Dataset Viewer
Auto-converted to Parquet
text
stringlengths
13
2.05k
label
stringclasses
10 values
Dünyanın ən zəngin adamı İlon Mask həyatda ən çox nədən qorxduğunu və ən böyük ümidini açıqlayıb. “Tesla” və “SpaceX”in rəhbəri “Insider”ə verdiyi geniş müsahibədə şəxsi həyatı ilə bağlı da açıqlamalar verib. “Doğum nisbətinin azalması bəşəriyyətin üzləşdiyi ekzistensial təhlükələrdən biridir. Bu, bəşər sivilizasiyasının gələcəyi üçün ən böyük təhlükə ola bilər. Süni intellektin yanlış inkişafı ilə bağlı narahatlıq da var. Düşünürəm ki, dini radikallaşma da başqa bir narahatlıq doğuran məqamdır”, - deyə iş adamı bildirib. O, ən böyük ümidinin bəşəriyyətin Marsda özünü təmin edən bir şəhər qurması olduğunu söyləyib. Dünyanın ən varlı insanı xoşbəxt olmaq üçün həm işdən, həm də şəxsi həyatından razı qalmağı vacib saydığını dilə gətirib. Bir müddət əvvəl iki övladı olduğu kanadalı müğənni Qraymsdan ayrılan Mask indi orta dərəcədə xoşbəxt olduğunu bildirib. Mənbə: “Haber Global”
Dünya
Avropa Məhkəməsinin dünənki qərarına görə, şirkətlər işçilərinə baş örtüyü, eləcə də başqa dini geyimləri qadağan edə bilərlər. Bu qərar dini liderlərin, həm də insan haqları təşkilatlarının etirazlarına səbəb olub. «Reuters» agentliyi qərarın Hollandiya və Fransada seçkilər dövrünə, həm də millətçilərin fəal olduğu seçkilər dönəminə düşdüyünü qeyd edir. Hər iki ölkədə gündəmdə olan müsəlman miqrantların məsələsidir. Hollandiyada Türkiyə prezidentiylə söz savaşına çıxan millətçi liderlər durumdan yararlanmağa, özlərinə daha çox seçici toplamağa çalışırlar. Prezident seçkisinə hazırlaşan Fransada da işə baş örtüyü ilə getmək bu yaxınlarda yasaqlanıb. Fransa prezidentliyinə namizəd, mühafizəkar François Fillon Avropa Məhkəməsinin qərarını alqışlayıb, bu qərarın şirkətlərin işini yüngülləşdirdiyini, sosial sülhə töhfə verəcəyini deyib. «KSENOFOBİYA GÜCLƏNƏCƏK» Baş örtüyünə qadağaları ləğv edən Türkiyə isə məhkəmənin qoyduğu qaydanı pisləyir. «Avropa Ədalət Məhkəməsinin baş örtüyü qərarı antimüsəlman meyllərin, ksenofobiyanın yalnız güclənməsinə səbəb olacaq». Türkiyə prezidenti R.T.Erdoğan-ın sözçüsü İbrahim Kalın Twitter hesabında belə yazıb. Baş örtüyünə görə işindən məhrum olanların tərəfdarları da qərarı pisləyiblər. Onlar məhz bu qərara görə müsəlman qadınların işsiz qalacağını deyirlər. (Azadlıq radiosu)
Dünya
Dünən Odessa hadisələrində ölənlərin cibindən Rusiya pasportları çıxıb. ANS PRESS-in məlumatına görə, Ukraynanın Odessa şəhərində dünən gecədən baş verən olaylarda ölən və yaralananların bir çoxunun cibindən Rusiyanın Krasnodar, Novosibirsk və Novorossiysk şəhərlərinin qeydiyyatı olan pasport və sənədlər aşkar edilib. Qeyd etdiyimiz kimi, Odessa şəhərində Ukrayna ordusu ilə separatçılar arasında gedən döyüşlərdə 174 nəfər isə xəsarət alıb, 46 nəfər isə ölüb.
Dünya
Çin Xalq Respublikasının Sədri Si Cinpin Çin ordusunu müharibəyə hazırlaşmağa çağırıb. Lakin S.Cinpin Çin ordusunun kimlə müharibəyə hazırlaşmalı olduğunu dəqiq söyləməyib. “Biz mövcud vəziyyətə əsaslanmalı və irəliyə baxan bir perspektivə sahib olmalıyıq, ziddiyyətləri və real ehtiyacları ciddi şəkildə araşdırmalı və həll etməliyik. Dəniz Qoşunlarını gücləndirməyi planlaşdırırıq”, - deyə Dəniz Qüvvələrinin yoxlanması zamanı Çin lideri bildirib.//Oxu.az
Dünya
Ukrayna rəsmiləri Rusiya gələn konvoyun yoxlanışına başlayıb. Moskva deyir ki, konvoy Ukraynanın şərqində münaqişə zonasına humanitar yardım aparır. Rəsmi Kiyev narahatdır ki, Moskva konvoydan istifadə edərək gizli hərbi müdaxilə həyata keçirə və ya son günlər ağır itkilər verən Rusiya tərəfdarı separatçıları yenidən silahla təmin edə bilər.Dünən Britaniya mediası Rusiyanın çoxsaylı silahlı personalını daşıyan hərbi maşınlar və başqa zirehli maşınların Ukrayna sərhədini keçməsi barədə məlumat yaymasından sonra narahatlıqlar daha da artıb.The Telegraph və The Guardian qəzetləri yazır ki, Rusiyanın hərbi maşınları Rusiya konvoyunun yoxlanış üçün saxlanıldığı ərazidən 30 kilometr aralıda müşahidə edilib.Nə Rusiya, nə də Ukrayna tərəfi məlumatı təsdiq edib. Moskva uzun müddətdir Ukraynadakı separatçıları silahla təmin etməkdə günahlandırılır.Rusiya birbaşa silahlandırmanı rədd edərək bildirir ki, 300 yük maşını yalnız Ukraynanın şərqində ehtiyacı olan insanlara yardım aparır.
Dünya
Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub. Musavat.com xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Ukrayna ordusu müharibə başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 135 010 hərbçisini zərərsizləşdirib. Bildirilib ki, Ukrayna ordusu son sutkada Rusiyanın 910 hərbçisini məhv edib. Bundan başqa, hücum edən tərəfin 3 255 tank, 6 468 zirehli maşın, 1967 operativ-taktiki PUA, 2244 artilleriya sistemi, 463 reaktiv yaylım atəşi sistemi, 232 hava hücumundan müdafiə sistemi, 295 təyyarə, 18 gəmi, 284 helikopter, 796 qanadlı raket, 18 gəmi, 5 121 avtomobil və tanker, 203 xüsusi texnikası sıradan çıxarılıb. Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi 2022-ci il fevralın 24-də başlayıb.
Dünya
Səudiyyə Ərəbistanı Rusiya Federasiyası rəsmilərinin iştirak edəcəyi OPEK iclasına qatılmaq istəmir. Axar.az xəbər verir ki, bu iddia ilə Voll Strit Jurnal-ı çıxış edib. Nəşrə məlumat verən etibarlı mənbə boykotun səbəbini izah etməyib: “Neftin qiymətinin düşdüyü bir vaxtda Səudiyyə Ərəbistanı öz qərarlarını özü verir və Rusiya nümayəndələrinin iştirak edəcəyi tədbirə qatılmaq istəmir”. Xatırladaq ki, sözügedən OPEK tədbiri Vyanada baş tutacaq.
Dünya
BMT-nin Qeyri-Hökumət Təşkilatları Üzrə Komitəsi Gülən şəbəkəsinə aid olan dərnəyi, Jurnalistlər və Yazarlar Vəqfi və Türkiyə İş Adamları və Sənayeçiləri Konfederasiyası (TUSKON) haqda qərar qəbul edib. Avropa.info xəbər verir ki, komitə adıçəkilən qurumların BMT-dəki məsləhətçi statuslarının ləğv olunması ilə bağlı tövsiyə xarakterli qərar qəbul edib. Əldə olunan məlumata görə, QHT-lər Üzrə Komitənin tövsiyə xarakterli qərarının aprel ayında BMT-nin İqtisadi və Sosial Şurasında səsə qoyulacağı bildirilir. BMT-nin Qeyri-Hökumət Təşkilatları Komitəsinin FETÖ-yə bağlı olan bu üç təşkilat haqda qəbul etdiyi qərarın Türkiyənin təşəbbüsü nəticəsində həyata keçirildiyi bildirilir. QHT-lər bu status ilə BMT nəzdindəki beynəlxalq yığıncaqlara iştirak etmək və dövlətlərlə QHT-lərin görüşdüyü yığıncaqlarda söz demək haqqını əldə edir və həmçinin BMT-yə üzv ölkələrə iş sahələri ilə bağlı görüş və təkliflərini irəli sürə bilir. Qeyd edək ki, Gülən şəbəkəsinin adıçəkilən təşkilatları ndan “Kimse Yok Mu” dərnəyinin 2010-cu ildə, Jurnalistlər və Yazarlar Vəqfi ilə TUSKON isə 2012-ci ildən məsləhətçi statusuna malikdirlər. Yeni Müsavat
Dünya
Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Barak Obama arasında telefon danışığı olub. Virtualaz.org Kremlin mətbuat xidmətinə istinadən bildirir ki, söhbət zamanı Suriyadakı vəziyyəti müzakirə olunub. Məlumata görə, Putin Obamanı Rusiya aviasiya qrupunun xeyli hissəsinin Suriyadan çıxarılmasına dair qəbul olunan qərar barədə məlumatlandırıb. Putin bu qərarın beynəlxalq terrorçuluqla mübarizədə Rusiya ordusunun qarşısında qoyulan vəzifələrin icra olunmasından sonra verildiyini vurğulayıb. Tərəflər qeyd edib ki, BMT TŞ-nin 2268 saylı qətnaməsi ilə dəstəklənən Rusiya-ABŞ təşəbbüsü Suriyada münaqişənin miqyasının kəskin azaldılması ilə nəticələnib. Atəşkəsin qorunması və terror qruplaşmaları ilə effektiv mübarizə üçün Rusiya və ABŞ nümayəndələrinin səylərinin razılaşdırılmasının vacib olduğu qeyd olunub. Xatırladaq ki, Vladimir Putin Rusiya ordu birləşmələrinin əsas hissəsinin martın 15-dən etibarən Suriyadan çıxarılmasına başlanması barədə göstəriş verib.
Dünya
Kəşmir regionunda Hindistan-Pakistan təmas xəttində yenidən toqquşma baş verib. APA-nın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, Hindistan polisi Pakistan sərhədçilərinin açdığı atəş nəticəsində iki əsgər və dinc sakinlərin öldüyünü açıqlayıb. Rəsmi İslamabad isə 6 mülki şəxsin həyatını itirdiyini bəyan edib. Bununla bərabər, hər iki tərəfdən yaralılar var. Qeyd edək ki, bu il avqustun 5-də Hindistan Kəşmirin nəzarətində olan hissəsinin xüsusi statusunu ləğv edib. İyulun sonunda isə Cammu və Kəşmirə əlavə 10 min hərbçi göndərilib. Pakistan avqustun 7-də Hindistanla diplomatik münasibətlərin səviyyəsini aşağı endirib.
Dünya
"ABŞ prezidentliyinə namizəd Hillari Klinton ümummilli debatlarda daha yaxşı çıxış etmək üçün xüsusi preparatlar qəbul edib. Sonuncu debatdan əvvəl hər iki namizəd dopinq testdən keçməlidir". APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ötən gün Nyu-Qempşirdə tərəfdarları qarşısında çıxışı zamanı Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Tramp deyib. “Mən onda (Hillari Klintonda-red.) nə baş verdiyini anlamıram. Ötən debatların əvvəlində ona sanki nə isə vurmuşdular, sona yaxın isə elə görünürdü ki, sanki onu səhnədən düşürməyi xahiş edirdi. O özünü avtomobilinə kimi güclə çatdırdı”, - deyə Tramp qeyd edib. O, özünün və rəqibinin seçkiqabağı mübarizəsini idmançıların mübarizəsinə bənzədib. “Yüngül atletika idmançılarını dopinq testdən keçməyi məcbur edirlər. Mən hesab edirəm ki, debatlardan əvvəl bizdə yoxlanışdan keçməliyik. Mən şəxsən bunu etmək istəyirəm”, - deyə namizəd əlavə edib. “Dostlar, dünyada çox şeylər baş verir. Mən hesab edirəm ki, ona preparatlar yeridirlər. Həqiqəti bilmək istəyirsiniz? Çərşənbəyə (oktyabrın 19-da yekun debatlar keçiriləcək-red.) hazır olması üçün ona indidən preparatlar verməyə başlayıblar”, - deyə Tramp bildirib.
