük marağı var. Texasda böyük bir atçılıq mərkəzi yaradan Elis hazırda oranı 20 milyon dollara satışa çıxarıb. Turan OrucMusavat.com
|
Dünya
|
Terrorçu qruplaşma üzvlərinin günahsız insanları öldürməsini göstərən daha bir video yayılıb. ANS PRESS-in məlumatına görə, Türkiyənin “A Haber” televiziyasında yayımlanan “Yaz poz” proqramında insanlıqdankənar hərəkətlərilə islam dini adına ləkə yaxan və dünya mətbuatının gündəmindən düşməyən İŞİD terror qruplaşmasının növbəti dəhşətli qətl görüntüləri təqdim edilib. Videoda İŞİD silahlılarının avtomagistralda hərəkət edərək ətrafdakıları atəşə tutaraq öldürdüyü göstərilir. Bəzi qurbanların özlərini ölü kimi göstərməyə cəhd etməsi də fayda verməyib. Onlar atəş açdıqları şəxsləri yenidən güllələyərək öldüklərindən tam əmin olurlar.
|
Dünya
|
İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Əli Xamneyi Məhəmməd peyğəmbərin və 6-cı imam Cəfər Sadiqin doğum günü (mövludu) münasibətilə əfv fərmanı imzalayıb.Ali Rəhbərin dəftərxanasından verilən məlumata görə, İranın Məhkəmə Qüvvələrinin sədri Sadiq Amoli Laricani hərbi və mülki məhkəmələr tərəfindən azadlıqdan məhrum edilmiş 1231 nəfərin siyahısını Əli Xamneyiyə təqdim edib.Ali Rəhbər humanizm prinsiplərini rəhbər tutaraq onları əfv edib.Xatırladaq ki, Məhəmməd peyğəmbər miladi tarixi ilə dekabrın 17-si, hicri-şəmsi tarixi ilə isə 27 azər ayında dünyaya gəlib.Bu gün İranda 1395-ci ilin azər ayının 26-cı günüdür.(AzərTAc) Yeni Müsavat
|
Dünya
|
Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvili Kiyevdəki restoranlardan birində saxlanılıb. "Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə siyasətçinin silahdaşı, Ukrayna Ali Radasının üzvü Yuri Derevyanko bildirib. Onun sözlərinə görə, M.Saakaşvilini "Suluquni" restoranında xüsusi təyinatlı dəstə saxlayıb. Artıq M.Saakaşvilinin saxlanılması faktını Ukrayna Daxili İşlər Nazirliyindən də təsdiq ediblər.
|
Dünya
|
İraqın paytaxtı Bağdadda 292 nəfərin ölümü ilə nəticələnən hücumun ardından şəhərin təhlükəsizliyindən cavabdeh şəxs – general-leytenant Əbdüləmir əş-Şammari vəzifəsindən uzaqlaşdırılıb. Axar.az xəbər verir ki, Nazirlər Kabinetindən verilən açıqlamada Şammaridən savayı daha iki məsul şəxsin də vəzifəsindən azad edildiyi qeyd olunub. Xatırladaq ki, iyulun 2-də Bağdadın mərkəzində yerləşən Karrada rayonunda partlayıcı quraşdırılmış avtomobil restoranın qarşısında partladılıb. Hadisənin ardınca Bağdadın şərqində növbəti partlayış baş verib. Nəticədə 292 nəfər həlak olub. Hadisədən dərhal sonra Daxili İşlər naziri Məhəmməd Səlim Qabban təhlükəsizlik və kəşfiyyat xidmətini günahlandıraraq istefa verib.
|
Dünya
|
Dövlət başçısı postunda Donald Trampın bir illik fəaliyyətini amerikalıların cəmi 39 faizi dəstəkləyir. AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bu məlumat NBC telekanalı ilə “The Wall Street Journal” qəzetinin müştərək apardığı sorğunun nəticələrində öz əksini tapıb. Kişilər arasında Donald Trampı dəstəkləyənlər 46 faiz, qadınlar arasında 33 faizdir. Həmçinin respublikaçıların 78 faizi və demokratların 8 faizi onun dövlət başçısı qismində fəaliyyətini bəyənir. Respondentlərin 57 faizi isə Trampın fəaliyyətindən narazıdır. Bu nəticə ABŞ-ın son prezidentləri arasında ən aşağı göstəricidir. Belə ki, prezidentliyini ilk ilində oğul Cor Buşun reytinqi 82 faiz, Bill Klintonun reytinqi 60 faiz, Barak Obamanın reytinqi 50 faiz olub. Dekabr ayında isə Trampın reytinqi 41 faiz idi. Yanvarın 13-dən 17-dək keçirilən sorğuda 900 nəfər iştirak edib. Donald Tramp yanvarın 21-də Floridadakı iqamətgahında inauqurasiyasının ildönümünü qeyd edəcək. Tədbirə dəvət biletlərinin qiymətinin 100 min dollardan başladığı bildirilir. Bu məbləğə bayram yeməyi və dövlət başçısı ilə fotoşəkil çəkdirmək də daxildir. Trampın iştirakı ilə dəyirmi masada oturmaq istəyənlər isə 250 min dollarlıq bilet almalıdır.
|
Dünya
|
Ukraynada son sutkada 1061 nəfər koronavirusa yoluxub, 26 nəfər isə bu infeksiyadan həyatını itirib. AZƏRTAC Ukrayna Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, ən çox yoluxma Lvov, İvano-Frankovsk və Xarkov vilayətlərində qeydə alınıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 74 min 219 nəfərə çatıb. Virusdan ölənlərin ümumi sayı 1764 nəfərdir, 40 min 613 xəstə sağalaraq evə buraxılıb. Qeyd edək ki, Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti avqustun 31-dək uzadılıb.
|
Dünya
|
Türkiyənin Rusiyadan S-400 raket kompleksi almasını əngəlləyə bilməyənlər "Ərdoğansız Türkiyə" planlanlarına start veriblər. Türkiyənin F-35 proyektindən kənarlaşdırılması üçün çalışan müttəfiqlər bununla da kifayətlənmək istəmirlər. "Yeni Şəfəq" qəzetinin xəbərinə görə, qlobal media şəbəkəsini idarə edən İsrail lobbisi Ərdoğandan sonrakı dövrə hazırlıq çağırışları edir. Bu barədə Musavat.com Türkiyə mediasına istinadən məlumat verir. İttifaq üzvləri isə Türkiyəni NATO-dan da çıxararaq, Ankaraya bunun bədəlini ödətmək istəyirlər. "Bütün bunlar onu göstərir ki, qərb dünyasının tək dərdi Türkiyənin Rusiyadan S-400 alması deyil, bu məsələ daha böyük çevrilişlər üçün sadəcə bəhanədir" - qəzet yazır. Türkiyəyə qarşı mütləq böyük cəza tədbirlərinin görülməsi fikrində olan "Wall street" jurnalının əməkdaşları media vasitəsilə kəskin fikirlər bəyan edir. "Ərdoğana sonsuzadək iqtidarda olmayacaq. Ondan sonra gələcək şəxs qərbə düşmənlik məsələsini bir daha düşünməlidir. Türkiyəyə cəzasını Tramp verməsə də, müttəfiqlər verəcək" – deyə bir yazıda qeyd olunub. ABŞ ordusunun sabiq generalı Ben Hocez də dəvət aldığı verilişdə "Ərdoğandan sonranı" düşünməliyik çağırışını edib. "Türkiyə-ABŞ əlaqələrinin ilk versiyası çox güman ki, bu il sona çatacaq. Lakin biz bu əlaqələrin ikinci versiyası və Ərdoğansız Türkiyə haqda düşünməliyik. Rusiyadan S-400 alınması isə Ərdoğanın sadəcə şəxsi istəyilə gerçəkləşib". "Bəs Ərdoğan hakimiyyətdə qalmağa davam etsə?" - sualına cavab olaraq Hoces deyib: "Bu, çox çətin olar hər kəs üçün. Lakin hər iki tərəf geostrateji çərçivədə hərəkət etməlidir. Türkiyəni itirməyi gözə ala bilmərik". Musavat.com
|
Dünya
|
Ukrayna ABŞ hökumətindən 1,7 milyard dollar məbləğində növbəti qrant alıb. Sfera.az RBK-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın maliyyə naziri Sergey Marçenko məlumat yayıb. “Vəsaitlər Dünya Bankının trast fondunun mexanizmi vasitəsilə təmin edilib və dövlət büdcəsinin sosial və humanitar xərclərinin maliyyələşdirilməsinə yönəldiləcək”, - deyə, o, bildirib. Xatırladaq ki, Ukrayna təkcə ötən ay Dünya Bankından 967,4 milyon dollar, Kanada hökumətindən 779,0 milyon dollar, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyindən 479,4 milyon dollar alıb.
