text
stringlengths 13
2.05k
| label
stringclasses 10
values |
---|---|
Moskva məhkəməsi Rusiyada yaşayan və bir neçə ay öncə həbs edilən erməni iş adamı Levon Ayrapetyana qarşı yeni ittiham irəli sürülüb. Musavat.com-un erməni informasiya qaynağına istinadən verdiyi xəbərə görə, müstəntiq Veselyev ona qarşı dələduzluq ittihamı irəli sürüb. Erməni biznesmen isə yeni ittihamı da rədd edir. İyulun 24-də saxlanılan Ayrapetyanı Rusiya İstintaq Komitəsi bu günədək mənimsəmə və pulların yuyulması maddələri ilə üzrə təqsirli bilirdi. Ayrapetyan Dağlıq Qarabağda separatçı hərəkatın əsas maliyyə sponsorlarından sayılır. Bu səbəbdən erməni tərəfi həbsin Azərbaycanın siyasi sifarişi ola biləcəyini iddia edir. Musavat.com
|
Dünya
|
Saakaşvilinin sözlərinə görə, imtahanlarda minimal bal yığaraq ödənişli ixtisaslara düşən tələbələrə Müdafiə Nazirliyi 12 ay orduda xidmət etməyi təklif edir. Bunun müqabilində dövlət həmin tələbələrin 4 illik təhsil haqqını ödəyəcək. Prezident həmçinin qeyd edib ki, əgər tələbə orduda 2 il xidmət edərsə, onda dövlət onun magistraturadakı təhsil haqqını da ödəyəcək.
|
Dünya
|
Britaniyanın cənubundakı Bornmut şəhərinin polisi cümə axşamı, ilin ən isti günündə sosial məsafə qaydalarını pozaraq, yerli çimərliklərə axın edən minlərlə insanı bir-birindən uzaq durmağa çağırıb.Avtomobillərin dar yolllardan istifadə etməsi üçün bölgələrdə "böyük insident" elan edilib. Bu, yerli hakimiyyət orqanlarına və təcili yardım xidmətlərinə problemi həll etmək üçün əlavə səlahiyyətlər verir.Bornmut, Kraystçörç və Pul şurası meteoroloqların 2020-ci ilin ən isti günü olduğu dediyi gündə insanların dəniz sahilinə üz tutduqları üçün yolların "tamamilə dolu" olduğunu bildirib. Londonun Heathrow hava limanında temperatur müsbət 33.3 dərəcə göstərib.Əraziyə əlavə polis patrulları gətirilib. Şura daşan zibil qablarını təmizləyən işçilərin təhlükəsizliyinin təmin edildiyini bildirib.Şuranın bildirdiyinə görə, insanları xəbərdar etmək üçün erkən saatlarda ərazidəki yolların dolu olduğunu bildirən işarələr qoyulub.Bu həftənin əvvəlində baş nazir Boris Conson iyulun 4-dən etibarən pivə barları və restoranları açılışı da daxil olmaqla, bir sıra məhdudiyyətlərin yüngülləşdiriləcəyini bildirib.O, eyni zamanda həmin gündən etibarən iki metrlik sosial məsafə qaydasının bir metrə endiriləcəyini bildirərək, bunun bizneslərin inkişafına yönəlmiş bir addım olduğunu deyib.//amerikaninsesi.org
|
Dünya
|