Dünya
İraq ordusunun birlikləri İŞİD-in nəzarətində olan Mosul şəhərinə giriblər.Ölkə.Az xəbər verir ki, iki həftə davam edən əməliyyatdan sonra nəhayat İraq ordusu İŞİD terror təşkilatının işğalı altında olan Mosul şəhərinə girib.Hazırda İraq ordusunun şəhərin Karama rayonunda olduğu və şəhərdə qanlı döyüşlərin getdiyi bildirilir.İŞİD terrorçularının hələ müqavimət göstərdiyi gələn xəbərlər arasındadır.Xatırladırıq ki, Mosul 2014-cü ilin yayından İŞİD-in nəzarətindədir.
Dünya
ABŞ Prezidenti Co Bayden Səudiyyə Ərəbistanına səfəri zamanı daha əvvəl rusiyalı həmkarı Vladimir Putinə göstəriləndən daha az hörmət görüb. Musavat.com Axar.az-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın "Di Velt" (Die Welt) nəşrində dərc olunan məqalədə bildirilib. Məqalədə xatırladılıb ki, 2017-ci ildə ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ər-Riyada səfərdə olarkən onu qılıncla rəqs edən rəqs qrupu qarşılayıb və ayrıca otelə yerləşdirib. İki il sonra Putin 16 atlı kortejlə müşayiət edilib və Rusiya Prezidenti kral saraylarından birində qonaq edilib.Bayden isə Ər-Riyadda adi bir mərasimlə qarşılanıb və ABŞ lideri üçün cəlbedici olmayan bir tədbir proqramı hazırlanıb. "Rusiyanın Yaxın Şərqdəki nəzərəçarpan böyüməsi protokollarda da öz əksini tapır”, - məqalədə vurğulanıb. Qeyd edilib ki, Putin və Baydenin qarşılanmasındakı fərq Ər-Riyad rəhbərliyinin iki ölkəyə münasibətinin və hazırkı münaqişədə hansı tərəfi dəstəklədiyinin göstəricisidir.
Dünya
Taylandda ilin əvvəlindən 25 min adam yoluxucu xəstəliyə yoluxub.Musavat.com xəbər verir ki, bu xəstəlyin ilkin əlamətləri yüksən tempraturlu qızdırma və şiddətli baş ağrılarıdır.Ölkənin mərkəzi xəstəxanasının verdiyi məlumata əsasən, bir həftə ərzində daha 2 min insan bu xəstəliyə yoluxub. İlin əvvəlindən bu xəstəlikdən 58 nəfər həyatını itirib. Hökümət bildirib ki, 2014-cü ildə bu xəstəliyə 15 mindən çox insan yoluxub. Həkimlər bu xəstəliyin ən yüksək həddinin oktyabr və noyabr ayında olmasını gözləyirlər. Bu xəstəlik xüsusi növ ağcaqanadlar vasitəsiylə yayılır. Bu ağcaqanadlar təmiz su gölməçələrində çoxalır. Onların yumurta qoyma dövrü 5-10 gün çəkir. Bu dəhşətli xəstəliyə qarşı heç bir dərman tapılmayıb. Qeyd edək ki, bu xəstəliyə hər il tropik və subtropik ölkələrin 50 milyondan 100 milyona qədər əhalisi tutulur.Aygün SəfərliMusavat.com
Dünya
İnsanların artıq öz yaddaşı yerinə google axtarış saytına müraciəti beyindəki xatırlama funksiyasını öldürür. “Reader’s Digest” jurnalının yazdığına görə, Kolumbiya Universiteti bununla bağlı araşdırma hazırlayıb. Məlum olub ki, insanlar öz yaddaşları və bilik potensialı əvəzinə internetə müraciət etməyə üstünlük verir. Google-yə kəsə yollarla müraciət etmək isə beynin xatırlama funksiyasını gerilədir.
Dünya
Braziliyada pandemiyanın ilk iki ili ərzində azı 40.380 uşaq və yeniyetmə COVID-19 nəticəsində analarını itirib. AZƏRTAC xəbər verir ki, biologiya elmləri üzrə federal tədqiqat müəssisəsi – Osvaldo Kruz Fondu tərəfindən dərc edilmiş araşdırmaya görə, doğuş zamanı fəsadlarla əlaqədar gənc qadınlar arasında ölüm hallarının üçdəbir hissəsinə səbəb COVID-19 olub. Bu, 2009-cu ilin müvafiq göstəricisi ilə müqayisədə Braziliyada ana ölümünün 37 faiz artması deməkdir. Fondun məlumatına görə, pandemiyanın ilk iki ili ərzində Braziliyada diri doğulmuş hər min körpədən birinin anası ölüb. 2020-ci və 2021-ci illərdə Braziliyada qeydə alınmış bütün ölüm hallarının beşdəbir hissəsinə səbəb COVID-19 olub. Pandemiyanın ən qızğın dövründə - 2021-ci ilin mart ayında orta hesabla hər gün 4 minə yaxın adam ölüb. Tədqiqatçıların fikrincə, ölkədə iqtisadi böhran, aclığın yenidən başlanması və sosial proqramlarda növbənin artması nəzərə alınaraq cəmiyyəti uşaqların müdafiəsinə səfərbər etmək, “pandemiya yetimləri”nə diqqəti artırmaq lazımdır. Təqribən üç il bundan əvvəl COVID-19 pandemiyası başlanandan bəri Braziliyada 36.124.337 yoluxma və 692.743 ölüm faktı qeydə alınıb. Rəsmi məlumata görə, Braziliya koronavirus pandemiyasından ən çox zərər çəkmiş ölkələrdən biridir.
Dünya
ABŞ Suriyada münaqişədən zərər çəkənlərə humanitar yardımın göstərilməsi üçün əlavə olaraq 340 mln. dollar vəsait ayırıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Barak Obama BMT Baş Assambleyasının sessiyasında çıxışı zamanı bildirib. “Suriyaya humanitar yardım üçün ayrılmış bir milyard dollar vəsaitə biz əlavə 340 mln. dollar ayırdıq”, deyə Obama bildirib. Bundan əlavə prezident Barak Obama qeyd edib ki, ABŞ Yaxın Şərq və Şimali Afrikada öz maraqlarının qorunması üçün hərbi gücdən istifadə etməyə hazırdır. “Bölgədə bizim əsas maraqlarımızın təmin olunması üçün ABŞ hərbi güc də daxil olmaqla imkanlarımızın bütün elementlərindən istifadə etməyə hazırdır”, deyə Obama BMT Baş Assambleyasında çıxışı zamanı qeyd edib.
Dünya
2020-ci ildə ABŞ-ın büdcə kəsri 1 trilyon dolları keçəcək. Axar.az xəbər verir ki, bu məlumat ABŞ Konqresinin büdcə idarəsinin hesabatında yer alıb. Məlumata görə, defisit ABŞ-ın ümumdaxili məhsulunun 4,6%-ni təşkil edəcək. 2030-cu ildə bu göstəricinin 5,4%-ə qədər yüksələcəyi vurğulanıb.
Dünya
Kot-d’İvuar millisinin və İngiltərənin “Çelsi” futbol klubunun keçmiş hücumçusu Didye Droqba etiraf edib ki, məhz intim xarakterli videosu yayıldıqdan sonra həyat yoldaşından boşanmaq məcburiyyətində qalıb. “Şəxsi həyatımı müzakirə etmək kimi vərdişim yoxdur, ancaq mediadakı spekulyasiyaları nəzərə alaraq təsdiq edirəm ki, təəssüf ki 20 il birgə yaşadığım Lalla ilə ayrılmaq qərarı verdik. Onunla yaxın dost olaraq qalırıq. Ən başlıcası, uşaqlarımızı, ailəmizin şəxsi həyatını qorumaq istəyirdik”, - deyə D.Droqba şaiyələrə son qoyub. Qeyd edək ki, 2020-ci ildə məşhur futbolçunun başqa qadınla şəxsi videosu yayılmışdı. Görüntülər xüsusən sosial şəbəkələrdə böyük səs-küyə səbəb olmuşdu.//Oxu.az
Dünya
Belarus və Türkiyə münasibətlərin inkişafı sahəsində yeni mərhələyə qalxmaq imkanına sahibdirlər. Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı Belarus Prezidenti Aleksandr Lukaşenko söyləyib. Onun sözlərinə görə, iki ölkə arasında demək olar ki, heç bir siyasi fikir ayrılığı yoxdur: “Bizim beynəlxalq gündəmə eyni baxış tərzimiz var. Diplomatik kanallar vasitəsilə yaxşı münasibətlərə sahibik. Ticarət, iqtisadi münasibətlərimiz şəxsi və dövlətlərarası münasibətlərimizdən nisbətən geri qalır. İstənilən halda bu istiqamətdə də inkişaf gedir. Bizim münasibətlərimiz və dostluğumuz zamanın sınağından çıxıb. Bizim siyasətimiz hər zaman sizin kursunuzla üst-üstə düşəcək”. Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Belarusa səfər edib.
Dünya
“Hər kəs Azərbaycan qazının dünya bazarına çıxarılması məsələsində Türkiyədən təşəbbüs gözləyir". “Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Onun sözlərinə görə, dünyadakı münaqişələrin 60 faizi Türkiyənin olduğu regionda baş verir: “Türkiyə “taxıl böhranı” razılaşması ilə ərzaq böhranını həll etdi. Bu gün enerji böhranının həll edilməsində mühüm rol oynayırıq”. Çavuşoğlu bildirib ki, Türkiyədən gözləntilər böyükdür: "Hər kəsin gözü, qulağı bizdədir”.
Dünya
İran Prezidenti Həsən Ruhani İsveçin Baş naziri Stefan Leuvenlə telefon danışığı zamanı ABŞ-ın Yaxın Şərqdəki son hadisələrdə günahkar olduğunu bildirib. APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Ruhaninin rəsmi saytında yazılıb. “ABŞ bölgədəki son hadisələrə görə məsuliyyət daşıyır və biz hamımızın bu ölkənin cinayətlərini qınamalıyıq”, deyə Ruhani bildirib. O, İranın İraqdakı ABŞ hərbi bazasına hücumun BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq həyata keçirildiyini və cinayət olmadığını deyib. Ruhani əlavə edib ki, Yaxın Şərq problemlərini yalnız region ölkələri hər bir dövlətin suverenliyi çərçivəsində siyasi dialoq yolu ilə həll etməlidirlər. İran prezidenti gələcəkdə faciəli hadisələrin qarşısını almaq üçün bölgədə təhlükəsizlik və əmin-amanlığı bərpa etməyin vacibliyini vurğulayıb: “Hamımız birləşib bölgəyə təhlükəsizliyi qaytarmalı və bölgədə sülhün hökm sürməsinə zəmin yaratmalıyıq. Dünyanın hər yerində belə dəhşətli hadisələrin qarşısını almalıyıq”. İsveçin Baş naziri öz növbəsində Ukraynaya məxsus sərnişin təyyarəsinin vurulması nəticəsində çox sayda iranlının ölümü ilə əlaqədar Ruhaniyə başsağlığı verib. O, təyyarənin vurulmasında İranın etiraf etməsini yüksək qiymətləndirib. Leuven istintaqın şəffaf aparılmasında İsveçin kömək etməyə hazır olduğunu bildirib.