|
Dünya
|
ABŞ prezidenti Barak Obama İŞID terror qruplaşması ilə mübarizə üzrə xüsusi nümayəndə təyin edib. Musavat.com-un xarici informasiya qaynağına istinadən verdiyi xəbərə görə, bu, Brett Maqerkdir. Bu barədə “Reuters” Ağ Evdəki mənbəyə istinadən xəbər yayıb.Bu təyinat Rusiyanın Suriyada hava əməliyyatlarına başlamasından az sonraya və İŞİD-lə mübarizdə srağagün ilk amerikalı hərbçinin həlak olmasından bir gün sonraya təsadüf etməsi ilə diqqət çəkir.Musavat.com
|
Dünya
|
İranda hökuməti tənqid edən sünni din xadiminin öğlu öldürülüb. Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb. Bildirilib ki, İranın Xaş şəhərində yerləşən Əlxəlil məscidinin cümə imamı Mövlana Məhəmməd Osmanın 16 yaşlı oğlu Həmad Reyqi Kutəh Karvandər bölgəsində naməlum şəxslər tərəfindən güllələnərək həyatını itirib.
|
Dünya
|
Kanadanın Kvebek vilayətində yağan güclü qar zamanı Sant-Adel şəhərciyi yaxınlığındakı avtomagistralda 40 maşın eyni vaxtda toqquşub. Polisin məlumatına görə, nəticədə 32 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Onlardan yeddisi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı İTAR-TASS xəbər verib. Məlumata görə, xilasedicilər maşınlarda sıxılıb qalmış insanları çıxarmaq üçün xüsusi hidravlik alətlərdən istifadə etməli olublar. Qəza nəticəsində yolun hər iki istiqamətində hərəkət bir neçə saatlığa dayanıb. Bu da paralel yollarda bir neçə kilometrlik tıxacların əmələ gəlməsinə səbəb olub.
|
Dünya
|
"Huawei" şirkəti Çin Kommunist Partiyası ilə sıx əlaqəlidir". ONA-nın məlumatına görə, bu sözləri ABŞ dövlət katibi Mayk Pompeo "CNBC" kanalına müsahibəsi zamanı deyib. “Bu şirkət yalnız Çinlə deyil, Çin Kommunist Partiyası ilə sıx əlaqəlidir. Bu əlaqələrin mövcudluğu ABŞ-a məxsus məlumatları təhlükə altında qoyur. Çin hökuməti ilə əməkdaşlıq etməmək yanlış bəyanatdır. "Huawei"in rəhbəri yalnız Amerika vətəndaşlarına deyil, dünyaya yalan danışır”, - deyə Pompeo bildirib. ABŞ dövlət katibi qeyd edib ki, bir çox şirkətlər "Huawei"lə əməkdaşlığı dayandıracaq: “Dövlət Departamenti çalışır ki, hər kəs təhlükəni anlasın". Xatırladaq ki, bir müddət öncə Trampın imzaladığı sərəncamla "qara siyahı"dakı xarici şirkətlərin hökumətin icazəsi olmadan Amerika şirkətlərinə məxsus texnologiyalardan istifadə edə bilməyəcəyini açıqlanıb. Dünyanın ikinci ən böyük smartfon istehsalçısı olan “Huawei” də bu siyahıya daxil edilib. İngiltərə də daxil olmaqla, son aylarda bəzi Qərb ölkələri təhlükəsizlik məsələləriylə bağlı “Huawei”in məhsullarından narahat olduqlarını bildiriblər. Şirkətin adı ABŞ tərəfindən "qara siyahı"ya salındıqdan sonra "Google" şirkəti "Huawei"in istehsal etdiyi mobil qurğularda "Android" əməliyyat sistemlərinin yenilənmələrini dayandıracağını bəyan edib. Yaponiyanın “Panasonic” şirkəti ABŞ qadağalarına görə "Huawei" ilə əməkdaşlığı dayandırıb.
|
Dünya
|
ABŞ Prezidenti Donald Tramp Biarritzdə G7 həmkarları ilə Rusiyanın kluba qayıtması məsələsində mübahisə edib. APA-nın “The Guardian”a istinadən verdiyi xəbərə görə, G7-nin digər ölkələri ABŞ Prezidentinin bu ideyasını dəstəkləməyiblər. Nəticədə gərgin müzakirələr yaranıb. D. Tramp həmkarlarının arqumentləri ilə razılaşmayıb. Məlumata görə, Yaponiyanın Baş naziri Sindzo Abe bitərəfliyini qoruyub saxlayır. İtaliyanın Baş naziri Cuzeppe Konte isə ABŞ Prezidentini dəstəkləyib. Avropa İttifaqının rəhbəri Donald Tusk daxil olmaqla, sammitin digər iştirakçıları genişləndirilmiş formatın bərpasına qarşı çıxıblar. Donald Trampın sözlərinə görə, İran, Suriya və Şimali Koreya problemlərinin müzakirəsi üçün Rusiyanın iştirakı vacibdir. Qeyd edək ki, 2014-cü ildə Krım yarımadasının ilhaqı və Ukraynada baş verən hadisələrdən sonra G7 ölkələri Rusiyanı sammitə dəvət etməkdən imtina edib.
|
Dünya
|
Mərkəzi Vaşinqtonda yerləşən beyin mərkəzi "Brookinq" İnstitutunun mütəxəssisi, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Ricard Kozlariç Rusiyanın Türkiyə ilə bağlı hesablamasında səhv etdiyini açıqlayıb. Avropa.info xəbər verir ki, Kozlariç "Rusiyanın Türkiyə bazarına ehtiyacından daha çox Türkiyənin rus qazına ehtiyacı var" fikrinin Rusiyanın yanlış hesablarından biri olduğunu vurğulayıb. Türkiyənin təbii qazda 57 faiz Rusiyadan asılı olduğunu xatırladan Kauzlarich bununla belə Moskvanın daha çox çətinliyə düşə biləcəyini deyib: "Əlbəttə Türkiyə üçün, yeni qaynaqlar tapmaq çətin ola bilər. Yaxın perspektivdə İran və ya Azərbaycanın da Türkiyəyə göndərdikləri qaz miqdarını artırmasını gözləmək olmaz. Ancaq Türkiyə yeni mayeləşdirilmiş qaz (LNG) qurğuları quraraq problemi nisbətən həll edə bilər. Türkiyənin ritorikasını bir təhdid kimi qəbul etməyib kifayət qədər ciddiyə almayan Rusiya hesablamasında səhvi edir. Bundan ən çox Rusiya itirə bilər".
|
Dünya
|
Yer kürəsində dekabrın 1 və 2-də növbəti geomaqnit qasırğası gözlənilir. “Report” xəbər verir ki, bunu AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev deyib. Onun sözlərinə görə, qasırğanın səbəbi Günəşin səthində formalaşan növbəti böyük ölcülü tac dəliyidir: "Bu tac dəliyindən başlanğıcını götürən yüksəksürətli Günəş plazma küləyi yerətrafı fəzaya çatmaqla, maqnitosferi həyəcanlaşdıracaq və G1 sinfinə aid geomaqnit qasırğasına səbəb olacaq". E.Babayev əlavə edib ki, meteoşəraitin son şıltaqlıqları və geomaqnit qasırğasının birgə təsirləri risk qrupuna daxil olan insanlarda narahatlıq yaradacaq: "Diskomfort xeyli artacaq".