“Belarus dövləti xarici ticarət əməliyyatları üçün sahibkarlıq subyektlərinin hesablaşmalarının təmin edilməsi ilə bağlı problemlərin öhdəsindən gəlir”. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib. Onun sözlərinə görə, hazırkı şəraitdə bu məsələ daha çox xarici banklardan asılıdır. “Vəziyyət daha da mürəkkəbləşib, lakin biz onun öhdəsindən gəlirik. Ancaq bəzi məqamlar var. Mən bunu konkret müəssisələrə gedəndə, onlar kömək istəyəndə hiss edirəm”, - deyə Lukaşenko bildirib. Belarus lideri bank sektorunun nümayəndələri ilə görüşdə xarici ticarət əməliyyatları ilə bağlı bütün mübahisəli məsələlərə aydınlıq gətirməyi tələb edib. Belarus Prezidenti dünyada ixrac-idxal əməliyyatları üzrə hesablaşmaların 75%-dən çoxu dollar və avronun köməyi ilə həyata keçirildiyini söyləyib. "Bizim üçün dollar və avro zəhərli valyutalardır", - deyə, Belarus lideri vurğulayıb. Musavat.com
|
Dünya
|
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyinat olub. "Report" nazirliyə istinadən xəbər verir ki, bu vəzifə Arif Baloğlan oğlu Məmmədova həvalə edilib. O, indiyə qədər Nazirliyin Nəqliyyat siyasəti şöbəsinin müdiri vəzifəsində çalışıb. A.Məmmədov Bakı Dövlət Universitetində Beynəlxalq hüquq və beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr və magistr təhsili alıb, həmçinin Çexiyanın Praqa Metropolitan Universitetində Beynəlxalq münasibətlər və Avropa araşdırmaları, Kanadanın Ottava Universitetinin Telfer İdarəçilik Məktəbində Biznesin idarə edilməsi ixtisasları üzrə magistr dərəcəsi əldə edib. O, müxtəlif illərdə Prezident Administrasiyasında, Xarici İşlər Nazirliyində və ölkəmizin bir sıra ölkələrdəki səfirliklərində çalışıb.
|
Dünya
|
Böyük Britaniyanın xarici işlər naziri David Cameron bəyan edib ki, Rusiya prezidenti Vladimir Putin Ukraynada dayandırılmasa, o, daha çox şey əldə etmək üçün geri qayıdacaq. Musavat.com news24.az-a istinadən xəbər verir ki, bu barədə "The Sun"da dərc olunan məqaləsində yazıb."Yaxın keçmişdə belə bir təhlükə və qeyri-müəyyənlik dövrü xatırlamaq çətindir",- o qeyd edib.Kemeron deyib ki, insanlar dünyanın nə qədər dəyişdiyini dərk etməlidirlər. "Daha aqressiv Çin olan Kremlin (Putinin) müharibə alovu, islamçı ekstremizm gənc şüurları zəhərləyir və bunlar bir gecədə yox olmayacaq".O, vurğulayıb ki, artıq dünyanı əvvəlki vəziyyətə qaytarmaq mümkün deyil: "Putini Ukraynada dayandırmasaq, o, təkrar-təkrar geri qayıdacaq".
|
Dünya
|
İran beş ayda 3,6 mlrd. dollar dəyərində 8.7 mlrd. ton neft məhsulları ixrac edib. APA-nın İRNA-ya istinadən verdiyi xəbərə görə, ixrac həcminin artması İrana qarşı sanksiyaların və bank məhdudiyyətlərinin zəifləməsi ilə əlaqədardır. Məlumata görə, İran iyulda Böyük Britaniyaya neft məhsullarının ixracını bərpa edib. Bundan başqa, Bolqarıstan, Rumıniya, İtaliya və Fransa İranla əməkdaşlıqda maraqlıdırlar.