Dünya
Sevgilisi Mark Skvayrsın evlilik təklifindən sonra London sakini Kristin Smit komadan ayılıb. Musavat.com bu barədə CNN Türk-ə istinadən xəbər verir.. Xəbərə görə, 36 yaşlı britaniyalı qadın koronavirusa yoluxduqdan sonra reanimasiyaya düşüb, orada isə süni tənəffüs aparatına qoşulub. Skvayrsın sözlərinə görə, qızın vəziyyəti ağırlaşdığı üçün ondan xəstəxanaya gəlməsi istənilib. O, səsini tanıyacağı ümidi ilə komada olan sevgili ilə danışmağa başlayıb və son şans kimi evlilik təklif edib. Buna cavab olaraq Smit gözlənilmədən gözlərini açıb. O, dərhal tibb işçilərindən evə anasına zəng etməyi və nişanlandığını deməsini xahiş edib. Bununla belə o, tarixi və başına gələnləri xatırlamayıb. Bu günlərdə Smit xəstəxanadan çıxıb və sevgilisi ilə toya hazırlaşır. Toğrul İSMAYIL,Musavat.com
Dünya
Son günlərdə Avropanın böyük bir hissəsində təsirli olan fırtına nəticəsində həyatını itirənlərin sayı 16-ya çatıb. Alman mətbuatının “Zeynəb Fırtınası” adlandırdığı güclü qasırğa səbəbindən Aİ ölkələrinə milyonlarla avro dəyərində maddi ziyan dəyib. Rəsmi məlumatlara görə, ölüm halları Belçika, Hollandiya, Almaniya və Polşada, həmçinin Böyük Britaniya və İrlandiya Respublikasında baş verib. Həmçinin, köhnə qitədə milyonlarla ev işıqsız qalıb, nəqliyyatın hərəkəti iflic olub.//Oxu.az
Dünya
Türkiyə, Rusiya, İran və Suriya prezidentləri arasında mümkün görüş yaxın vaxtlarda baş tuta bilər. AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi nümayəndəsi İbrahim Kalın bu barədə CNN Türk telekanalının efirində Ankara-Dəməşq münasibətlərinin normallaşdırılması planının hazırlanması məsələsini şərh edərkən deyib. Onun sözlərinə görə, Türkiyədəki seçkilərdən sonra suriyalı qaçqınların vətənlərinə qaytarılması hökumətin əsas fəaliyyət istiqamətlərindən biri olacaq. “Dördtərəfli danışıqlar nəticəsində qaçqınların qaytarılması planı hazırlanacaq. İran və Rusiya mövqeyimizi bilir. Danışıqlar zamanı zəmanətlər müəyyənləşəcək. Suriya Prezidenti Bəşər Əsəd ümumi amnistiya elan etsə də, xalq ona inanmır”, - deyə İbrahim Kalın vurğulayıb. Türkiyə Prezidentinin nümayəndəsi qeyd edib ki, yaxın vaxtlarda suriyalı qaçqınların geri qaytarılması qrafiki hazırlanacaq. Qeyd edək ki, mayın 10-da Moskvada Türkiyə, İran, Suriya və Rusiya xarici işlər nazirləri Ankara və Dəməşq arasında münasibətlərin normallaşdırılması məsələsi ilə bağlı danışıqlar aparıb. Görüşdə qaçqınların könüllü və təhlükəsiz şəkildə geri qaytarılması yolları, həmçinin Suriya münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həlli müzakirə olunub. Tərəflər münasibətlərin normallaşdırılması prosesinin yol xəritəsini hazırlamaq üçün xüsusi komitə formalaşdırmaq barədə razılığa gəliblər.
Dünya
ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) “Perseverance” roverinin Mars səthindən göndərdiyi səslərin audiosunu yayımlayıb. “Marsı gördükdən sonra, bir də onu dinləyin. Qulaqlıqlarınızı götürün və mikrofonlarımdan birinin yazdığı ilk səslərə qulaq asın”, - deyə “Perseverance” rover adına göndərilən mesajda deyilir.
Dünya
Bu gün Türkiyəyə məxsus təyyarə Qəzza zolağına yardım məqsədilə Misirə yola düşür. Musavat.com xəbər verir ki, bu barədə məlumatı Türkiyənin səhiyyə naziri Fahrettin Koca açıqlayıb. Dərman və tibbi ləvazimatlarla dolu təyyarə sabah səhər saatlarında Misirə yola düşəcək. Təyyarədə 20 mütəxəssisdən ibarət həkim heyəti də olacaq. Musavat.com
Dünya
Son sutkada Qırğızıstanda COVID-19-a yoluxanların sayı 439 nəfər artaraq yoluxanların ümumi sayı 61 min 748 nəfərə çatıb. AZƏRTAC Qırğızıstan Koronavirusla bağlı Respublika Qərargahına istinadla xəbər verir ki, son gündə 512, infeksiya başlanandan 52 min 855 pasiyent sağalaraq evə buraxılıb. Son 4 saatda virusdan 1 nəfər həyatını itirib, ölənlərin ümumi sayı 1170 nəfərə çatıb. Xəstəxanalarda 3 min 478, ambulator şəraitində 3 min 615 nəfər var. Bildirilir ki, son gündə 1, ümumiyyətlə 3 min 635 tibb işçisi COVID-19-a yoluxub, onların 3 min 398-i sağalaraq evə buraxılıb.
Dünya
Meksikada yüngülmühərrikli "Cessna" təyyarəsi qəzaya uğrayıb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə yerli "Milenio" qəzeti hakimiyyət orqanlarına istinadən məlumat yayıb. Məlumata görə, hadisə ölkənin şimalındakı Çiuaua ştatında qeydə alınıb. Qonşu Sinaloa ştatına uçan təyyarədə hadisə zamanı aralarında 13 yaşlı yeniyetmə olmaqla 6 nəfər olub. Onlar hamısı qəza zamanı ölüblər. Hadisənin başvermə səbəbi açıqlanmır. Hakimiyyət orqanları qəza ilə bağlı araşdırmaya başlayıblar.
Dünya
İraqda son həftə ərzində etiraz aksiyalarında onlarla insan həlak olub. "Report" xəbər verir ki, bu barədə ölkənin İnsan Hüquqları üzrə Ali Komissiyası bildirib. Komissiyanın məlumatına görə, oktyabrın 25-dən 30-dək keçirilən etiraz aksiyaları nəticəsində onlarla insan həlak olub. Etirazlar zamanı həmçinin minlərlə insan müxtəlif xəsarətlər alıb. "Son günlər təhlükəsizlik orqanları və nümayişçilər arasında yaranmış toqquşmalar, zorakılıq, gücdən, gözyaşardıcı qazdan və daşlardan istifadə 100 nəfərin həlak olması, daha 5,5 min nümayişçi və təhlükəsizlik qüvvələri əməkdaşlarının xəsarət alması ilə nəticələndi", - deyə komissiyanın "Facebook"da yayımladığı xəbərində deyilir.
Dünya
Almaniya Xristian Demokrat İttifaqı Partiyası (XDİP) keçmiş lideri olan kansler Angela Merkelin vaxtından əvvəl, yəni 2021-ci ilədək hökumət başçısı vəzifəsini partiyanın yeni sədri Anneqret Kramp-Karrenbauerə təhvil verə biləcəyi məsələsini araşdırır. “Report” “Bild”ə istinadən xəbər verir ki, partiya rəhbərliyindəki mənbələrə görə, gələn il Avropa Parlamentinə, həmçinin üç şərqi əyalətdə keçiriləcək seçkilər zamanı Sosial Demokrat Partiyası gözlənildiyi kimi, XDİP, Yaşıllar Partiyası və “Almaniya üçün alternativ” Partiyasından sonra dördüncü yerdə qalsa, iqtidar koalisiyasını tərk edə bilər. Çünki həmin partiyada bir çoxu nüfuzlarının itirilməsini iqtridarda olmalarında görür. Belə olan təqdirdə XDİP azlıq hökuməti yaradıb kansler vəzifəsinə A.Kramp-Karrenbaueri gətirməyi düşünür. Bu varianta Azad Demokrat Partiyası və “yaşıllar” rəğbət göstərdiklərini daha əvvəl bildirmişdilər.
Dünya
ABŞ-ın dövlət katibi Mayk Pompeo koronavirusun Çinin dövlət laboratoriyalarından çıxmasını iddia edən informasiyanı paylaşıb. “Report” xəbər verir ki, bu barədə onun ABŞ Dövlət Departamentinin saytındakı bəyanatında bildirilir. "Bu həftə Çinə gəlmiş Ümumdünya Səhiyyə Təşkilatının araşdırma qrupunun əhəmiyyətli işinə kömək etmək üçün Birləşmiş Ştatlar hökuməti bu gün 2019-cu ildə Çinin hökumət laboratoriyalarının fəaliyyəti haqqında yeni informasiyanı bölüşür", - bəyanatda deyilir. Pompeonun sözlərinə görə, hələ 2019-cu ilin yayında Uhanın Virusologiya İnstitutunun bir neçə əməkdaşı koronavirusa oxşar nəyəsə yoluxub. Həmçinin dövlət katibi bildirib ki, yarasaların RaTG13 koronavirusu SARS-COV-19-la 96% eynidir. Pandemiyanın başlanğıcından dünyada COVID-19-a 94 milyon yoluxma qeydə alınıb, virusa yoluxmuş 67 milyon pasiyent sağalıb, 2 milyondan çox insan ölüb.
Dünya
Avstriya və Niderlandın XİN başçıları Aleksandr Şallenberq və Stef Blokun yaxın zamanlarda Tehrana səfəri planlaşdırılır. Trend-in məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Musavi bildirib. İran XİN-in açıqlamasında görüş zamanı avropalı diplomatlarla Fars körfəzi və Hörmüz boğazında təhlükəsizlik məsələləri müzakirə ediləcək.
Dünya
Evin qapısını sındıran da Suriya vətəndaşıdır Almaniyanın “Bild” qəzetinin yaydığı xəbərdə deyilir ki, şənbə gününə keçən gecə Potsdam şəhərindəki binanın 4-cü mərtəbəsindən iki nəfər özünü aşağı atıb. Adları açıqlanmayan şəxslərin hamısı Suriya vətəndaşıdır. Polisin məlumatına görə, 23 yaşlı suriyalı gənc səhər erkən saat 4:30-da zorla qapını sındırıb və içəri girib. Onun gəlişindən qorxan 23 yaşlı gənc və 27 yaşlı qadın özünü 4-cü mərtəbədən atıb. Hadisə yerinə gələn Ambulansdakı tibb personalı ağır yarlanan gənclərə ilk yarım göstərdikdən sonra onları xəstəxanaya çatdırıblar. Xilaskarlar və polis də hadisə yerində olub. Polis evin qapısını sındıran şəxsi həbs edib. Ancaq hadisənin səbəbi ilə bağlı məlumat verilmir. Bilinən odur ki, ortada narkotik maddə də var. İstintaq başlayıb. https://www.bild.de/regional/berlin/berlin-aktuell/in-potsdam-frau-und-mann-stuerzen-aus-4-stock-eine-festnahme-66961098.bild.html Elbəyi Həsənli, Sürix Musavat.com
Dünya
PKK lideri Abdulla Öcalan Suriyanın Türkiyə sərhədi yaxınlığındakı Kobani şəhərində kürdlərlə İŞİD yaraqlıları arasında gedən döyüşləri şərh edib. musavat.com-un Türkiyə mediasına istinadən vedriyi xəbərə görə, Öcalan bildirib ki, əgər İŞİD-çilər Kobanini ələ keçirib əhalisini qılıncdan keçirsələr, o zaman Türkiyə hökuməti ilə PKK arasında atəşkəsin sonu gələcək. Qeyd edək ki, hələ ki, Türkiyə İŞİD qruplaşmasına qarşı fəal hərbi addımlar atmaq və koalisiyaya qoşulmaq barədə qərar verməyib. Hökumətin bununla bağlı öz kontut-dəlilləri var. Müşahidəçilərə görə, Türkiyə fəal addımlar atacağı təqdirdə ölkəyə qaçqın axını kəskin arta, eyni zamanda öz daxilində terror təhlükəsi xeyli güclənə bilər.Musavat.com
Dünya
İndoneziya və Şərqi Timorda daşqınlar və torpaq sürüşmələri azı 113 nəfərin ölümünə səbəb olub. “Report” xəbər verir ki, bu barədə “Reuters” iki ölkənin səlahiyyətlilərinə istinadən məlumat yayıb. İndoneziyanın Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Agentliyinin məlumatına görə, ölkənin cənub hissəsində ölənlərin sayı 86-ya çatıb, 71 nəfər itkin düşüb. Fəlakət ümumilikdə təxminən 30 min insana təsir etdi, onların bəziləri evakuasiya mərkəzlərindədir. Xilasetmə əməliyyatları beş körpünün çökməsi və kökündən çıxan ağacların yolları bağlaması ilə çətinləşir. Timor adasını İndoneziya ilə bölüşən Şərqi Timor hökumətinin məlumatına görə isə, bu ölkədə 27 nəfər ölüb, təxminən 7 min insan evlərini tərk etmək məcburiyyətində qalıb.