|
Dünya
|
Rusiyanın radikal millətçi lideri Vladimir Jirinovski federal hakimiyyəti Kommunist partiyasını qapatmağa, Gennadi Züqanovun rəhbərlik etdiyi təşkilatı dövlət əleyhinə çalışan birliklərin siyahısına salmağa çağırıb.Vladimir Jirinovskinin fikrincə, hazırkı hökuməti devirmək hədəfini güdən və ayrı bir cəmiyyət qurmağı planlaşdıran bütün partiyalar həmin siyahıya daxil edilməlidir. Buna nümunə olaraq o, Kommunist partiyasını, “Ədalətli Rusiya” partiyasını, “Sol cəbhə”ni, habelə müxalif lider Aleksey Navalnının rəhbərlik etdiyi “Korrupsiya ilə mübarizə fondu”nu göstərib. Rusiya televiziyasında bir proqramda danışan radikal siyasətçi kommunistlərin onun rəhbərlik etdiyi Liberal-demokrat fəaliyyəti ilə bağlı fikirlərindən hiddətləndiyini ifadə edib: “Burjua-kriminal hakimiyyəti... Biz hamımız sizinlə burjuaziyayıq və hamımız kriminalıq. Bu, nə deməkdir? Heç çar dövründə, hətta Sovet hakimiyyətində belə şey olmayıb”,-deyə o bildirib.Xatırladaq ki, bu ilin aprel ayında Vladimir Jirinovski Vladimir Leninin 150 illiyi münasibətilə Qırmızı meydanda aksiya keçirmək istəyən bütün kommunistlərin həbs olunmasını istəmişdi. Musavat.com
|
Dünya
|
İtaliya Avropa İttifaqının tövsiyəsi ilə Rusiya və Belarus vətəndaşları üçün “Investor Visa for Italy” proqramını dayandırıb. Bu barədə İtaliyanın Müəssisələr və Məhsullar Nazirliyi öz saytındakı qısa notda elan edib. İtaliyada Avropa İttifaqına daxil olmayan vətəndaşlar üçün “Qızıl viza” adlanan vizalar 2017-ci ildən verilməyə başlanıb ki, bu proqram çərçivəsində arzu edənlər investisiya müqabilində İtaliyada yaşayış icazəsi ala bilərdilər. Avropa Komissiyası Ukraynada müharibə başlayandan sonra belə proqramları arzuolunmaz adlandırıb. Əsasən ona görə ki, sanksiyalara məruz qalan Rusiya və Belarus vətəndaşları bu cür proqramlar sayəsində Avropa İttifaqı ölkələrində məskunlaşa bilər.//Oxu.az
|
Dünya
|
Ermənistan baş naziri Nikol Paşinyan ATƏT baş katibi Tomas Qremingerlə görüşüb. Oxu.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, görüşdə regional məsələlər müzakirə olunub. Tərəflər həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə toxunublar.
|
Dünya
|
ABŞ Mərkəzi Komandanlığı araşdırma nəticəsində qənaətə gəlib ki, ölkə aviasiyası martın 16-da Suriyanın Əl-Cin kəndi ətrafında məscidin bir hissəsi olan tikiliyə zərbə endirib. "Report" xəbər verir ki, bu barədə Pentaqonun iki nümayəndəsinə istinadən CNN telekanalı məlumat yayıb. Araşdırma zamanı məlum olub ki, aviazərbəyə məruz qalan bina əvvəllər dini məqsədlərlə istifadə olunub. Qeyd edilir ki, Amerika hərbçilərinə dini məqsədlərlə istifadə olunan binalara, xəstəxana və məktəblərə zərbə endimək qadağan olunub.
|
Dünya
|
İŞİD terror təşkilatı bayram günlərində Suriyaya gediş-gəlişin sıxlığından faydalanaraq üzvlərini saxta sənədlərlə Türkiyəyə salır. Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Təkirdağ vilayətində tutulan İŞİD terrorçusu ölkəyə necə daxil olduqları haqda açıqlamasında deyib. O bildirib ki, son dövrlərdə Türkiyəyə İŞİD terror təşkilatının üzvlərinin daxil olması çətinləşib. Terrorçular 700 dollara saxta vəsiqə əldə etməklə Türkiyəyə daxil olub burada öz qanlı əməllərini törətməyə cəhd edilər.
|
Dünya
|
Musavat.com bbc.com saytına istinadən xəbər verir ki, İnterpol Şimali Koreya lideri Kim Çen İnin qardaşı Kim Çen Namın qardaşının qətlində şübhəli bilinən 4 (dörd) nəfər"qırmızı bülleten"lə axtarışa verib. Kim Çen Nam Malayziyanın Kuala Lumpur hava limanında ölümcül sinir qazından qətlə yetirilib. Malayziya bildirib ki, axtarılan dörd nəfər qətl zamanı hava limanında olublar və sonra isə ölkəni tərk ediblər. Onların Şimali Koreyalı olduğu bildirilir. Məlumdur ki, qırmızı bülletenlə axtarılan şəxs tapıldığı anda həbs edilir. Lakin həmin şəxslərin tapılsa belə həbsləri mümkün görünmür. Çünki Şimali Koreya dövləti İnterpolun üzvü deyil. Hazırda cinayət işi üzrə təqsirləndirilən iki qadının məhkəmə prosesi getməkdədir. Təqsirləndirilən şəxslər isə ittihamları rədd edərək bildiriblər ki, onların olan-bitəndən xəbərləri olmayıb. Onlar bunun televiziya şousu olduğunu düşünüb. Malayziya hökuməti də birbaşa Şimali Koreyanı qətldə günahlandırmır, lakin bunun üçün kifayət qədər şübhələrin olduğu bildirilir. Şimali Koreya isə ittihamları rədd edərək qətldə heç bir rolunun olmadığını və qətli rejimi dağıtmaq üçün Cənubi Koreya və ABŞ-ın törətdiyini deyib. Eyni zamanda Malayziyadan da Kim Çen-namın nəşini tələb edib. Keçən həftə Malayziya hökuməti rəsmi olaraq qətlə yetirilən şəxsin Kim Çen Nam olduğunu təsdiqləyib. Bildirilib ki, bunun üçün Kimin övladlarının biri ilə DNA-sı qarşılaşdırılıb. Hal-hazırda onun ailəsinin harada olduğu isə bilinmir. Musavat.com
|
Dünya
|
Türkiyə Silahlı Qüvvələri və Milli Kəşfiyyat Təşkilatının (MİT) koordinasiya şəkildə İraqın şimalında yerləşən Qare rayonunda apardığı əməliyyat nəticəsində PKK idarəçiliyində vəzifə tutan “Gülçiya” kos adlı Sərvət Aydın və “Tekoşin Batman” kod adlı Söyləməz Yaşar zərərsizləşdirilib. Avropa.info xəbər verir ki, terrorçular MKT-nın TSQ ilə paylaşdığı kəşfiyyat məlumatları əsasında havaya qalxan F-16 təyyarələrinin “nöqtə zərbəsi” ilə məhv edilib. Əməliyyatda zərərsizləşdirilən “YJA-STAR” hərbi şura və PKK/PAJK şura üzvü Sərvət Aydının qırmızı kateqoriyada axtarışa verildiyi, 2000-ci illərdə Diyarbəkirdə fəaliyyət göstərdiyi və Diyarbəkir şəhər mərkəzi ilə ətrafında həyata keçirilən bir çox terror aktının təşkilatçısı olduğu müəyyən edilib. Eyni əməliyyatda zərərsizləşdirilən Söyləməz Yaşar da qırmızı kateqoriyada axtarılanlar siyahısında idi. Keçmişdə Qare üzrə YJA-STAR nümayəndəsi kimi fəaliyyət göstərdiyi bildirilən Yaşarın terror təşkilatının İraq Qare idarəetmə şurasının üzvü olduğu deyilir.