|
Dünya
|
Norveçin Kunqsberq şəhərində baş verən silahlı hücum nəticəsində ölənlərin sayı 5-ə çatıb, 2 yaralı var. Musavat.com metbuat.az-a istinadən xəbər verir ki, bu barədə yerli polis açıqlama yayıb. Məlumata görə, hücum ox və yayla törədilib. Bildirilir ki, hadisəni 37 yaşlı şəxs törədib. O, saxlanılıb. Polis hesab edir ki, hadisədə başqa birinin əli yoxdur. Qətliamın hansı səbəbdən törədildiyi məlum deyil. Musavat.com
|
Dünya
|
Cənubi Kipr martın 1-dən etibarən bütün ölkələrdən gələn turistlər üçün sərhədləri və hava limanlarını açacaq. “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “CyBC” telekanalının efirində çıxışı zamanı Cənubi Kiprin turizm nazirinin müavini Savvas Perdios bildirib. “Turistlər koronavirus testinin mənfi nəticələndiyini sübut edən sənəd təqdim etməklə karantindən yan keçəcək. Amma “qırmızı” zonadan gələn qonaqlar Cənubi Kiprə gəldikdən sonra daha bir test verməli olacaq”, - o deyib. Nazir müavini Cənubi Kiprin 56 ölkənin vətəndaşlarının girişinə qoyulan qadağanı ləğv edəcəyini xatırladıb. Onlar aşağıdakı kateqoriyalara bölünəcəklər: Aİ üzvü olan dövlətlər; Avropa İqtisadi Zonasına daxil olan dövlətlər (Norveç, İslandiya, İsveçrə, Lixtenşteyn); sənəddə (Aİ-yə vacib olmayan səfərlərin müvəqqəti məhdudlaşdırılması və bu məhdudiyyətin mümkün ləğvi barədə 30 iyun 2020-ci il tarixli) Aİ Şurasının tövsiyələri ilə göstərilən üçüncü ölkələr; Böyük Britaniya, Rusiya, İsrail, Ukrayna, Belarus, Misir, İordaniya, Livan, BƏƏ və Səudiyyə Ərəbistanı. S.Perdios bu ölkələrin hər birinin epidemioloji vəziyyətə uyğun rənglərlə işarələnəcəyini vurğulayıb. “Yaşıl” ölkələrdən olan turistlərin ölkəyə gəlişi zamanı COVID-19 testindən keçməsinə ehtiyac qalmayacaq. “Narıncı” ölkələrdən gələn qonaqlar təyyarəyə minməzdən əvvəl koronavirus testinin mənfi nəticəsini özündə əks etdirən sənədi təqdim etməli olacaq. “Qırmızı” zonadan olan səyahətçilər isə həm yola düşməzdən əvvəl, həm də Cənubi Kiprdə testdən uğurla keçməli olacaq.
|
Dünya
|
Ukrayna 2030-cu ildə NATO üzvü olmağı hədəfləyir. Axar.az xəbər verir ki, bu sözləri Ukrayna xarici işlər nazirinin birinci müavini Əminə Cabbarova deyib. “Ukrayna optimizmə köklənib. Biz 2030-cu ildə özümüzü alyansın tamhüquqlu üzvü görürük”, - deyə diplomat bildirib. Qeyd edək ki, digər Ukrayna rəsmiləri ölkənin daha tez NATO üzvü olacağı yönündə açıqlamalar verməkdədir.
|
Dünya
|
Ukraynada Milli Təhlükəsizlik və Müdafiə Şurasının Hərbi Kabineti ləğv edilir, onun yerinə Ali Baş Komandanın Qərargahı (ABKQ) yaradılıb. Musavat.com xəbər verir ki, Ukrayna Prezident ofisindən “Report”un Şərqi Avropa bürosuna verilən məlumata görə, Prezident Volodimir Zelenskinin sərəncamına əsasən, bu, qoşunların ən yüksək sahə rəhbərliyi orqanıdır. Qərargahın sədri V.Zelenski, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov isə əlaqələndiricisi olub. Qərargaha əlavə olaraq bu şəxslər daxildir: Ukrayna Təhlükəsizlik Xidmətinin rəisi İvan Bakanov, Ukrayna Müdafiə Nazirliyi Baş kəşfiyyat idarəsinin rəisi Kirillo Budanov, Ukrayna Silahlı Qüvvələrinin xüsusi əməliyyatlar üzrə komandanı Qriqori Qalaqan, Ərazi Müdafiə Qüvvələrinin komandanı Yuri Qaluşkin, Dövlət Vergi Xidmətinin sədri Serhiy Deyneko, Prezident ofisinin rəhbəri Andriy Yermak, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı, Milli