Dünya
Türkiyədə Muğla ilinin Menteşe rayonunda sərnişin mikroavtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində 22 nəfər xəsarət alıb. Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir. Qeyd olunub ki, yaralılar yaxınlıqdakı xəstəxanalara aparılıblar. Qəzanın başvermə səbəbi ilə bağlı araşdırma aparılır.
Dünya
Futbol üzrə Türkiyə yığmasının və “Qalatasaray” komandasının keçmiş oyunçusu Hakan Şükür barədə 2 il həbs tələbi ilə məhkəmə iddiası qaldırılıb. ANS PRESS-in məlumatına görə, keçmiş futbolçunun ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanı sosial şəbəkədə təhqir etdiyi iddia olunur. Hazırlanan iddianaməyə görə Hakan Şükür “Twitter”dəki şəxsi səhifəsidə ölkə prezidentini ağır ifadələrlə təhqir edib. Yerli vətəndaşlardan biri bu barədə Respublika Prokurorluğuna etdiyi şikayətdən sonra qurum “Prezidenti təhqir” cinayəti çərçivəsində istintaq başladıb. Hakan Şükür verdiyi ifadədə mesajda yazdığı şəxsin prezident Ərdoğan olmadığını deyib. İstintaqı başa vuran baş prokuror İdris Kurt isə bildirib ki, Hakan Şükür həmin mesajında heç bir şübhəyə yer verməyəcək şəkildə ölkə prezidentini təhqir edib. Hakan Şükürə iki il həbs cəzası tələb edən iddianamə Bakırköy Ağır Cinayətlərə dair Məhkəməyə göndərilib. 2011-ci ildə hakim Ədalət və İnkişaf Partiyasından (AKP) millət vəkili seçilən Hakan Şükürün bu partiyadakı siyasi həyatı 2 il davam edib. Türkiyədə 2013-cü il dekarın 17-də keçirilən rüşvət və korrupsiya əməliyyatından sonra Hakan Şükür AKP-dən istefa verib. Bu barədə açıqlama verən Şükür, əmrlə gəldik, əmrlə gedirik demişdi.
Dünya
Gəncədə 9-cu sinif şagirdi itkin düşüb. Trend-in məlumatına görə, Gəncə şəhər sakini Qafarova İlahə Sabir qızı polisə müraciət edərək bildirib ki, qızı, Gəncə şəhər 17 saylı orta məktəbin 9-cu sinif şagirdi, 2003-cü il təvəllüdlü Qurbanova Lalə Bəhruz qızı noyabrın 4-də səhər saat 08 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb. Faktla bağlı araşdırmalar aparılır.
Dünya
Türk Dövlətləri Təşkilatı (TDT) nəznində yaradılan Türk İnvestisiya Fondu türk dünyasında iqtisadi inteqrasiyaya töhfə verəcək. APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Ankarada keçirilən Fövqəladə Zirvəsinin nəticələrinə dair mətbuat konfransı zamanı bildirib. O, bu fondun Baş ofisinin İstanbulda yerləşəcəyini qeyd edib. Qeyd edək ki, bu gün Anakarada keçirilən Türk Dövlətləri Təşkilatının Ankarada keçirilən Fövqəladə Zirvəsi çərçivəsində fonddan zəlzələnin fəsadlarını aradan qaldırmağa dəstək göstərmək məqsədi ilə Türkiyəyə maliyyə yardımının ayırılmasına dair razılıq əldə edilib.
Dünya
Əfqanıstanda administrasiyanı ələ keçirən “Taliban”ın paytaxt Kabil və ölkənin digər şəhərlərindəki bəzi hava limanlarının idarəçiliyini Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) üzərinə götürməsi ilə bağlı razılığa gəlmək üzrə olduğu iddia edilib. Musavat/com Oxu.Az-a istinadən xəbər verir ki,bu barədə danışıqlarda iştirak edən mənbələrə istinadən “Reuters” məlumat verib. Məlumata görə, razılaşmanın yaxın həftələrdə ictimaiyyətə açıqlanacağı gözlənilir. Məlumdur ki, “Taliban” daha əvvəl Kabil hava limanının istismarı üçün Qətər və Türkiyə ilə danışıqlar aparmışdı. Qətər, Türkiyə və BƏƏ-nin hava limanlarını müştərək təhvil aldığını qeyd edən “Reuters” mənbələrə istinadən tenderin yalnız BƏƏ-yə veriləcəyini qeyd edib. BƏƏ əvvəllər hava limanlarının fəaliyyətində mühüm rol oynayıb. “Reuters”in dəyərləndirməsinə görə, bu razılaşma “həm BƏƏ-nin rəqib kimi gördüyü Qətər üzərində üstünlük əldə etmək, həm də beynəlxalq səviyyədə təcrid olunmuş “Taliban” administrasiyasının təcridini qırmaq yolunda mühüm addım kimi qəbul edilə bilər”. BƏƏ ilə razılaşmaya əsasən, hava limanlarının təhlükəsizliyi ilə bağlı məsələləri öz ərazilərində xarici qüvvələrin olmasını istəməyən “Taliban”ın tələbi ilə əfqanlar üzərinə götürəcək.
Dünya
Rusiya silahlı qüvvələri Kiyevin qərbində yerləşən Jitomir vilayətində silah-sursat anbarını “Kalibr” raketləri ilə məhv edib. APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib. “Martın 25-i gün ərzində “Kalibr” yüksək dəqiqlikli dəniz əsaslı qanadlı raketləri Jitomir vilayətinin Velikie Korovnitsı kəndi yaxınlığındakı sursat və silah anbarını məhv edib”, - deyə Konaşenkov vurğulayıb. Rusiya MN sözçüsü yüksək dəqiqlikli "Oniks" qanadlı raketləri ilə Ukraynanın cənubundakı Silahlı Qüvvələri qruplaşmasının yanacaqla təmin olunduğu Nikolayev vilayətindəki yanacaq bazasının məhv edildiyini söyləyib.
Dünya
İngiltərənin Mançester şəhərindən Portuqaliyanın Madeyra adası istiqamətində uçan təyyarənin pilotu anlıq olaraq huşunu itirib. Musavat.com bu barədə sabah.com.tr-yə istinadən məlumat verir. Məlumata görə, təyyarə yerə çırpılmaq təhlükəsi ilə üzləşib. Belə ki, “Jet2” hava yolları şirkətinə məxsus olan təyyarənin sərnişinlərindən biri pilotun huşunu itirdiyini görüb və dərhal onun yerinə keçərək təyyarəni idarə etməyə başlayıb. O, təyyarəni təcili olaraq Porto şəhərinə endirib. Sərnişinin bu addımı rəğbətlə qarşılanıb. Pilotun xəstəxanaya yerləşdirildiyi bildirilir. Musavat.com
Dünya
ABŞ-ın Miçiqan ştatında 40 avtomobilin toqquşması nəticəsində azı 3 nəfər dünyasını dəyişib. Musavat.com xəbər verir ki, bu barədə məlumat "Fox2" telekanalında yer alıb. Telekanalın məlumatına görə, hadisə yerli vaxtla 10:00 –da Livinqston dairəsində baş verib. Belə böyük qəzaya səbəb kimi qar və yolun buz bağlaması göstərilir. Xilasedicilər bildiriblər ki, ölənlərin sayı arta bilər. Hazırda yolda avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Aygün, Musavat.com
Dünya
ABŞ-ın 50 ən zəngin adamının sərvəti ölkənin bütün əhalisinin var-dövləti qədərdir. “Report” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb. Ən zəngin amerikalıların 1%-nin ümumi sərvəti 34,2 trilyon ABŞ dolları təşkil edir. Eyni zamanda 165 milyon ABŞ sakininin var-dövləti cəmi 2,08 trilyon ABŞ dollarıdır. Son bir ildə ən zəngin 50 amerikalı ümumilikdə 339 milyard ABŞ dolları həcmində varlanıb. Qeyd olunur ki, koronavirus pandemiyası ABŞ vətəndaşları arasındakı bu bərabərsizliyi daha da artırıb. Agentliyə açıqlama verən analitiklər əlavə edirlər ki, ölkə sakinlərinin böyük əksəriyyəti səhmlərin bahalaşmasından heç bir fayda görmürlər. O cümlədən 1981-1996-cı illər aralığında anadan olan amerikalılar ABŞ sərvətinin 4,6%-nə nəzarət edir.
Dünya
Bu həftənin cümə axşamı günü Səudiyyə Ərəbistanı Ciddə şəhərində ABŞ, Misir, İordaniya, Türkiyə və digər körfəz ölkələrinin rəsmi nümayəndələrinin iştirakı ilə toplantı keçiriləcək. Türkiyə mətbuatının yazdığına görə, toplantıda İŞİD-ə qarşı mübarizə planları müzakirə olunacaq. Səudiyyə Ərəbistanı rəsmi xəbər agentliyinin yaydığı xəbərdə toplantıda bölgədə terrora qarşı mübarizə və terrorun arxasında dayanan radikal qruplara qarşı fəaliyyət planı hazırlanacaq. Ehtimal olunur ki, toplantıda ABŞ təklif etdiyi İŞİD-ə qarşı koalisiyanın yaradılması ilə bağlı danışıqlar aparılacaq. Toplantıda adları qeyd olunan ölkələrin yüksək rütbəli dövlət adamları iştirak edəcək. Bu arada Londonda dərc olunan “Şarq əl-Əvsat” qəzeti İŞİD-in yeni cəbhələr açmağa hazırlandığı haqda xəbər yayıb. Bu barədə qəzetə açıqlama verən yüksək rütbəli İraq rəsmisi bildirib ki, İŞİD-in yeni cəbhələri daha təhlükəsiz bölgələrdə açılacaq. Adını bildirməyən iraqlı dövlət rəsmisi qeyd edib ki, ABŞ-ın hava zərbələrindən sonra ağır itkilər verən İŞİD Mosul və Diyalə kimi bölgələrdə hücumlarını dayandırıb. Qəzetin yazdığına görə, indi İŞİD silahlı qüvvələrini daha təhlükəsiz ərazilərə yığır. Verilən məlumatda bu yerin Bağdad yaxınlığı olduğu qeyd edilir. Ehtimal olunur ki, İŞİD məhz Bağdad yaxınlığında mövqelərini möhkəmlətmək və üstünlüyü ələ almağa çalışacaq. İraqlı mənbə onu da bildirib ki, İŞİD artıq sürətli hücum taktikasından istifadə etməklə daha az itki ilə daha çox nəticə əldə etməyə çalışır. Eyni zamanda onu da bildirib ki, son aylarda İraqda çoxlu sayda könüllülərin silahlı qruplar yaratması və dəstəyin artması İraq ordusunda döyüş ruhunu yüksəldib. Eyni zamanda ABŞ hava zərbələri nəticəsində İŞİD-in əlində olan hərbi texnikaların çox hissəsinin məhv edilməsi terror təşkilatını xeyli zəiflədib.Kənan
Dünya
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə britaniyalı həmkarı Liz Trass arasında görüş olub. “Report” “Anadolu”ya istinadən xəbər verir ki, tərəflər NATO ölkələrinin xarici işlər nazirlərinin fövqəladə toplantısı çərçivəsində ikitərəfli müzakirə aparıblar. Onların regional və qlobal məsələlər barədə fikir mübadiləsi apardıqları bildirilir.