|
Dünya
|
ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi bəzi fəalların Rusiya ilə əlaqəsi ola biləcəyini iddia edərək, ölkədə İsrail və HƏMAS arasındakı münaqişədə atəşkəs tələb edən etirazçılara qarşı FTB-nin təhqiqat aparmasına çağırıb. Musavat.com xəbər verir ki, o, bu barədə CNN telekanalına müsahibəsində bildirib. “Onlar üçün atəşkəs çağırışı cənab Putinin mesajıdır... Səhv etməyin, bu onun görmək istədiyi şeylə birbaşa bağlıdır. Ukraynada da belədir. Söhbət Putinin mesajından gedir. Düşünürəm ki, bu etirazçıların bəziləri kortəbii və səmimidir. Bəziləri, məncə, Rusiya ilə bağlıdır”, - Pelosi bildirib. O, əlavə edib ki, “bəzi” maliyyələşdirmələr Amerika kəşfiyyat orqanları tərəfindən araşdırılmalıdır. CNN-in məlumatına görə, Pelosi Amerika-İslam Münasibətləri Şurasının rəhbəri Nihad Avad tərəfindən tənqid edilib və o, təşkilatın ABŞ Nümayəndələr Palatasının keçmiş spikerinin bəyanatından “dərin narahat olduğunu” bildirib. Bir-iki il öncə bütün varlığı ilə ermənilərə qahmar çıxan bu qadın anti-müsəlman baxışlara malikdir və bunu Azərbaycana münasibətdə də büruzə verib. Musavat.com
|
Dünya
|
Hindistanın cənubunda Tamilnad ştatında son sutka ərzində baş verən leysan və daşıqınlar nəticəsində azı 19 nəfər ölüb. "Report" yerli mətbuata istinadən xəbər verir ki, ən çox insan Kuddalor şəhərində təbii fəlakətin qurbanı olub. Orada 15 nəfəri sel aparıb. Daha bir neçə nəfər isə ştatın ayrı-ayrı şəhərlərində tikintinin uçması nəticəsində həyatını itirib.Yerli hökumət hadisə nəticəsində ölənlərin ailəsinə 11,4 min dollar yardım ediləcəyini açıqlayıb.
|
Dünya
|
“Rusiya qoşunları yandırıcı güllələrlə atəşə tutaraq əkin sahələrini məhv edir”. “Report” Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Ofisinin rəhbəri Andriy Yermak bildirib. A.Yermak deyib ki, qlobal ərzaq böhranı yaradanlar Ukrayna məhsulunu da məhv etmək istəyirlər. Onun sözlərinə görə, Ukrayna hərbçiləri düşmənlə döyüşməklə yanaşı, həm də yanğınları söndürürlər. “Döyüşçülərimiz yanğınları söndürür. “Qida terroru”na son qoyulmalıdır. Biz müttəfiqlərimizlə ərzaq böhranının həlli yollarını müzakirə edirik”, - A.Yermak əlavə edib.
|
Dünya
|
İtaliyanın paytaxtı Romada Yeni ili qarşılamaq üçün istifadə edilən fişənglər yüzlərlə quşun tələfinə səbəb olub. Müsavat.com xarici KİV-lərə istinadən bildirir ki, 2021-ci ilin gəlişi Romada adəti üzrə yenə də atəşfəşanlıqla qeyd olunub. Lakin bu dəfə də atəşfəşanlıq yüzlərlə quşun tələf olmasına gətirib çıxarıb. Sosial şəbəkələrdə Roma küçələrinə səpələnən quş cəsədləri ilə bağlı fotolar yayılıb. Beynəlxalq Heyvanları Qoruma Təşkilatının sözçüsü Loredana Diglio quşların ölməsinin bir çox səbəbinin ola biləcəyini bildirib. Diglio hər il fişənglərin ev və vəhşi heyvanlara xəsarət yetirdiyini və ya stress yaratdığını deyib:"Ola bilsin ki, quşlar atəşfəşanlıqdan gələn səs-küy səbəbindən qorxudan ölüb. Və yaxud birlikdə uçarkən bir-birlərini pəncələri ilə vurublar və ya elektrik xətlərinə dəyiblər. Unutmayaq ki, quşlar qorxudan ürək tutmasından da ölə bilirlər". Fakt isə budur ki, hər il quşlar məhz Yeni il gecəsi kütləvi qırılır. Xalidə GərayMusavat.com
|
Dünya
|
İran hökuməti "Nahid" peykinin platformasında partlayışın baş verməsini təsdiqləyib. APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın hökumət sözçüsü Əli Təbii deyib. Ə.Rəbii bildirib ki, partlayış peyk özü platformaya nəql olunmamışdan qabaq baş verib: "Bu hadisədə nə ölüm, nə də xəsarət alan olmayıb". Onun sözlərinə görə, partlayış texniki səbəblərdən baş verib. Xatırladaq ki, bir neçə gün əvvəl İranda kosmik mərkəzin buraxılış meydançasında partlayış olub. Peyk görüntülərinə görə, partlayış Semnan əyalətində yerləşən kosmodromun buraxılış meydançasında baş verib. Bildirilib ki, İran “Nahid” peykinin fəzaya buraxılışı üçün hazırlıqlar görüb. ABŞ prezidenti Donald Tramp da partlayışın fotosunu öz "Twitter" səhifəsində paylaşıb.
|
Dünya
|
İsveçrədə koronavirusa yoluxanların sayı 30 207 nəfərə çatıb.“Report” xəbər verir ki, bunu ölkənin Federal İctimai Səhiyyə İdarəsi açıqlayıb.Məlumata görə, son sutkada 81 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb.Bildirilib ki, Mərkəzi Avropa ölkəsində eyni dövr ərzində 8 nəfər pandemiyanın qurbanı olub. İsveçrə üzrə koronavirusdan ölənlərin sayı 1 526-ya yüksəlib.Qeyd edilib ki, indiyədək ölkədə 301 675 nəfər koronavirus testindən keçib.Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3,9 milyonu ötüb. Bunların 1,3 milyon nəfərdən çoxu sağalıb, 271 mindən çoxu isə ölüb.Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
|
Dünya
|
Kolumbiyanın Putumayo departamentində baş vermiş sel nəticəsində ölənlərin sayı 290 nəfərə çatıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 273 nəfərin öldüyü bildirilirdi. Ölənlərdən 186 nəfərin kimliyi müəyyənləşdirilib. Onlardan 144-ü həddi-buluğa çatmayanlardır. Təbii fəlakət zamanı 332 nəfər xəsarət alıb. Şəhərin içməli su ilə təminatında problemlər yaşanır, evlərin 80 faizi işıqsız qalıb. Təbii fəlakətlə əlaqədar prezident Xuan Manuel Santos ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edib. Aprelin 1-ə keçən gecə baş verən faciəyə səbəb leysanlar nəticəsində Mokoa çayında daşqının baş verməsi olub.
|
Dünya
|
Nyu York məhkəməsi ABŞ prezidenti Donald Trampın əleyhdarlarına poçtla partlayıcı qurğular göndərdiyini etiraf edən amerikalı Sizar Sayakı 20 il azadlıqdan məhrum edib. APA “TASS”a istinadla xəbər verir ki, məhkəmə salonunda çıxışı zamanı şübhəli bağlamalar barədə danışan Sayak bildirib ki. o, heç kimə zərər vermək niyyətində olmayıb. Rəsmilərin bildirdiyinə görə, Sayak müxtəlif vaxtlarda bir çox ünvanlara poçt vasitəsilə on dəfədən artıq kustar üsulla hazırlanmış partlayıcılar göndərib. Həmin şəxslər arasında keçmiş prezident Barak Obama, keçmiş dövlət katibi Hillari Klinton, maliyyəçi Corc Soros, aktyor Robert De Niro da olub. Adıçəkilənlərin hər biri hazırkı prezidentin tənqidləri ilə tanınır. Hətta “partlayıcı zərflər”dən ikisi CNN telekanalına da ünvanlanıb. Xoşbəxtlikdən bu günədək partlayıcıların heç biri partlamayıb və heç kim xəsarət almayıb. Törətdiyi cinayət əməlinə görə Sayak kütləvi qırğın silahlarından istifadə etməkdə, həmçinin partlayıcı qurğuların bir ştatdan digərinə daşınmasında ittiham olunur. Ona ömürlük həbs cəzasının verilməsi də istisna edilmir.