Polisin rəhbəri İqor Klimenko, Ukrayna Fövqəladə Hallar Xidmətinin rəisi Serhiy Kruk, xarici işlər naziri Dmitri Kuleba, Milli Qvardiyanın rəisi Yuri Lebid, daxili işlər naziri Denis Monatsrski, Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəisi Aleksander Litvinenko, müdafiə naziri Aleksey Reznikov, Dövlət Mühafizə İdarəsinin rəisi Serhiy Rud, Ali Radanın sədri Ruslan Stefançuk və Baş nazir Denis Şmıqal. Sərəncamda həmçinin səlahiyyətli orqanlara üzərinə düşən vəzifələri yerinə yetirmək üçün aidiyyəti yerlərin yaradılması və onların əlaqəsini təmin etmək tapşırılıb. Musavat.com
|
Dünya
|
İraqda girovların azad edilməsi əməliyyatı zamanı amerikalı hərbçi öldürülüb. Musavat.com-un məlumatına görə, bu barədə CNN telekanalına İraq hakimiyyətinin adının çəkilməsini istəməyən iki nümayəndəsindən məlum daxil olub.Telekanalın bildirdiyinə görə, bu, İŞİD terror qruplaşması ilə mübarizədə öldürülən ilk amerikalı hərbçidir. Əməliyyat nəticəsində 70 girov xilas edilib. Mənbənin sözlərinə görə, əməliyyatda ABŞ hərbçiləri ilə yanaşı, kürd silahlıları və İraq əsgərləri də iştirak edib. Əlavə bilgi verilmir.Bundan qabaq xəbər yayılmışdı ki, Bağdad öz ərazisində İŞİD-lə mübarizə üçün Rusiyadan kömək istəsə, ABŞ İraqa hərbi köməyi dayandıracaq.Musavat.com
|
Dünya
|
Mavritaniya Super Kubokunun finalında gözlənilməz hadisə baş verib. "Report"un məlumatına görə, ölkə prezidenti Məhəmməd Əbdül Əziz "Tevraq-Zeyna" və "Ksar" arasında keçirilmiş oyunu 63-cü dəqiqədə dayandırıb.Buna səbəb 1:1 hesabı ilə davam edən final görüşünün prezidentin marağına səbəb olmamasıdır. O surətsiz davam edən matçın artırma dəqiqələrinə getməməsi üçün komandalara on bir metrlik cərimə zərbələrini yerinə yetirmə göstərişi verib. Nəticədə "Tevraq-Zeyna" penaltiləri daha dəqiq yerinə yetirən tərəf olaraq qalib gəlməyi bacarıb.Mavritaniya Futbol Federasiyasının prezidenti Əhməd Uld Əbdürrəhman isə ölkə başçısının oyunun gedişinə müdaxiləsini inkar edib: "Mən respublika prezidentinin oyuna müdaxiləsini qətiyyətlə təkzib edirəm. Qərar iki komandanın prezidentləri və baş məşqçiləri ilə uyğun olaraq təşkilati məsələlərə görə qəbul olunub".
|
Dünya
|
ABŞ Hərbi Dəniz Donanmasına məxsus “USNS Comfort” xəstəxana gəmisi Nyu-York limanından ayrılıb. "Report"un xüsusi müxbiri xəbər verir ki, gəmi martın 30-da koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində Manhattan limanında lövbər salmışdı. Birləşmiş Ştatların ən böyük tibb gəmilərindən sayılan "USNS Comfort” 1000 çarpayılıqdır və xəstəxananın 1200 tibbi heyəti var. Gəmi bir aydır ki, Hudson çayı üzərində lövbər salmaqla pandemiyadan ən çox əziyyət çəkən Nyu-York şəhərindəki xəstəxanaların yükünü azaltmağa çalışıb. "USNS Comfort” Nyu-Yorkda koronavirusda yoluxanların sayının azalması və xəstəxanaların normal fəaliyyətinə dönməsi səbəbindən işini başa vuraraq ABŞ-ın Virciniya ştatının Norfolk şəhərindəki limana qayıdıb. Gəmini ABŞ vətəndaşları əllərində bayraqlarla, alqışlarla yola salıb. Qeyd edək ki, “USNSComfort” xəstəxana gəmisində koronavirusa yoluxan ağır xəstələr müalicə alırdı. ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) məlumatına görə, Nyu-Yorkda lövbər saldığı bir ay ərzində gəmidə 182 pasiyent müalicə edilib, onlardan 11 nəfəri ölüb.