Dünya
İrəvan Dövlət Universitetinin rektoru Ovanis Ovannisyan Təbriz Dövlət Universitetinin rektoru Səfər Nəsrullah Zadə ilə görüşüb. Görüşdə iki universitet arasında əməkdaşlığın qurulması istiqamətində addımlar və qarşılıqlı maraq doğuran sahələrdə birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub. İranlı rektorla görüşün nəticəsi olaraq, iki universitet arasında tələbə və mütəxəssis mübadiləsi proqramlarının, birgə elmi-tədqiqat layihələrinin, müxtəlif akademik və mədəni təşəbbüslərin həyata keçirilməsinə dair razılığa gəlinib. Bundan əlavə, Təbriz Dövlət Universitetində ermənişünaslıq kafedrasının yaradılması ilə bağlı ilkin razılıq əldə olunub. (Teleqraf.com)
Dünya
Bu gün bütün dünyada katoliklər Pasxa bayramını qeyd edir. Qeyd edək ki, hazırda dünyada koronavirus bəlası yaşandığından demək olar ki, əksər ölkələrdə kilsələr bağlanıb. Buna görə də xristianlar bu bayramı evdə qeyd edəcəklər. Məsələn, katolik ölkə olan İtaliyada da koronavirus Pasxa şənliklərinə əngəl törədib. Din xadimləri və ibadət edən insanlar bu şənliklərdə iştirak etməyin yeni yollarını tapıblar. Böyük Britaniya kraliçası II Elizabet isə Pasxa bayramı ilə bağlı xalqa müraciət edib. Kraliça səsli müraciətini kral ailəsinin rəsmi "Twitter" hesabından paylaşıb. Müraciətdə bildirilir: “İnsanlar özlərini təcrid etdiyindən bu il Pasxa bayramı çoxları üçün fərqli olacaq. Lakin Pasxa bayramının keçirilməsi ləğv edilməyib. Əksinə, hazırda bu bayrama heç vaxt olmadığı qədər çox ehtiyacımız var. Koronavirus bizə qalib gələ bilməyəcək”. Qeyd edək ki, Pasxa xristian dinində ən vacib bayram hesab olunur. Bu bayramın keçirilmə tarixi Nikey kilsəsi tərəfindən 325-ci ildə müəyyənləşib. Ənənəyə görə, bayram yazın girməsi və ayın bədirlənməsindən sonrakı ilk bazar günü qeyd olunur. Bu ilki katolik Pasxası aprelin 12-nə təsadüf edib. Pravoslav xristianlar isə bu bayramı bir həftə sonra qeyd edəcək. Xatırladaq ki, 1977-ci ildə Roma Papası 6-cı Pavel bu bayramı eyni gündə, aprelin 2-ci bazar günündə qeyd etmək üçün pravoslavlarla razılığa gəlməyə cəhd etsə də, razılıq əldə olunmamışdı. Xalidə GərayMusavat.com
Dünya
Argentina prezidenti Xavyer Miley bildirib ki, onun hökumətinin işinin və aparılan islahatların müsbət nəticələri 15 ildən sonra görünəcək. Musavat.com xarici mediaya istinadla xəbər verir ki, o, bu barədə “FM Delta” radiostansiyasının efirində bildirib. Onun sözlərinə görə, təkmilləşmələrin üçdə ikisi 15 il ərzində görünəcək. "Beləliklə, siz onları görəcəksiniz, övladlarınız onlardan zövq alacaq və nəvələriniz gözəl həyat sürəcək", - prezident "çiçəklənən Argentina" görəcəyinə şübhə edən aparıcıya deyib. Argentinada ümumi seçkilər iki turda 22 oktyabr və 19 noyabr 2023-cü il tarixlərində keçirilib. Səsvermənin nəticələrinə əsasən, ölkə yeni dövlət başçısını, vitse-prezidenti, əksər əyalətlərin qubernatorlarını və Argentina Milli Konqresinin üzvlərini seçib. Argentina lideri dekabrın 21-də ölkədə milli iqtisadiyyatın liberallaşdırılması üçün islahatların aparılması haqqında fərman imzalayıb. Maylinin fikrincə, müvafiq təşəbbüslərin həyata keçirilməsi respublikanın yenidən qurulması üçün ilk addım olmalıdır. Musavat.com
Dünya
Polşa və Baltikyanı ölkələrin (Estoniya, Latviya və Litva) dövlət başçıları Ukraynaya səfərə yola düşüblər. AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Polşa Prezidenti Andjey Duda administrasiyası yayıb. Bildirilib ki, hazırda Polşa Prezidenti Andjey Duda həmkarları Gitanas Nauseda (Litva), Alar Karis (Estoniya) və Eqils Levits (Latviya) ilə artıq Ukrayna ərazisindədir və paytaxt Kiyev istiqamətində hərəkət edirlər. Bildirilib ki, səfərin məqsədi Prezident Volodimir Zelenski ilə görüşmək və Ukraynaya dəstəyi ifadə etməkdir. Prezident administrasiyasından, həmçinin bildirilib ki, səfərin təşkilatçısı Polşa tərəfidir, nümayəndə heyəti Varşavadan yola düşüb və Ukrayna ilə birlikdə bu səərin logistika və təhlükəsizlik məsələlərini təmin edir.
Dünya
Budapeştdə anadan olmuş Şandor Tariks Olimpiya oyunlarının qızıl medalını 1936-cı ildə su polosu üzrə yarışlarda qazanmışdı.Virtualaz.org Macarıstanın «24» portalına istinadən xəbər verir ki, Berlin Oplimpiadasının şempionu 102 yaşında dünyasını dəyişib. Bu xəbəri Şandor Tariksin qızı verib.1949-cu ildə Tariks ABŞ-a köşüb. Burada o memarlıq və mühəndisliklə məşğul olub.O, dünyada ən qocaman olimpiya çempionu və İkinci Dünya müharibəsindən əvvəl keçirilmiş Olimpiadaların yeganə canlı iştirakçısı idi.
Dünya
İran prezidenti Həsən Ruhani Böyük Britaniyanın Cəbəllütariq boğazında İranın neft tankerini saxlamasını səhv addım kimi qiymətləndirib. APA-nın Tehran bürosunun məlumatına görə, İran prezidenti Nazirlər Kabinetinin iclasında çıxışı zamanı bildirib ki, Böyük Britaniyanın bu addımı dünyada sabitliyin pozulmasına gətirib çıxara bilər. H. Ruhani Böyük Britaniyaya xəbərdarlıq edərək deyib ki, onların bu hərəkəti hamının ziyanınadır. İran prezidenti Böyük Britaniyanın bu addımının cavabsız qalmayacağını da vurğulayıb. Qeyd edək ki, Böyük Britaniya hərbi gəmiləri tərəfindən Cəbəllütariq boğazında İrana məxsus neft tankeri saxlanılıb.
Dünya
Əvvəllər siyasi təqiblərlə məşğul olan və hökumətyönlü Teleqram kanallarına nəzarət edən FSB polkovniki Mixail Polyakov Rusiyada saxlanılıb. Axar.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Məlumata görə, Polyakov rəhbərliyin razılığı olmadan kremlyönlü Teleqram kanallarında “bizneslə məşğul olduğu üçün” həbs olunub.
Dünya
Türkiyədə iyulda hərbi çevrilişə cəhddə ittiham olunan Fətullah Gülən hərəkatı ilə əlaqədə şübhəli bilinən 540 hərbçi müvəqqəti olaraq vəzifələrindən kənarlaşdırılıb. Trend bu barədə "Anadolu" agentliyinə istinadən məlumat verir. Məlumatda bildirilir ki, Türkiyə Hərbi Hava Qüvvələrindən 427 nəfər, Hərbi Dəniz Qvvələrindən isə 113 nəfər vəzifədən kənarlaşdırılıb. Həmin şəxslərdən 368 nəfərin zabit olduğu qeyd olunur.
Dünya
Rusiya prezidenti Vladimir Putin Kremldə Çeçenistan rəhbərinin 17 yaşlı oğlu Əhməd Kadırovla görüşüb. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Çeçenistan lideri Ramzan Kadırov öz Teleqram səhifəsində onların birgə fotosunu paylaşıb. Ramzan Kadırovun böyük oğlu prezidentə respublikada aparılan gənclər siyasəti barədə məlumat verib. Xatırlatmaq yerinə düşər ki, Əhməd Kadırov 16 yaşında Uşaq və Gənclər Hərəkatının Regional İdarəsinin Şurasının sədri təyin edilib. Putin gənc məmura 2004-cü ilin mayında Qroznıda partlayış nəticəsində öldürülən rusiyayönümlü respublikanın ilk rəhbəri, babası Əhməd Kadırov haqqında da danışıb. Ramzan Kadırov Kremldəki görüşü “qeyri-rəsmi” və “mənəvi” adlandırıb. “Kavkaz.Realii” saytı dəfələrlə Ramzan Kadırovun övladlarının və digər qohumlarının dövlət qulluğunda yüksək vəzifələrə sahib olması barədə məlumat yayıb. Ümumilikdə, redaksiyanın məlumatına görə, Ramzan Kadırovun 100-ə yaxın qohumu müxtəlif vaxtlarda dövlət vəzifələrində çalışıb. Bu həftə “Əhməd Kadırov Xeyriyyə Fondu” Çeçenistan rəhbərinin böyük oğlunun nikah günü evlənəcək 100 çeçen sakininin hər birinə 100 min rubl ödənəcəyini açıqlayıb. Azyaşlı Əhməd Kadırovun həyat yoldaşının adı açıqlanmır. Sosial şəbəkə istifadəçiləri Qroznıda toy olduğu üçün küçələrin bağlandığını bildiriblər. İnsanlara foto və video çəkmək qadağan edilib. Musavat.com
Dünya
Rusiya Birbaşa İnvestisiya Fondu ilə Hindistanın Milli Hind İnfrastruktur Fondu 1 milyard dollarlıq investisiya fondunun yaradılması barədə saziş imzalayıb. Axar.az xəbər verir ki, bu haqda məlumatı “Tayms İndiya” yayıb. Verilən məlumata görə, sözügedən fonddakı maliyyə Hindistandakı layihələrin həyata keçirilməsinə xərclənəcək. Xatırladaq ki, Rusiya Federasiyası Prezidenti Vladimir Putinlə Hindistanın Baş naziri Narendra Modi BRİCS sammiti çərçivəsində görüş keçirib.
Dünya
Ukraynadan onunla qonşu olan ölkələrə gələn qaçqınların sayı 4 milyonu ötüb. AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin qaçqınların işləri üzrə Ali komissarının idarəsindən bildiriblər. İdarənin saytında yerləşdirilmiş məlumata əsasən, fevralın 24-dən martın 29-dək Ukraynanı tərk edən qaçqınların sayı 4 milyon 19 min 287 nəfərə çatıb. Sutka ərzində onların sayı 117 min nəfərdən çox artıb. Fevralın 24-dən martın 29-dək olan müddətdə, o cümlədən Polşaya 2 milyon 336 min 799, Rumınıyaya 608 min 936, Moldovaya 387 min 151, Macarıstana 364 min 804 nəfər ukraynalı qaçqın gəlib.
Dünya
İraqın yeni hökumət başçısı Heydər əl-Abadi bəyan edib ki, onun ölkəsində keçirilmiş həbslərdən sonra bəlli olub ki, İŞİD döyüşçüləri Paris və ABŞ-ın bir sıra şəhərlərinin metro dayanacaqlarında partlayışlar keçirməyi planlaşdırıb. Bu barədə “The Associated Press” agentliyi məlumat yayıb.Hazırda BMT-nin 69-cu sessiyasında iştirak edən baş nazir bildirib ki, terrorçular tərəfindən Qərbə qarşı məkrli planlar cızılıb. O, bu bəyanatı bir qrup ABŞ jurnalisti ilə söhbəti zamanı səsləndirib. "Reuters" isə ABŞ rəsmilərinə istnadən bildirib ki, İŞİD-in Amerika şəhərlərində teror aktları törətmək planı haqqında deyilənlər o qədər də inandırcı görünmür. Və ABŞ hökumətinə bu kimi planlarla bağlı heç bir kəşfiyyat məlumatı daxil olmayıb.Elbəyi Həsənli
Dünya
Bu gün İraq ordusu Mosulun şimalında yerləşən daha səkkiz kəndi İŞİD terrorçularından təmizləyib.Musavat.com "Reuters" agentliyinə istinadən xəbər verir ki, məlumatı Mosulu azad etmək üçün aparılan əməliyyatların komandanlığı da təsdiqləyib.Hərbçilərin məlumatına görə, geniş hərbi əməliyyatda İraq ordusunun 17-ci quru qoşunları diviziyası iştirak edir. Azad edilən məntəqələrdən başqa, hərbçilər tərəfindən dörd yeraltı tunel də aşkar edilərək təhlükəsizləşdirilib.Aygün,Musavat.com
Dünya
Ermənistanda daha 259 nəfərdə koronavirus aşkarlanıb. “Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb. Bununla da Ermənistanda virusa yoluxanların sayı 38 196-ya yüksəlib. Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 5 nəfər artaraq 728-ə çatıb. İndiyədək 28 366 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 8 877 aktiv koronavirus xəstəsi var.