|
Dünya
|
Portuqaliyada restoran və otel biznesinin nümayəndələri ölkə parlamentini turistlərdən tutulan və getdikcə əhatə dairəsi genişlənən vergilərə yenidən baxmağa çağırıblar. AZƏRTAC “vergiler.az” saytına istinadla bildirir ki, ölkədə turistlərdən vergi ilk dəfə Lissabon və Kaşkayş bələdiyyələrində tutulub. Porto və Villa-Real-de-Santu-Antunio kimi digər iri bələdiyyələr isə turistlər üçün sonradan “nəzərə çarpmadan” belə bir verginin tətbiqinə başlayıblar. Lissabonda şəhərə hava yolu ilə gələn turistlərdən 1 avro, onların qaldıqları hər gecə üçün də əlavə 1 avro vergi tutulur. Portuqaliyanın otel və restoranlar assosiasiyası xəbərdarlıq edib ki, bu vergilər ölkəyə gəlir gətirən turizm sektorunu çökdürə bilər. “Beşulduzlu” lüks mehmanxanalarda qalan turistlər ilə daha ucuz yerləri seçən turistlərdən eyni məbləğdə vergi tutulmasının ədalətsizlik olduğu qeyd edilib. Təşkilatın məruzəsində ölkənin müxtəlif ərazilərində turistlərdən vergi toplamağa şərait yaradan qeyri-ardıcıl yanaşma da tənqid olunub. Əyalətlərdə turizm sənayesinə tətbiq edilən vergilərin sayı artsa da, Portuqaliya hökuməti mehmanxanada yaşamaq üçün tətbiq olunan əlavə dəyər vergisinin dərəcəsinin 6 faizə endirilməsini təklif edib.
|
Dünya
|
O, seçkinin saxtalaşdırıldığını deyərək küçələrə çıxanları “muzdlular” adlandırıb və deyib ki, etirazçılara müəyyən məbləğdə pul ödənilib. Lakin Putin bu iddianın nəyə əsaslandığı barədə danışmayıb. Bununla belə, o deyib ki, hakimiyyətə etirazlarını bildirmək üçün küçələrə çıxan gənclər onu sevindirir: “Mənim üçün sevindiricidir ki, insanlar dinc şəkildə öz fikirlərini ifadə edirlər. Əgər hər şey qanun çərçivəsində edilsə burada pis heç nə yoxdur. Əgər bu "Putin rejimi"nin nəticəsidirsə deməli yaxşıdır".Müxalifətin etiraz əlaməti olaraq “ağ bantlar” taxmasını isə Putin prezervativlə müqayisə edib. "Mən ekranda etirazçıların sinəsində ağ bantları görəndə, açıq deyim, biədəb də olsa deyəcəyəm, mən fikirləşdim ki, bu AİDS ilə mübarizənin təşviqinin, mən fikirləşdim ki, kontraseptivlər sinədən asılıb". Putinin sözlərinə görə, müxalifətin narazı olmasında bir yenilik yoxdur. “Bu həmişə belə olub”, - deyə Putin deyib. Onun fikrincə müxalifət həmişə hakimiyyət uğrunda mübarizə aparır, həmişə seçkinin ədalətsiz olacağını deyir.Putin deyib ki, etiraz rəmzi kimi ağ bantlar “sınaqdan keçirilmiş cəmiyyətdə sabitliyin pozulması üsulundan” biridir. Bununla bağlı baş nazir Ukraynada “narıncı inqilabı” xatırlayıb. Vladimir Putin gələn ilin mart ayında bütün seçki məntəqələrində veb kameraların quraşdırılmasını təklif edib ki," saxtalaşdırmalar barədə bütün söz söhbətlərin kökü kəsilsin". Müxalifət, saxtalaşdırmaların böyük bir hissəsinin səsvermə qutularının yanında yox, nəticələrin hesablanması mərhələsində baş verdiyini bildirir.
|
Dünya
|
Suriyada Əsəd rəhbərliyinə bağlı hərbi təyyarələr bu gün Xumusun Təlbisə bölgəsini bombardman edib. Havadan reallaşdırılan hücum nəticəsində çoxlu sayda uşaq dağıntılar altında qalıb. Hücumdan dərhal sonra çəkilən görününtülərdə bombardman nəticəsində binaların zərər gördüyü əks olunub. Bombardmanda yaralananların hamısının uşaq olduğu bildirilir. Ölənlərin və yaralananların sayı hələ də açıqlanmayıb. /Axar.az/
|
Dünya
|
Bu gün Türkmənistanın paytaxtı Aşqabadda Türkiyənin “Polimeks” şirkəti tərəfindən tikilən hava limanının açılış mərasimi keçirilib. Axar.az xəbər verir ki, dəyəri 2 milyard dollardan çox olan beynəlxalq hava limanının açılışında Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov iştirak edib. Hava limanının ümumi sahəsi 1200 hektardır. Uzunluğu 3800 metrə çatan və bütün növ təyyarələri qəbul etmək imkanı verən uçuş zolağına, saatda 2 min sərnişinə xidmət edəcək üç terminala malik hava limanı Ginnesin Rekordlar Kitabına düşüb. Rekorda səbəb isə əsas sərnişin terminalının damında yerləşən 705 kvadratmetrlik ən böyük xalça təsviri - ornamentin işlənməsidir.
|
Dünya
|
Amma ən təhlükəlisi bu il Amerikada donuz qripinin yeni bir formasının yayılmasıdır. H3N3v adlı yeni virus ABŞ-da artıq 12 kişidə qeydə alınıb. Amma virusla mübarizə üçün bu ölkədə artıq onlarla laboratoriya işə başlayıb. Bununla bərabər yenə də hər kəsin peyvənd olunması vacibdir.
|
Dünya
|
Beynəlxalq informasiya agentliklərinin məlumatlarına görə, Şimali Koreya həmçinin paytaxt Pxenyandan 80 kilometr məsafədə yerləşən Yonben nüvə reaktorunun fəaliyyətini bərpa edib. Amerikanın kəşfiyyat peykləri reaktorun borularından buxar qalxdığını qeydə alıblar. Yonben reaktorunun işinin dayandırılması uzun müddət Şimali Koreyanın nüvə proqramlarının dayandırılmasına dair çoxtərəfli beynəlxalq danışıqların predmeti olub. İl yarım əvvəl Pxenyan beynəlxalq yardımların əvəzində bu reaktorun fəaliyyətini dayandırmağa razılıq vermişdi.Yaponiya kəşfiyyatının məlumatlarına görə, Şimali Koreyanın əlində azı 5-6 nüvə başlığı var. Yonben reaktorunun işə düşməsindən sonra isə daha bir nüvə başlığı üçün yanacaq əldə ediləcək. Mayın 25-də keçirilən nüvə sınağından sonra Şimali Koreya bir-birinin ardınca yaxın mənzilli ballistik raketlərin sınağını da keçirir. Bu gün səhər daha iki raketin Yapon dənizi sularına buraxıldığı haqda xəbərlər yayılıb. Cənubi Koreya hökuməti isə hər an şimaldan gələ biləcək müharibə təhlükəsinə qarşı tədbirlər görməyə çalışır. Seul elan edib ki, kütləvi qırğın silahlarınln yayılmasına qarşı ABŞ-ın başçılıq etdiyi təhlükəsizlik təşəbbüsünə qoşulacaq. Bundan əvvəl Pxenyan Seulun həmin təşəbbüsə qoşulmasını müharibə elanı kimi qiymətləndirəcəyi haqda xəbərdarlıq edib. Bu təşəbbüsə 90-dan şox ölkə qoşulub və heç kimə qarşı deyil, lakin Pxenyan hesab edir ki, təşəbbüs ona qarşı yönəlib. Xəbərlərə görə, Şimali Koreya ordusu döyüş hazırlığı vəziyyətinə gətirilib, bölgədəki Amerika qüvvələri də vəziyyəti diqqətlə izləyir. BMT Təhlükəsizlik Şurasının yenidən toplanaraq Pxenyana qarşı sərt iqtisadi sanksiyalar barədə qətnaməni səsə qoyacağı gözlənilirdi. Lakin ehtiyat edilir ki, bu qətnamə Şimali Koreyanı daha sərt addımlara təşviq edə bilər. ABŞ administrasiyası da yaranmış vəziyyətdə ehtiyatlı davranmağa çalışır və Pxenyanla hədə dilində danışmaqdan çəkinir. Ekspertlərə görə, Barak Obama administrasiyası Şimali Koreya ətrafındakı vəziyyətin qəfildən bu cür dəyişməsinə hazır deyildi.