|
Dünya
|
Niderland parlamentinin yuxarı palatası üzü gizlədən müsəlman geyim elementlərinin ictimai yerlərdə geyinilməsinə qadağa qoyub. Yenicag.az xəbər verir ki, söhbət pərəncə və çarşabdan gedir. Eyni zamanda ictimai yerlərdə yalnız saçları örtən hicabların geyinilməsinə hələ də icazə verilir. Qanuna əsasən, “ictimai yer” termini olaraq nəqliyyat, məktəblər, xəstəxanalar və hökumət qurumlarının binaları göstərilir. Qanunu pozanlar üçün 400 avro cərimə nəzərdə tutulur. Qeyd edək ki, buna bənzər qanunlar bir çox Avropa ölkəsində, xüsusilə Fransa, Belçika, Danimarka və Avstriyada tətbiq olunur.
|
Dünya
|
Polşanın müdafiə naziri Antoni Maçareviç yol qəzasına düşüb. Bu barədə “TVN24” telekanalı xəbər verib.APA-nın məlumatına görə, insidentin Torun şəhəri yaxınlığında baş verdiyi bildirilir. Məlumata əsasən, altı avtomobilin iştirakı ilə baş verən zəncirvari qəzada müdafiə nazirinin də maşını olub.Polşa müdafiə nazirliyinin rəsmisi Bartolomey Mişeviç qəza nəticəsində nazirin xəsarət almağını bildirib. İlkin məlumata görə, zəncirvari qəza nəticəsində 2 nəfər yaralanıb. Onların həyatlarına təhlükə olmadığı qeyd olunur. Qəzanın səbəbləri araşdırılır. Yeni Müsavat
|
Dünya
|
Belarusiyada krımı Rusiyanın ərazisi kimi göstərən qlobuslar yığışdırılıb.Musavat.com Rusiya xəbər agentliklərinə istinadən bildirir ki, Belarusiyanın Mogilyov şəhərində Krımı Rusiya Federasiyasının ərazisində göstərən qlobuslar yoxa çıxıb.Belarus “Evroradio”sunun xəbərinə görə Mogilyov vilayət icra komitəsinin ticarət və xidmətlər idarəsi ticarət subyektlərinə “Krımın ərazi mənsubiyyətini beynəlxalq birlik qəbul edilmiş statusundan fərqli göstərən siyasi xəritə və qlobusların satışından imtina etmələrini” məsləhət görüb.“Ria novosti”nin xəbərinə əsasən vilayət icra hakimiyyətinin bu addımı Belarusiya sosial-demokrat “Qromada” partiyasının sədrinin 1-ci müavini İqor Borisovun sorğusu əsasındaatılıb.İqor Borisov bu cür xəritə və qlobusların insanları çaşdırdığını və rəsmi Minskin mövqeyi ilə üst-üstə düşmədiyini bildirib.
|
Dünya
|
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 44 218 nəfərə çatıb. Musavat.com xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
|
Dünya
|
Quba rayonunda avtomobilin uçuruma düşməsi təhlükəsinin qarşısı alınıb. Trend-ə FHN-dən verilən məlumtata əsasən, rayonun Təngəaltı kəndində qarlı yolda sürüşərək uçuruma düşmək təhlükəsi ilə üzləşən “Toyota” markalı minik avtomobili həyata keçirilən birgə tədbirlər nəticəsində təhlükəsiz əraziyə çıxarılıb. Əməliyyat başa çatıb.