Dünya
Tunis hökümətinin bu gün verdiyi məlumata görə, ölkədə etiraz aksiyaları dayandırılıb.Musavat.com xəbər verir ki, qvardiya polkovniki Çibani Xəlifə aksiyalar zamanı 100-dən artıq vətəndaşın həbs edildiyini bildirib.Etirazlar ötən həftənin sonunda Kasserin şəhərində işsiz bir şəxsin özünü öldürməsi ilə başlayıb.Vəziyyətlə əlaqədər hökumət ötən həftənin sonundan ölkədə 20:00-dan 05:00-a qədər komendant saatı elan edib.Aygün SƏFƏRLİMusavat.com
Dünya
Bolqarıstanlı jurnalist Boris Anzov Rusiya Xarici işlər nazirliyinin qarşısında, nazirliyin mətbuat sözcüsü Mariya Zaxarovaya evlilik təklifi etdiyi üçün cərimələnib Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Boris Anzov bu təklifini olduqca orijinal tərzdə həyata keçiribmiş. “Xarici İşlər Nazirliyi binasının qarşısında 40 yaşlı Bolqarıstan vətəndaşı Boris Anzov, 26 yaşlı Gürcüstan vətəndaşı, 44 yaşlı Ukrayna vətəndaşı və 20 yaşlı Moskva vilayət sakini saxlanılıb. Bu adamlar Qafqaz milli geyiində, oyuncaq avtomatlar, alıqşqan-tapançalar, suvenir qılınclar və qamçı ilə, ansamblın müşayiəti altında oyun çıxarıblar. Kişilərdən biri hətta at üstündə gəlib”,-deyə məlumatda bildirilir. Polisə yaxalanan jurnalist birada Mariya Zaxarovaya evlənmək üçün gəldiyini söyləyib. Məsələ ilə əlaqədar dərhal xırda xuliqanlıq maddəsi ilə inzibati protokol tərtib edilib. Bundan başqa Boris Anzov 500 rubl məbləğində cərimələnib. “Hoqqabazlar”ın gətirdiyi bütün oyuncaqlar isə müsadirə olunub. Musavat.com
Dünya
Hindistanın Uttar-Pradeş ştatında tikiş fabrikində yanğın baş verib.Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində ən azı 10 nəfər həlak olub.
Dünya
Kanadalı müşahidəçilər 3 noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərində iştirak etməyəcək. “Report” xəbər verir ki, bu barədə “TASS”ın müxbirinə Kanada Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Kanada seçki müşahidəçilərini ABŞ-a göndərməyəcək. Qeyd edək ki, 3 noyabr tarixində ABŞ-da keçiriləcək ümumi seçkilərdə prezident və vitse-prezident, 35 senator, Nümayəndələr Palatasının 435 üzvü, 13 əyalət və ərazi qubernatoru və yerli hökumət seçiləcək. İndiki dövlət başçısı Donald Tramp (Respublikaçı) və demokrat Co Bayden prezidentlik uğrunda mübarizə aparır. ABŞ-ın yeni prezidentinin andiçmə mərasimi 2021-ci il yanvarın 20-də olacaq.
Dünya
2019-cu ildə Suriyada öldürülən İŞİD terror təşkilatının lideri Əbu Bəkr əl-Bağdadinin ən çox güvəndiyi və yaxın adamlarında biri olan, “Basim” kod adı ilə tanınan terrorçu İstanbulda yaxalanıb. Musavat.com xəbər verir ki, Türkiyənin Milli Kəşfiyyat Təşkilatı və İstanbul Terrorla Mübarizə Baş İdarəsinin birgə əməliyyatı nəticəsində saxlanılan şəxs, eyni zamanda terror təşkilatının “hərbi” birləşmələrin rəhbəri hesab edilir. Qeyd edək ki, Suriyadan Türkiyəyə keçərək saxta pasportla İstanbulda yaşayan terrorçu şəhərin Ataşehir rayonunda ələ keçirilib. Toğrul İSMAYIL,Musavat.com
Dünya
Vladimir Putin Yevgeni Lukyanovu Rusiyanın Belarus Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri təyin edib. APA TASS-a istinadən xəbər verir ki, bu barədə Putin fərman imzalayıb. Qeyd edək ki, bu təyinata qədər Yevgeni Lukyanov Rusiyanın Latviyadakı səfiri idi. Xatırladaq ki, Rusiyanın Belarusdakı səfiri vəzifəsini son 2 ildə Dmitri Mezentsev icra edirdi.
Dünya
“Hürriyyət” qəzetinin yazarı, tanınmış jurnalist, heyvan haqları müdafiəçisi Ömür Gedik Türkiyədə edam cəzasının yenidən müzakirə olunmasına münasibət bildirib. Axar.az xəbər verir ki, o, edam cəzasının təkcə çevrilişə cəhd edənlərə deyil, qadınlara təcavüz edənlərə, uşaq və heyvan hüquqlarını tapdayanlara da şamil olunmasını istəyib. “Edam cəzası geri qayıdacaqsa, təcavüzkarları, uşaq və heyvan haqlarını tapdayanları da əhatə edəcəkmi?” - deyən Ömür Gedik məsələnin daha ciddi şəkildə müzakirə olunmasının vacibliyini qeyd edib. Xatırladaq ki, iyulun 15-dən 16-a keçən gecə Türkiyədə baş verən çevrilişə cəhd hadisəsindən sonra 12 il əvvəl ləğv olunan edam cəzasının yenidən qüvvəyə minməsi gündəmə gəlib.
Dünya
Avropa Birliyinə namizəd ölkələr Rusiyaya qarşı AB-nin sanksiyalarına qoşuldu. ANS PRESS-in məlumatlna görə, bu barədə AB-nin yaydığı müraciətdə deyilir. Rusiya bankları və şirkətlərinin AB kapitalı bazarına və eləcə də dərinözüllər, arktik və şişt neftinin emalına olan sanksiyalara Çernoqoriya, İslandiya, Albaniya və Ukrayna qoşuldu. Laki Donbasda “separatçı qüvvələrlə sövdələşən” hüquqi şəxslərlə bağlı isə sanksiyalara isə daha çox ölkə qoşulub. “Bu qərara namizəd ölkələr- Çernoqoriya, İslandiya və Albaniya eləcədə Avropa iqtisadi zonasının üzv ölkələri Lixtenşteyn, Norveç və Ukrayna qoşulur”- deyə xəbərdə deyilir. Qeyd edək ki, Rusiyada rublun düşüşü ilə sezilən sanksiyalara qarşı, nəticəsiz olan alternativ addımıar atılmağa çalışılır.
Dünya
İsveç hökuməti Ukraynaya dəstək məqsədilə əlavə vəsaitin – hərbi texnika və maliyyə yardımının ayrılması haqqında qərar qəbul edib. “Report” TASS-a istinadən xəbər verir ki, Ukraynaya gəmiəleyhinə “Robot 17” yaxınmənzilli raket komplekslərinin, avtomat tüfənglərin və 5 min tankəleyinə qumbaraatanın göndərilməsi nəzərdə tutulur. Bundan başqa, Ukraynaya 1 milyard kron (100 milyon ABŞ dolları) vəsait ayrılacaq.
Dünya
ABŞ Senatı istintaq zamanı işgəncə tətbiq olunması praktikasını qanunla qadağan edib. Avropa.info xəbər verir ki, işgəncələr daha əvvəl Obamanın sərəncamı ilə ləğv edilsə də, senatorlar qərar veriblər ki, bu addımı qanuniləşdirmək lazımdır. Qanun layihəsinin müəlliflərindən biri Con Makkeyn hesab edir ki, işgəncə praktikası ABŞ-ın ideallarını ləkələyir. Qanuna 2016-cı il üçün hərbi büdcə müzakirələri çərçivəsində baxılıb. Layihənin müəllifləri respublikaçı Con Makkeyn və demokrat Dayen Faynstayndır. Qanunun lehinə 78, əleyhinə 21 nəfər səs verib. Qeyd edək ki, istintaq zamanı işgəncələrin tətbiqi Corc Buşun prezidentliyi dövründə terrorla mübarizə adı altında qanuniləşdirilmişdi.
Dünya
İranda ötən sutka ərzində 9 524 nəfər koronavirusa (COVID-19) yoluxub, 241 nəfər ölüb. Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib. Bununla da İranda bu virusdan ölənlərin sayı 136 631 nəfərə, yoluxanların sayı isə 7 040 467 nəfərə çatıb. Virus daşıyıcılarından 4 049 nəfərin vəziyyəti ağır qiymətləndirilir. İranda indiyədək 6 634 126 nəfər koronavirusdan sağalıb, 47,1 milyondan çox diaqnoz testi həyata keçirilib. Ümumilikdə, İranda 141 milyondan çox vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 62,7 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 55,4 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 23 milyon təşkil edir.
Dünya
ABŞ “Əl-Qaidə” liderini itki vermədən necə məhv etdiyini açıqlayıb. İyulun 31-də günəş çıxandan bir saat sonra Ayman əl-Zəvahiri Kabilin mərkəzindəki evin eyvanına çıxıb. ABŞ iki raket zərbəsi ilə 71 yaşlı terrorçunu öldürüb. Əməliyyat uğurlu olmasının səbəblərdən biri də terrorçunun vərdişlərinin öyrənilməsi olub. Həmçinin xüsusi tipli raketlər sayəsində də bu əməliyyatı uğurla tamamlamaq mümkün olub. Fotoda Kabildə “Əl-Qaidə” liderinin öldürüldüyü ehtimal olunan yer əks olunub. Eyvan isə o vaxtdan bəri qapadılıb. Mənbə: “Truxa Ukraina” “Telegram” kanalı
Dünya
Ukraynanın eks-prezidenti Viktor Yanukoviç 45 illik həyat yoldaşı Lyudmila ilə boşanıb. Hazırda Yanukoviç keçmiş aşpazının bacısı ilə birgə yaşayır. Virtualaz.org bildirir ki, bu barədə Almaniyanın “Spiegel” jurnalı yazıb. "O özünün 45 il evli olduğu arvadı ilə boşandı. Hazırda keçmiş aşpazının bacısı ilə yaşayır", - deyə nəşr Yanukoviç haqqında dərc etdiyi materialda vurğulayıb. Jurnal, həmçinin yazır ki, eks-prezidentə maddi cəhətdən böyük oğlu Aleksandr dəstək olur.
Dünya
Rəsmi Vaşinqton Suriya prezidenti Bəşər Əsədlə KXDR lideri Kim Çen Inın görüşə biləcəyindən narahatdır. Trend-in məlumatına görə, bu barədə Dövlət Departamentinin nümayəndəsi bildirib. KXDR-in "Nodon Sinmun" partiyasının qəzetinin yazdığına görə, Suriya prezidenti Bəşər Əsəd Şimali Koreyaya səfər edə bilər. Qeyd edək ki, ABŞ və KXDR liderləri iyunun 12-də Sinqapurda keçiriləcək sammit çərçivəsində görüşəcəklər.
Dünya
İrəvan polis rəisi və bir sıra digər vəzifəli şəxslər töhmət alıblar. Trend-in verdiyi xəbərə görə, İrəvanda baş vermiş son hadisələrdən sonra polis məmurlarına töhmət elan edilib. Bildirilir ki, onlar lazımi şəkildə öz xidməti vəzifələrini yerinə yetirməyiblər. Qeyd edək ki, İrəvanda polis və etirazçılar arasında toqquşmalar baş vermişdir.