|
Dünya
|
ABŞ Dövlət Departamenti Ukraynada iki amerikalının Rusiya ordusu tərəfindən əsir götürülməsi ilə bağlı xəbərləri araşdırır. AZƏRTAC Ukrinform agentliyinə istinadla xəbər verir ki, ABŞ Dövlət Departamenti bu barədə müvafiq bəyanatla çıxış edib. “Biz vəziyyəti diqqətlə izləyirik və bununla bağlı Ukrayna hakimiyyəti ilə əlaqə saxlayırıq”, - deyə bəyanatda bildirilir. Bir müddət öncə, Alabama ştatının nümayəndə heyətinin üzvləri Konqresdə çıxış edərkən Ukraynada olan və Rusiya ilə müharibədə bu ölkənin silahlı qüvvələrinə kömək edən ABŞ ordusunun iki veteranının - 39 yaşlı Aleksandr Druk və 27 yaşlı Endi Tay Nqok Hyuinin bir neçə gün əvvəl itkin düşdüyünü və onların taleyi barədə heç bir məlumat olmadığını bildirmişdi. “Baguette” operativ qrupunun tvitter səhifəsində isə Ukrayna hərbçiləri ilə birlikdə döyüşən iki amerikalının bir həftə öncə əsir götürüldüyü barədə məlumat paylaşılmışdı. Qeyd edək ki, Ukrayna müharibənin əvvəlində Rusiya işğalına qarşı mübarizə aparmaq istəyən xarici vətəndaşlar üçün “Beynəlxalq Legion” adlı hərbi birlik yaradıb. Son məlumata görə, legiona dünyanın 55 ölkəsindən könüllülər qoşulub. Legionerlər arasında amerikalılar və britaniyalılar çoxluq təşkil edirlər. Beynəlxalq legion Ukrayna Silahlı Qüvvələrinin tərkibinə daxildir və müdafiə büdcəsindən maliyyələşir.
|
Dünya
|
Rusiyadan Yunanıstana gedən tanker Dardanel boğazında katerlə toqquşub. APA-nın xəbərinə görə, bu barədə Türkiyənin Sahil Mühafizə Xidməti məlumat yayıb. Qəza zamanı katerdə 2 nəfər olub. Hadisə nəticəsində heç kim xəsarət almayıb. Hər 2 gəmi yedəyə alınaraq sahilə gətirilib.
|
Dünya
|
“Yaxın saatlarda Rusiya prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tuta bilər”. Musavat.com xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
|
Dünya
|
Ukraynada ABŞ Konqresinə aralıq seçkilərdə respublikaçıların qələbəsinin rəsmi Kiyevə dəstəyinə necə təsir edəcəyi ilə bağlı narahatlıq artır. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bununla bağlı nüfuzlu “Politico” saytında maraqlı yazı dərc olunub. Ukrayna baş nazirinin keçmiş müavini və hazırda müxalifətdə olan deputat İvanna Klimpuş-Tsintsadze “Politico”ya müsahibəsində qayğılarını dilə gətirib: “Ümid edirik ki, hazırda ABŞ-da gedən partizan debatının qurbanı olmayacağıq. Belə bir qorxu var, çünki biz digər ölkələrin də bizi dəstəkləməsi baxımından ABŞ rəhbərliyindən çox asılıyıq”. Ukraynalıların qorxuları əbəs deyil. Çünki respublikaçılar qalib gəlsə, Nümayəndələr Palatasının gələcək spikeri olaraq baxılan Kevin Makkarti keçən ay Konqresin sağçıların nəzarətinə qayıtması halında rəsmi Kiyevin rahatlıqla “kart-blanş” almayacağını söyləyib. Bayden administrasiyası hökumətin Ukraynanı dəstəkləmək öhdəliyi ilə bağlı narahatlıqları aradan qaldırmağa çalışır. Lakin Konqresdəki respublikaçı güc Kiyevə daha az dəstək verməyə və ABŞ-ın daxili məsələlərinə daha çox diqqət yetirməyə çağırır. Kiyevdə yaşayan və çalışan Ukrayna əsilli Mia Uillard da, Respublikaçılar Partiyasındakı Tramp qanadının güclənməsindən olduqca qorxduqlarını söyləyib. “Bu yaxınlarda mən respublikaçı Marcori Teylor Qrinin “Respublikaçılar Konqres seçkilərində qalib gələrsə, Ukraynaya bir qəpik də getməyəcək” vədini oxudum və çox narahat oldum”, - deyə o, bildirib. Kil Dünya İqtisadiyyatı İnstitutunun məlumatına görə, ABŞ-ın Ukraynaya ümumi hərbi, maliyyə və humanitar yardımı 52 milyard avroya çatıb. AB ölkələri və qurumları isə birlikdə rəsmi Kiyevə 29 milyard avrodan bir qədər çox yardım edib. “İndi Birləşmiş Ştatlar bütün AB ölkələri və qurumlarından demək olar ki, iki dəfə çox üzərinə yük götürür. Üstəlik, Avropa ölkələri maliyyə yardımlarını çoxu uzun gecikmələrlə Ukraynaya verirlər”,-deyə ” Kil İnstitutunun nümayəndəsi Kristof Trebeş sayta danışıb. Musavat.com
|
Dünya
|
ABŞ polisi metal qutuda betona basdırılmış uşaqların qalıqlarını tapıb. Musavat.com xəbər verir ki, polis istintaq çərçivəsində 2018-ci ildə 3 və 5 yaşlarında itkin düşən iki uşağı axtardıqlarını açıqlayıb. İtkin düşən iki uşaqla betonda basdırılmış uşaq qalıqları arasında əlaqənin olması barədə məlumat verilməyib. Açıqlamada deyilir: “Polis istintaq çərçivəsində iki uşağın yerini müəyyən etməyə çalışır. Uşaqların adlarının Jesus Dominguez və Yesenia Dominguez olduğu bildirilib. İstintaq göstərir ki, Jesus və Yesenia təxminən 2018-ci ilin yayından bəri görünmürlər. Yesenia Dominguez sonuncu dəfə göründüyü zaman təxminən 3 yaşında idi və indi 9 yaşında olardı. Jesus isə sonuncu dəfə göründüyü zaman təxminən 5 yaşında idi və indi təxminən 11 yaşında olardı. Pueblo polisi bu uşaqların yerini və təhlükəsizliyini təsdiqləmək istəyir". Musavat.com
|
Dünya
|
Suriyada Rusiya, Türkiyə və İranın birgə hərbi əməliyyatları planlaşdırılmır. “Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Suriya ərazisində Rusiya, Türkiyə və İranın birgə hərbi əməliyyatlarını planlaşdırmırıq", - deyə Lavrov "Vyetnam televiziyası" və Çinin "STV" və "Feniks" telekanallarına Çin və Vyetnama səfəri öncəsi müsahibəsi zamanı söyləyib. Nazir bildirib ki, Rusiya və İran Suriya ərazisində ərəb respublikası hökumətinin qanuni dəvəti əsasında hərəkət edir göstərir. "Türkiyə öz təhlükəsizliyi üçün yaranan təhdidlərlə bağlı narahatlıq ifadə edir, Suriya hökuməti isə Türkiyə hərbçilərinin onun ərazisinə daxil olmasına etiraz edir. Bununla belə, o Astana formatının yaradılmasını dəstəklədi. Bu proqmatik qərardır və heç kimin müyəssər olmadığını – Suriya ərazilərinin əksər hissəsində real atəşkəsi və hökumətlə silahlı müxalifət arasında birbaşa dialoqa başlamağı təmin etməyə nail olmaq imkanı verə bilər", - deyə nazir bildirib.