Dünya
Rusiyada misli görünməmiş bir çılğınlıq başlanıb. Musavat.com dünya mediasına istinadən xəbər verir ki, bu dəfə də rus qadınlar metrolarda ayaqyalın gəzirlər. Onlar qatarlara ayaqyalın minir və bunu sosial media vasitəsilə paylaşırlar. Əksərən qadınların maraq göstərdiyi bu axının təqibçiləri metro stansiyalarında ayaqqabısız gəzməyi bir fərqlilik hesab edirlər. Amma bir çox trendlər kimi - başdan buzlu su tökmək, təpiklə butulka qapağı açmaq - bu aksiyanın da hər hansı faydası, bəşəri mesajı, mahiyyəti yoxdur. Sadəcə dəbdir və virus kimi yayılır. İşin maraqlı tərəfi isə odur ki, bu vəziyyətin hara gedər davam edəcəyini heç kim bilmir. "Yalın ayaq" olaraq adlandırılan bu axının təqibçilərinə gün boyu ayaqyalın gəzmək dəvəti göndərilib. Kişilər bu axına o qədər də reaksiya göstərməyib. Amma daha çox qadınlar bəzəkli ayaqqabılarını əllərində tutaraq ayaqyalın şəkil çəkdirir, bunu sosial media vasitəsilə paylaşırlar. 33 yaşındakı Polina Smerç adlı bloger tərəfindən başlanan hərəkat böyük marağa səbəb olub. Amma P.Smertç soyuq havalarda bu aksiyanın 3 saatdan artıq olmamasının vacibliyini bildirib. Sosial mediada görüntülənən "Yalın ayaqlar"ın aksiyası isə qaydalara uymur. Metro səlahiyyətliləri bu hərəkətin yaralanmalara səbəb olacağını əsas gətirərək, sərnişinlərə bu aksiyadan imtina etmələri ilə bağlı xəbərdarlıq edib. Bundan başqa, onlar ayaqyalın gəzmənin sağlamlıq problemlərinə səbəb olacağını vurğulayıb. SevincMusavat.com
Dünya
Hindistanın Utter Pradeş ştatında toyda faciə baş verib. “Report” xəbər verir ki, bu barədə “Times of India” məlumat verib. Manqeş Kumar adlı gəncin Surbhi adlı qızla toyu, doğma kəndi Samaspurda baş tutmalı imiş. Adətə uyğun olaraq, bəyin ailəsi gəlinin evinə çatıb və ənənəvi hind toy mərasimi başlayıb. Mərasim zamanı yeni gəlin baş ağrısından şikayətlənib, daha sonra huşunu itirib. O dərhal xəstəxanaya aparılıb. Həkim bildirib ki, yeni gəlin ürək tutmasından dünyasını dəyişib. Ailənin başına gələn kədərə baxmayaraq, Kumara Surbhinin kiçik bacısı Nişa ilə evlənməyi təklif ediblər. Bəy isə bununla razılaşıb və toy davam edib.
Dünya
Dünyanın ən böyük uşaq pornoqrafiyası istehsalı ilə məşğul olan ABŞ və İrlandiya vətəndaşı Erik Marques 27 il müddətinə azadlıqdan məhrum edilib. İstintaq qurumlarının apardığı araşdırma nəticəsində onun idarə etdiyi şirkətin kompüterlərində uşaq pornoqrafiyasına aid 8,5 milyon fraqment aşkarlanıb. Qərar ABŞ məhkəməsi tərəfindən elan olunub. Erik Marques cəzasını çəkib həbsxanadan çıxacağı təqdirdə də ömürlük nəzarəti altında saxlanacaq.
Dünya
ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın hava qüvvələri Suriyanın Deyr-əz-Zor şəhəri yaxınlığında endirdiyi zərbə nəticəsində 5 dinc sakin ölüb. APA-nın məlumatına görə, bu barədə “Əl Cəzirə” telekanalı xəbər verib. Məlumata görə, hədəfdə terrorçuların Əl-Küriyə yaşayış məntəqəsindəki mövqeləri olub. İki gün əvvəl beynəlxalq koalisiyanın Rakka şəhəri yaxınlığındakı kəndlərdən birinə endirdiyi hava zərbəsi nəticəsində 4-ü uşaq olmaqla 11 dinc sakin həyatını itirib. Qeyd edək ki, Rakka şəhəri İSİD terror qruplaşmasının nəzarəti altındadır.
Dünya
Amerikanın Billboard və Variety kimi məşhur jurnallarının yanı sıra, öndə gələn qəzetlərdə də yayımlanan açıqlamada deyilir. “Həmasın İsrailin şəhərlərinə raket atması, insanların girov götürülməsi qəbul ediləbiləcək hal deyil. Xəstəxanalar silah saxlamaq üçün yox, insanları sağaltmaq üçündür. Məktəblər mərmi atmaq üçün yox, öyrətmək üçündür. Uşaqlar qalxanımız deyil, ümidimizdir.”Musavat.com
Dünya
Macarıstan baş nazirinin müşaviri Balaz Orban ölkəsinin Ukraynanın Avropa İttifaqına üzv olmasının tərəfdarı olduğunu bildirib. “Report” xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Məlumata görə, o, hökumətin bunun ən qısa zamanda baş verəcəyinə ümid etdiyini və Aİ-yə üzv dövlətlərin bu prosesi sürətləndirmək üçün Avropa Komissiyasına təzyiq göstərməli olduğunu vurğulayıb. Eyni zamanda, müşavir rəsmi Budapeştin Rusiya ilə münasibətlərdən əl çəkmək niyyətində olmadığını bildirib. B.Orban qeyd edib ki, Macarıstanın mövqeyi əlaqələri qorumaq ideyasına əsaslanır.
Dünya
Mərakeş hakimiyyəti Çin Xalq Respublikasından gələn və vətəndaşlığından asılı olmayaraq bütün səyahətçilərin ölkə ərazisinə girişini qadağan edib. Bu barədə “Report” Mərakeş Xarici İşlər Nazirliyinə istinadən xəbər verir. Qeyd olunub ki, buna səbəb ölkəni COVID-19 infeksiyasının yeni dalğasından qorumaqdır. Nazirlik qadağanın müstəsna hadisə olduğunu vurğulayıb: “Bu, iki xalq arasındakı səmimi dostluğa və ölkələr arasında strateji tərəfdaşlığa heç bir təsir göstərməyəcək”.
Dünya
"Avropa İttifaqı Rusiyada baş verənləri diqqətlə izləyir". “Report” xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel tviterdə yazıb. Onun sözlərinə görə, Rusiyada baş verənlər bu ölkənin daxili işidir: “Ukraynaya dəstəyimiz sarsılmazdır”. Xatırladaq ki, “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rusiya hərbçilərinin “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirdiyini, bir çox döyüşçünün öldüyünü açıqlayıb: "Bu vəhşiliyə necə cavab verəcəyimizə qərar verəcəyik. Növbəti addım bizimdir". Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb. Rusiya Federasiyasının Baş Prokurorluğu bildirib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Müdafiə Nazirliyi isə “Vaqner”in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları yalan məlumat adlandırıb. Nazirlik eyni zamanda “Vaqner” döyüşçülərinə müraciət edib, silahı yerə qoymağa çağırıb. Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində mövcud hadisələri xəyanət kimi qiymətləndirib. O deyib ki, bütün zəruri tədbirlər görüləcək.
Dünya
İraqın seçki komissiyası şənbə günü İraq Müharibəsi dövrü ABŞ qoşunlarına qarşı döyüşmüş, populist şiə dini xadim Müqtədə Əl-Sədrin rəhbərlik etdiyi alyansın ölkə parlament seçkilərində ən çox yer qazanan siyasi qüvvə olduğunu elan edib. Əl-Sədrin “İslahatlara Doğru Yürüş” blokunun İraq kommunistləri ilə alyansı parlamentdə 54 yer qazanıb. “Fəth Alyansı” 47 yerlə ikinci, baş nazir Heydər Əl-Abadinin rəhbərlik etdiyi “Qələbə Alyansı” isə 42 yerlə üçüncü olub. Seçkilərdə namizəd kimi iştirak etməyən Əl-Sədr ölkənin baş naziri postunu tuta bilməyəcək. Lakin alyansın rəhbəri kimi, onun ölkə siyasətinə təsir edə biləcək. Məsələn, yeni formalaşacaq İraq hökümətinin müəyyən edilməsi zamanı onun mövqeyi əhəmiyyətli rola malik olacaq. 12 may tarixində keçirilmiş seçkilərin nəticələrinin yubadılmasının səbəbi seçkilərdə istifadə edilən elektron sistemin düzgün çalışdığını müəyyən edilməsi idi. ABŞ müdafiə naziri Cim Mattis daha öncə bildirib ki, seçkidə kimin qalib gəlməsindən asılı olmayaraq, ABŞ iraqlıların seçimini dəstək nümayiş etdirəcək. Əlavə olaraq Mattis, İraqın demokratiyaya doğru irəliləyişini alqışlayıb ("Amerikanın səsi").
Dünya
İspaniyanın Barselona şəhərində Avropa ölkələri tərəfindən qaçqınların qəbul olunmasına dəstək nümayiş etdirən mitinq keçirilib. Təşkilatçıların bildirdiyinə görə, aksiyada 300 min insan iştirak edib. Bu, Avropada ən böyük mitinq hesab olunur. Axar.az xəbər verir ki, aksiyanın keçirilməsinin təşəbbüskarı “Casa nostra, casa vostra” (Bizim evimiz, sizin eviniz) İctimai Birliyi olub. Bu təşəbbüsü İspaniyada qaçqınlara və miqrantlara köməklə məşğul olan digər təşkilatlar və assosiasiyalar da dəstəkləyiblər. Mitinq “Qəbul etmək istəyirik” şüarı altında keçirilib. Təşkilatçılar belə aksiyaların Avropanın digər şəhərlərində də keçirilməsinin zəruriliyini bildiriblər.
Dünya
ABŞ-ın Florida ştatının yol polisi əməkdaşları 200 kilo çəkisi olan sərnişinin qarın qatları arasında 23 qram marixuana aşkarlayıb. Lenta.ru saytının xəbərinə görə, yoxlamaya sürücünün təhlükəsizlik kəmərini bağlamaması səbəb olub. Yol polisləri ancaq yol hərəkəti qaydalarını pozan sürücünü cəzalandırmağı planlaşdırırmışlar. Amma söhbət zamanı polislər 42 yaşlı sərnişin Kristofer Mitçel və 38 yaşlı sürücü Keytian Robertsin özünü şübhəli şəkildə əsəbi apardığını müşahidə edib. Bunun ardınca polis iti qızğın şəkildə maşına tərəf hücum çəkəndə isə daha dəqiq yoxlama aparılıb və Mitçelin qarın qatlarında marixuana, Robertsin üstündə isə kokain aşkarlanıb. Maşında həmçinin corabın içində gizlədilmiş 7 min dollar və silah tapılıb. Hər iki kişi həbs edilib.
Dünya
“Röyters” xəbər agentliyinin Türkiyənin Rusiyadan aldığı S-400 zenit raket kompleksinin bu ilin iyul ayında deyil, 2020-ci ildə təhvil verilməsi ilə bağlı xəbərinə rəsmi Ankaradan cavab gəlib. Publika.az xəbər verir ki, elə agentliyə açıqlama verən ali səlahiyyətli türk nümayəndəsi S-400-lərin iyul ayında Türkiyəyə tədarük ediləcəyini, mövqelərinin dəyişmədiyini deyib. Qeyd edək ki, “Röyters” ABŞ-ın Türkiyədən S-400 havadan müdafiə sistemlərinin təslim edilməsini 2020-ci ilə qədər təxirə salmasını istədiyini yazıb. İddiaya görə, ABŞ Ankaraya bu təklif qarşısında ortaq işçi qrupu yaratması məsələsini təsdiq edə biləcəyini deyib. Xəbərdə Ankaranın bu təklifi dəyərləndirmə mərhələsində olduğu qeyd edilib.
Dünya
"Bu həftə ərzində ölkəmizin Silahlı Qüvvələri və kəşfiyyatı Rusiya ordusunun maddi-texniki bazasının, işğalçıların arxa dayaqlarının məhv edilməsində güclü nəticələr əldə edib". Musavat.com UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ənənəvi gecə müraciətində məlumat verib. O qeyd edib ki, düşmənin silah-sursat anbarlarına, onların komanda məntəqələrinə, Rusiya texnikasının qruplarına vurulan hər zərbə Ukrayna hərbçilərinin və mülki şəxslərin həyatını xilas edir. "Mən tərəfdaşlara - Ukraynanı lazımi silahlarla təmin edən hər kəsə minnətdaram. Xüsusilə, bu həftə ABŞ-dan başqa bir dəstək paketi təsdiqləndi ki, bu da HIMARS sistemləri üçün sursatları da əhatə edir. Onların hamısı müdafiəmizin ümumi strategiyası üçün mümkün qədər dəqiq və sərfəli şəkildə istifadə olunur. Biz daha effektiv və müasir silahlar əldə etmək üçün hər şeyi edirik", - ölkə lideri vurğulayıb. Toğrul İSMAYILMusavat.com
Dünya
Şotlandiya, Uels, İngiltərə və Şimali İrlandiyaya daha geniş səlahiyyətlər veriləcək. APA - nın İTAR – TASS - a istinadən verdiyi məlumata görə, bunu Böyük Britaniya baş naziri Devid Kemeron Şotlandiyada keçirilən referendumun nəticələrini şərh edərkən deyib. O qeyd edib ki, səlahiyyətlərin genişləndirilməsi barədə qərarı 2015-ci ildə yeni çağırış Britaniya parlamenti qəbul edəcək. “Hökumət verdiyi sözləri yerinə yetirəcək və Şotlandiya parlamentinə vergi, büdcə xərcləri və sosial təminat sahəsində yeni səlahiyyətlər verəcək”, - deyə D. Kemeron vurğulayıb.