|
Dünya
|
Vaşinqtonda 41 yaşlı Ayova ştatının sakini Ar Cey Kafim Ağ Evin ərazisinə daxil olmağa cəhd göstərib.APA-nın Associated Press agentliiynə istinadən verdiyi məlumata görə, mühafizəçilər tərəfindən saxlanılan şəxsin avtomobilində aparılan axtarış zamanı 1 ədəd tüfəng, 40 ədəd patron və bıçaq aşkar edilib. Kafima qarşı qanunsuz silah saxlama maddəsi üzrə ittiham irəli sürülüb. Qeyd edək ki, sentyabrın 20-də İraq müharibəsinin 42 yaşlı veteranı Omar Qonzales Ağ Evə qanunsuz olaraq daxil olmuşdu. Bundan sonra isə ABŞ məxfi xidmətinin rəhbəri Culiya Pirson mütəmadi olaraq təkrarlanan analoji hadisələrə görə istefa vermişdi.
|
Dünya
|
İŞİD Əfqanıstanın Fərah vilayətində düşərgə qurub. Musavat.com-un xarici mediaya istinadən məlumatına görə, Hake Sefid rayonunun icra başçısı Əbdülxaliq Nurzay 20 gündür ki, İŞİD mənsublarının rayona gəldiyini bildirib. Nurzay deyib: “Rayonda təxminən 80 İŞİD-çi var. Bir düşərgə yaradıblar və bu düşərgədə təlim keçirlər. Həmin şəxslər üzləri bağlı gəzir və özlərini İŞİD-çi kimi təqdim edirlər. İŞİD bayrağı gəzdirirlər. Müasir silahlara malikdirlər . Qrupa liderliyi iki qardaş edir. Bu qardaşlar illərlə “Taliban” komandirləri olublar. İŞİD-çilərdən bəziləri xarici ölkə vətəndaşıdır və yerli sakinlər onların danışığını anlamır. Ölkədəki polislərin gücü isə onlarla qarşıdurmaya girmək üçün kifayət deyil”. Şəhərin polis idarəsinin rəisi də İŞİD-in düşərgəsindən xəbərdar olduğunu bildirib və onlara qarşı əməliyyat aparılacağını deyib. Gülnar
|
Dünya
|
Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov Moskvanın Ukraynanın şərqində yaradılan separatçı qurumları tanımamasının səbəbini izah edib. Publika.az xəbər verir ki, “Komsomolskaya Pravda” radiosunun efirində danışan nazirin sözlərinə görə, bu halda, Rusiya Ukrayna hakimiyyəti ilə münasibətləri qəti itirəcək. “Siz “LXR” və “LXR”i (“Luqansk Xalq Respublikası” və “Donetsk Xalq Respublikası” separatçı qurumları – red.) tanımaq istəyirsiniz? Sonra nə olacaq? Bütün qalan Ukraynanı itirmək, onu nasistlər tərk etmək?” - nazir qeyd edib. Lavrov Rusiyanın Ukrayna hakimiyyəti ilə vuruşmadığını bildirib. “Biz Ukrayna hakimiyyəti ilə vuruşmuruq. Ukrayna hakimiyyəti ilə Donbasda yaşayan vətəndaşlar vuruşurlar, çünki ölkədəki rəsmi hakimiyyət neonasistin bütün xüsusiyyətlərinə malikdir”, - Rusiyanın xarici siyasət idarəsinin başçısı əlavə edib.
|
Dünya
|
Suriyanın Hava Hücumundan Müdafiə qüvvələri paytaxt Dəməşqə hücumun qarşısını alıb. “Report” xəbər verir ki, bu barədə “Ikhbariya” dövlət kanalı bildirib. Məlumata görə, Hava Hücumundan Müdafiə Qüvvələri bir neçə raketi vurmağa nail olub. Zərbələrin məhz hansı hərbi qüvvələr tərəfindən endirildiyi məlum deyil. Sonuncu dəfə Dəməşq fevralın 6-da hücuma məruz qalıb. Həmin vaxt İsrailin Hərbi Hava Qüvvələrinin dörd F-16 qırıcısısı ərəb respublikasının paytaxtına səkkiz raket zərbəsi endirib. Suriyanın hökumət qoşunlarının Hava Hücumundan Müdafiə qüvvələri buna cavab olaraq zenit-raket komplekslərini tətbiq edib.
|
Dünya
|
İraqda terrorçu-kamikadzenin özünü partlatması nəticəsində 7 nəfər ölüb, 20-yə yaxın sakin yaralanıb."Report" TASS-a istinadən xəbər verir ki, hadisə paytaxt Bağdad şəhərinin cənubunda Əl-Amil rayonunda baş verib.Terrorçu özünü insanların sıx olduğu yerdə, bazarın yaxınlığındakı tibb mərkəzinin yanında partladıb.
|
Dünya
|
Rusiya Liberal Demokratlar Partiyasının lideri, deputat Vladimir Jirinovski yenə mətbuatın gündəminə düşüb. BAKU.WS-in məlumatına görə, Jirinovski Moskvada şaxtaya baxmayaraq xaç suyuna salma mərasimində iştirak edib. Deputat buzlu suya girib və daha sonra qəribə səslər çıxarmağa başlayıb. Jirinovski sudan çıxdıqdan sonra danışmaqda çətinlik çəkib. Deputat yalnız qışqırmaqla vəziyyətdən çıxmağa çalışıb. Güman edilir ki, bu ilki ənənəvi xaç suyuna salma mərasimlərində 125 min rusiyalı iştirak edəcək.
|
Dünya
|
Rəsmi Pekin Ottavanın üç Çin şirkətinin Kanadada litium hasilatına investisiya qoyuluşuna məhdudiyyət tətbiqinə etiraz edib. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü Çinin Ticarət Nazirliyinin rəsmi nümayəndəsi məlumat verib. "Çin Xalq Respublikası qəti şəkildə Kanadanın milli təhlükəsizliyi (qorumaq) bəhanəsi ilə Çin və Kanada şirkətləri arasında normal işgüzar əməkdaşlığı pozan və əngəlləyən hərəkətlərinə qarşı çıxır", - Ticarət Nazirliyinin nümayəndəsi bildirib. Nazirlikdən qeyd edilib ki, Çin öz müəssisələrinin qanuni hüquq və maraqlarını güclü şəkildə qorumaq üçün lazımi tədbirlər görəcək.
|
Dünya
|
"İnşallah Əfqanıstanda yeni hökumət qurulduqdan sonra türk əsgərləri yenidən bura gələcək." Avropa.info xəbər verir ki, bunu "Taliban" hərəkatına yaxınlığı ilə bilinən Sülh Şurasının sədri Əzizullah Din Məhəmməd deyib. Türkiyənin "Yeni Şafak" qəzetinə müsahibə verən Məhəmməd, Əfqanıstanda hökumət qurulunca sabitliyin olacağını bildirib. Türklər və əfqanlar arasındakı tarixi bağları xatırladan Sülh Şurasının sədri, ilk əlaqələrin Türkiyə ilə qurulacağına inandığını deyib. ""Taliban"ın "Əfqanıstanda heç bir xarici güc istəmirik" açıqlaması türk əsgərləri ilə bağlı deyil, NATO ilə bağlıdır. "Taliban" Əfqanıstanda NATO -nun heç bir gücünü istəmir. İnşallah yeni hökumət qurulandan sonra, Türkiyə ilə müstəqil əlaqələr qurulacaq. Türk əsgərləri yenidən Əfqanıstana gələcək, əlaqələrimiz daha yaxşı inkişaf edəcək.
|
Dünya
|
Somalinin paytaxtı Moqadişida törədilən partlayış nəticəsində 6 nəfər ölüb, daha 6 nəfər yaralanıb. “RİA Novosti” xəbər verir ki, intiharçı-terrorçu yerli administrasiya binasında özünü partladıb. Ölənlər arasında rayon və regional administrasiyanın vəzifəli şəxsləri də var. Şəhər meri Əbdurəhman O.Osman yaralananlar arasındadır. Partlayışa görə məsuliyyəti “Əş-Şabab” terror qruplaşması öz üzərinə götürüb.(Oxu.az)
|
Dünya
|
ABŞ İraq parlamentinin xarici hərbi qüvvələrin ölkə ərazisini tərk etməsi barədə qərarına münasibət bildirib. “Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin bəyanatında bildirilir. Qeyd edilir ki, ABŞ hakimiyyəti İraq parlamentinin ölkə ərazisində xarici hərbi qüvvələrin fəaliyyətinin dayandırılması barədə qərarından məyusdur. "ABŞ bu gün Nümayəndələr Şurasındakı hərəkətlərdən məyus olub. Bugünkü qətnamənin hüquqi statusunun və təsirinin sonrakı izahını gözləyərək, İraq liderlərini iki ölkənin iqtisadi və təhlükəsizlik münasibətlərinin əhəmiyyətini, həmçinin İŞİD-lə mübarizə aparmaq üçün beynəlxalq koalisiyasının mövcudluğunun davamını yenidən nəzərdən keçirməyə çağırırıq”, - deyə sənəddə bildirilir.
|
Dünya
|
Təxminən 100-ə yaxın ölü quşu araşdıran isveçli quş alimi Anders Virdheym bunların daha çox kiçik qarğa bənzəri quşlar olduğunu, ölümlərin ağır qış şərtlərindən, soyuq və yemək tapa bilməməkdən qaynaqlanmış ola biləcəyini açıqlayıb.Anders Virdheym quş ölümlərinin hər hansı bir zəhərli yeməkdən baş verə biləcəyinə diqqət çəkərkən, qəti nəticə əldə etmək üçün araşdırmaların davam edəcəyini qeyd edib. ABŞ-ın Arkansas əyalətində yeni il gecəsi 1000 civarında ölü quş düşmüş, bu rəqəmin 4, ya da 5 min ola biləcəyi ifadə edilmişdi. Bu hadisədən iki gün sonra da Luiziana əyalətində 500 ölü quş tapılmışdı.
|
Dünya
|
Ermənistan hökuməti 2020-ci il dekabrın sonunda ölkəyə gətirilən türk mallarının idxalına qoyulan qadağanı 2022-ci il yanvarın 1-dən uzatmamaq qərarına gəlib. Bu barədə cümə axşamı Ermənistan İqtisadiyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb. “Gözlənilir ki, Türkiyə mallarının idxalına qoyulan qadağanın qarşılıqlı əsasda götürülməsi Ermənistan mallarının ixracı üçün daha əlverişli şərait yaradacaq”, - məlumatda deyilir. Nazirlik hesab edir ki, embarqonun mənfi təsiri Ermənistanda əhəmiyyətli inflyasiya səbəb olub və bir çox istehlak mallarının qiymətinin qalxıb. Türkiyə mallarının idxalına qadağa Türkiyənin Qarabağ münaqişəsində iştirakı ilə əsaslandırılırdı.
|
Dünya
|
Ukraynada anti-terror əməliyyatları zamanı separatçıların çoxlu sayta canlı qüvvəsi və texnikası məhv edilib. Axar.az xəbər verir ki, bu barədə hərbi ekspert Dmitri Timçuk özünün Feysbuk səhifəsində yazıb. “Anti-terror qüvvələrinin fəal əməliyyatı nəticəsində düşmənə ciddi zərbə vurulub. Nəticədə separatçılara məxsus 2 ədəd BM-21 “Qrad”, 3 tank, 2 BMD məhv edilib, daha 2 tank və 2 BMD ələ keçirilib. Sözügedən texnikalar Rusiyadan göndərilib”, Tımçuk bildirib.
|
Dünya
|
Somalinin paytaxtı Moqadişoda prezident sarayı qarşısında partlayış olub. Trend-in məlumatına görə, güclü partlayışa səbəb avtomobildə quraşdırılan minanın partlaması olub. İnsan tələfatı barədə məlumatlar ziddiyyət təşkil edir.
|
Dünya
|
Pakistanda IŞİD terror qruplaşmasının 8 səhra komandiri məhv edilib. APA-nın verdiyi xəbərə görə, bu barədə Pakistan xüsusi xidmət orqanlarından bildiriblər. Məlumata əsasən, terrorçulara qarşı əməliyyat Bəlucistan əyalətinin Mastunq şəhəri yaxınlığında keçirilib. Əməliyyat ötən ay Bəlucistan əyalətində iki Çin vətəndaşının oğurlanması ilə əlaqədar baş tutub. Lakin əyalətin paytaxtı Kvettada oğurlanan çinliləri hələ ki, aşkarlamaq mümkün olmayıb. Qeyd edək ki, ötən ay İŞİD Mastunq şəhərində törədilən və 25 nəfərin ölümünə səbəb olan terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.
|
Dünya
|
Türkiyənin “Reina” gecə klubunda qətliam törədən terrorçunun metronun Bağcılar stansiyasında olduğu xəbəri polisi hərəkətə gətirib.Musavat.com “DHA” agentliyinə istinadən xəbər verir ki, bölgəyə çox sayda polis əməkdaşı göndərilib. Hadisə ilə bağlı Kirazlı stansiyası bağlanıb. Metro səfərləri dayandırılıb. Stansiya ətrafında və içərisində axtarışlar davam etdirilir.Qeyd edək ki, Abdulqadir Maşaripov adlı terrorçunun gecə klubunda törətdiyi teraktda 39 nəfər həyatını itirib, 65 nəfər isə yaralanıb. Aygün SƏFƏRLİ,Musavat.com Yeni Müsavat
|
Dünya
|
Meksikada boru kəmərində baş verən partlayış nəticəsində həlak olanların sayı 120-yə çatıb. Daha öncə 114 nəfərin öldüyü bildirilirdi. Trend-in məlumatına görə, 68 nəfər partlayış zamanı həlak olub, 52 nəfər isə xəstəxanalarda dünyasını dəyilşib. Bildirilir ki, 27 nəfərin müalicəsi davam edir. Xatırladaq ki, yanvarın 18-də İdalqo ştatının Tlauelilpan rayonunda qanunsuz qoşulmalara görə yaranan yanacaq sızması nəticəsində partlayış baş verib.
|
Dünya
|
ABŞ Venesuelaya daha 60 milyon dollarlıq humanitar yardım ayıracaq. ONA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, belə bir açıqlamanı ölkənin vitse-prezidenti Mayk Pens verib. Onun sözlərinə görə, ayrılacaq vəsaitlə Venesuela böhranının həlli nəzərdə tutulur. Pens bildirib ki, indiyə qədər ABŞ tərəfi Venesuela əhalisinə kömək məqsədilə 200 milyon dollardan çox pul ayırıb. Bundan əvvəl Böyük Britaniya da bu ölkəyə humanitar məqsədlə 8,5 milyon dollar vəsait ayırmışdı.
|
Dünya
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.