Dünya
Qərbi Afrika ölkəsi olan Burkina Fasoda terror aktları davam edir. Musavat.com xəbər verir ki, Burkina Fasonun Mali ilə sərhədində yerləşən Sahel bölgəsindəki Oudalan vilayətində ötən cümə günü əsgərlər terrorçular tərəfindən pusquya salınıb. Bu barədə ordu açıqlama yayıb. Açıqlamada bildirilib ki, əsgərlərin terrorçular tərəfindən pusquya salınması nəticəsində 51 əsgər həlak olub. Hücumun hansı təşkilat tərəfindən həyata keçirildiyi barədə məlumat verilməyib. Həmçinin Burkina Faso hərbçilərinin hava hücumu ilə 160-a yaxın terrorçunu zərərsizləşdirdiyi bildirilib. Musavat.com
Dünya
Beynəlxalq Valyuta Fondu (IMF) Avropa İttifaqının (Aİ) büdcə qaydalarını yeniləməli və yüksək borcu olan ölkələrin büdcə kəsirlərini bir neçə ilə qədər azaltmalı olduğunu bildirib. AZƏRTAC xəbər verir ki, IMF-nın yaydığı hesabatda Aİ-nin mövcud fiskal qaydalarının büdcə kəsirlərinin məhdudlaşdırılmasına müəyyən təsir göstərsə də, maliyyə ittifaqının sabitliyini təhdid edən və mövcud volatilliyə səbəb olan büdcə kəsirlərinin və borc nisbətlərinin qarşısını almadığı qeyd olunub. Aİ-nin fiskal çərçivəsinin maliyyə risklərini idarə etmək və istehsalı sabitləşdirmək baxımından uğursuz olduğu bildirilib. Aİ-nin maliyyə islahatlarına ehtiyacı olduğu xüsusilə vurğulanıb. Hesabatda fiskal çərçivəsinin sabitlik üçün kifayət qədər alətlər təmin etmədiyi, aşağı faiz dərəcələrinin Avropa Mərkəzi Bankının siyasət alətlərinə təsir etdiyi və bu səbəbdən inflyasiya hədəfinin təmin olunmadığı qeyd olunub. Avrozonada makroiqtisadi şokların yumşaldılması üçün sabitləşdirmə alətinin yaradılmasının vacibliyi bildirilib, bunun COVID-19 kimi ani iqtisadi şoklardan qorunmanı təmin edəcəyi, həmçinin iqlim dəyişikliyi ilə mübarizə təşəbbüslərinin maliyyələşdirilməsinə töhfə verəcəyi bildirilib. Hesabatda yüksək dövlət borcu olan Aİ ölkələrinin 3 və ya 5 il ərzində büdcələrini tarazlaşdırmalarının vacibliyi də vurğulanıb. Xatırladaq ki, Aİ qaydalarına görə, üzv dövlətlərin büdcə kəsiri ÜDM-nin 3 faizindən, dövlət borcu isə ÜDM-nin 60 faizindən çox olmamalıdır. Bu həddi keçdikdə görüləcək tədbirlər Avropa Komissiyasına bildirilməli və effektiv mübarizə aparılmalıdır. Lakin Aİ-yə üzv ölkələr epidemiyaya görə bu qaydaları dayandırmaq qərarına gəlib, büdcə kəsirlərini və dövlət xərclərini sürətlə artırıblar. Qeyd edək ki, İtaliya 152,6 faizlik göstərici ilə Aİ ölkələri arasında dövlət borcunun ÜDM-ə nisbəti ən yüksək olan ölkələr sırasında Yunanıstandan (189,3 faiz) sonra ikincidir.
Dünya
Polşada koronavirus infeksiyasının yaratdığı xəstəlikdən dünyasını dəyişənlərin sayı 500 nəfəri ötüb. “Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb. Məlumata görə, Polşada qeydə alınan yoluxma hallarının sayı 11 mini ötüb. Belə ki, son bir gündə virusdan ölənlərin sayı daha 25 nəfər artaraq 524-ə çatıb, 11 273 nəfər isə virus daşıyıcısıdır. Son məlumata görə, 87 min insan ev şəraitində karantində saxlanılır, müalicə alan 2 126 pasiyent isə sağalıb. Hal-hazırda Polşada koronavirus infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq edilir.
Dünya
Tennessi ştatında kilsəyə hücum nəticəsində 7 nəfər yaralanıb. Onlardan 6-sı güllə yarası alıb. 7-si isə taparcanın tutacağı ilə vurulub. 1 qadın kilsənin həyətində öldürülüb. Hücumçu 1996-cı ildə Amerikaya Sudandan mühacirət edən 25 yaşlı Emanuel Kideqa Samsondur. Polis qanuni yaşayış statusuna malik olan Samsonun kilsənin sabiq üzvü olduğunu bildirib. Antioş kilsəsi ştatın paytaxtı Naşvilldən 16 kilomertlik məsafədə yerləşir.
Dünya
Moldova parlamenti enerji böhranı səbəbindən ötən ilin sonundan qüvvədə olan fövqəladə vəziyyətin müddətini daha 60 gün uzadıb. "Report" xəbər verir ki, belə bir qərar qanunverici orqanın mətbuat xidmətinin yayımladığı iclasda qəbul edilib. Qərara əsasən, fövqəladə vəziyyət rejimi 2022-ci il dekabrın 6-dan 60 gün müddətinə uzadılacaq. Parlamentin spikeri İqor Qrosu bildirib ki, bu, Avropayönlü Fəaliyyət və Həmrəylik Partiyasının 55 səsi ilə təsdiqlənib. Səsvermə zamanı müxalifət etiraz əlaməti olaraq toplantını boykot edib. Baş nazir Natalya Qavrilitsa fövqəladə tədbirlərə ehtiyacı bölgədəki qeyri-sabitliklə izah edib. "Ukraynada mülki infrastrukturun bombalanması Moldovanın enerji sistemində kütləvi fasilələrə səbəb olub, vətəndaşlarımızın təhlükəsizliyini təhlükə altına alıb. Bu vəziyyətin qışda da təkrarlanacağına dair əsaslı proqnozlar var. Fövqəladə vəziyyət olmadan, biz enerji şirkətlərinə qazın fasiləsiz tədarükü üçün, eləcə də yanacaq ehtiyatlarının formalaşdırılması üçün maliyyə yardımı göstərə bilməzdik”, - baş nazir bildirib. Qeyd edək ki, ölkə ötən ilin oktyabrından bu rejimdə yaşayır. Əvvəlcə bu, “Qazprom”la danışıqlar fonunda və ölkəyə qaz nəqlinin kəsilməsi təhlükəsi fonunda tətbiq edilib, daha sonra səbəb kimi Ukraynadakı vəziyyət göstərilib.
Dünya
Rusiya haker hücumları vasitəsilə Bolqarıstanın daxili siyasi vəziyyətinə təsir etməyə və Avropa ölkələrini parçalamağa çalışır. Trend-in məlumatına görə, bu barədə Bolqarıstan prezidenti Rosen Plevneliyev BBC-yə müsahibəsində deyib. R.Plevneliyev qeyd edib ki, Rusiya bu gün Avropanı zəiflətmək, parçalamaq və Avropa ölkələrini asılı vəziyyətə salmaq istəyir.
Dünya
Döyüş əməliyyatları sahəsində məhkumların cəza çəkməsini nəzərdə tutan Cinayət Məcəlləsinə dəyişikliklər haqqında qanun layihəsi Rusiyanın Dövlət Dumasına təqdim edilib. “Report” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Qeyd olunub ki, Rusiya qoşunlarının canlı qüvvə, silah və hərbi texnika itkiləri davam edir. “Yalnız Luqansk vilayətinin Zolote rayonunda düşmən obyektinin atəşə tutulması nəticəsində Rusiya ordusunun 60-a yaxın hərbçisi ölüb, həmçinin 4 ədəd hərbi texnikası məhv edilib”, - məlumatda deyilir. Baş Qərargah qeyd edib ki, Rusiya hərbi rəhbərliyi şəxsi heyətdəki itkilərin sayını gizlətməyə çalışır: “Mövcud məlumata görə, Rusiya Federasiyasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanun layihəsi Dövlət Dumasına təqdim edilib. Dəyişikliyə əsasən məhkumlar cəzalarının qalan hissəsini hərbi əməliyyatlar sahəsində çəkəcək. Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində Rusiyanın hakimiyyət orqanları müharibə qaydalarını və insan hüquqlarını kobud şəkildə pozaraq şəxsi heyətin sayını artırmaq üçün əhalinin zorla səfərbər edilməsi ilə bağlı tədbirləri gücləndirib. Səfərbərlik tədbirlərinin vaxtında həyata keçirilməsi və yerli əhalinin müqavimətinin yatırılması üçün Berdyansk və Melitopol şəhərlərinə Rusiya Qvardiyasının əlavə hissələri cəlb edilib”.
Dünya
Mərakeş kralı VI Məhəmməd Fransa prezidenti Emmanuel Makronun Birinci Dünya Müharibəsinin bitməsinin 100 illiyi münasibətilə keçirilən tədbirdə çıxışı zamanı yatıb. Oxu.Az xəbər verir ki, video “YouTube” istifadəçiləri tərəfindən yayımlanıb. Videodan aydın olur ki, VI Məhəmməd ABŞ-ın birinci xanımı Melaniya Trampın yanında əyləşib və yuxuya dalıb, bu isə Donald Trampın nəzərindən yayınmayıb. İstifadəçilər bu videoya zarafatla şərh yazıblar: “Melaniya Trampla yatdığını deyə bilərsən”.
Dünya
Türkiyədə koronavirusa yoluxanların sayı artıb. "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, ölkənin səhiyyə naziri Fahreddin Koca daha üç nəfərdə koronavirus aşkarlandığını bildirib. Bununla da Türkiyədə koronavirus daşıyıcılarının sayı 5-ə çatıb. Qeyd edək ki, martın 12-də Türkiyədə prezidentin sədrliyi ilə koronavirusla bağlı müşavirə keçirilib. Müşavirədə Rəcəb Tayyib Ərdoğanın səfərlərinin təxirə salınması, bütün təhsil müəssisələrinin bağlanması, bütün kütləvi tədbirlərin keçirilməsinin təxirə salınması haqqında qərar qəbul edilib. Eyni zamanda dövlət məmurlarının xarici ölkəyə istənilən səfəri rəsmi olaraq dayandırılıb. İndiyədək 2 nəfərin koronavirusa yoluxması faktı qeydə alınmışdı. Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 128 ölkədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 139 630-a çatıb. Bunların 70 733 nəfəri sağalıb, 5 120 nəfəri isə ölüb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Dünya
ABŞ şirkəti Türkiyədə neft axtaracaq. AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin Neft İşləri İdarəsinin “Resmi Gazete”də yaydığı məlumatda deyilir. Bildirilir ki, mərkəzi ofisi ABŞ-da yerləşən “Aladdin Middle East Ltd.” şirkətinin Türkiyənin Siirt vilayətində neft axtarışına dair müraciəti təsdiqlənib və şirkətə 5 illik lisenziya verilib. Şirkət 30 min 548 hektar olan sahədə neft axtarışına dair lisenziya almaq üçün 2017-ci il avqustun 4-də müraciət edib. “Aladdin Petroleum Corporation” adı altında 1926-cı ildə Kansas ştatında qurulan şirkət Kansas və ABŞ-ın müxtəlif yerlərində böyük neft yataqlarının işlənməsində iştirak edib. Şirkət Karib adaları, Cənubi Avstraliya sahilləri, Qərbi Afrika və Yaxın Şərqdə fəaliyyət göstərib. Onun törəməsi “Aladdin Middle East Ltd.” isə neft-qaz axtarış və istehsal şirkəti kimi 1961-ci ildə qurulub və Türkiyənin neft-qaz ehtiyatlarının axtarılması və işlənməsinə fokuslanıb. Şirkətin inzibati mərkəzi Kansas, əməliyyat mərkəzi isə Ankaradır.
Dünya
End of preview. Expand in Data Studio
README.md exists but content is empty.
Downloads last month
150