|
Dünya
|
ABŞ Qolan təpələrində İsrailin suverenliyini tanımaqla Yaxın Şərqdəki həll prosesinə mina qoydu. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının Beynəlxalq Məsələlər Komitəsinin sədri Leonid Slutski deyib. Qeyd edək ki, bu gün ABŞ Prezidenti Donald Tramp 1967-ci ildə İsrailin işğal etdiyi Qolan yüksəkliyini İsrailin ərazisi kimi tanımaqla bağlı qərarı imzalayıb.
|
Dünya
|
İndoneziyanın Sumatra adasında Siak-Sri-İndrapura şəhərində yerləşən həbsxanalardan birində baş verən qiyamdan sonra azı 34 dustaq təcridxanadan qaçıb. "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Antara" agentliyi məlumat yayıb. Bildirilir ki, iğtişaş polisin türmədə narkotik vasitədən istifadə edən dustaqlardan birini saxlamasından sonra baş verib. Məhbuslar buna cavab olaraq şənbə günü gecə saat 2-də həbsxana binasına od vurublar və təhlükəsizlik xidməti əməkdaşlarını daşa basıblar. Nəticədə 34 nəfər oradan qaçıb. Yanğınsöndürənlər alovu söndürüblər və dustaqların təxliyyəsinə başlaybılar. "Bizdə olan məlumata görə, 495 dustaq hələ də türmədədir, biz 119 nəfəri təxliyyə etmişik", - deyə polis şefi Əhməd David bildirib və qaçanların axtarışlarının davam etdirildiyini qeyd edib.
|
Dünya
|
Argentinada 20 milyona yaxın insan və ya ölkə əhalisinin 40 %-i işıqsız qalıb. “Report” “La Nación” nəşrinə istinadən xəbər verir ki, hadisəyə səbəb yanğın və onun ölkənin şimalındakı “Atuça” AES-də yol açdığı nasazlıq olub. Nasazlıq yüksək gərginlikli elektrik xəttində baş verən qəza nəticəsində baş verib. Qəzaya səbəb ətrafda baş verən yanğın olub. Yanğın və onun ardınca yüksək gərginlikli elektrik xəttində baş vermiş qəza nəticəsində Atuça Atom Elektrik Stansiyasının birinci enerji blokunun işində nasazlıq yaranıb. Nəşrin məlumatına görə, 6 milyondan çox binada elektrik enerjisi kəsilib. Qəzetə mənbələrdən verilən məlumata görə, qəzalar ölkənin digər elektrik stansiyalarında da baş verib. Ölkənin Energetika Nazirliyi “enerji sistemində bir sıra nasazlıqların qeydə alındığını” təsdiqləyib. Qurumdan aydınlıq gətirilib ki, nasazlıqların səbəbləri araşdırılır və nasazlıqların aradan qaldırılması üzərində işləyirlər. İstismarına cavabdeh olan “Nucleoeléctrica Argentina” şirkəti atom elektrik stansiyasının 48 saatdan gec olmayaraq fəaliyyətini bərpa edə biləcəyini açıqlayıb. Məlumata görə, ölkədə elektrik enerjisi istehsalı 10 min MVt azalıb. Qəza və yanğın, qəzetin qeyd etdiyi kimi, anomal istilər fonunda baş verib. Həmin gün ölkənin bəzi yerlərində termometr 37 dərəcəyə qalxıb. Qeyd edək ki, 2022-ci ilin statistikasına əsasən, Argentinanın əhalisi 46 milyon olub.
|
Dünya
|
Yunanıstan mediasında paylaşılan xəritə Türkiyəni ayağa qaldırıb. Publika.az xəbər verir ki, yunan adalarında yerləşdirilən raketlərin mövqelərini bildirən xəritədə Türkiyənin Balıkesir, İzmir, Muğla və Aksazdakı hərbi hava bazaları hədəf olaraq göstərilib. Qeyd edək ki, Türkiyənin Aralıq dənizində enerji axtarışları aktivləşdiriləndən sonra Yunanıstan rəsmi Ankaraya qarşı müxtəlif çapda təxribatlar həyata keçirir. Yunanıstanın Müdafiə naziri Nikolaos Panaqiotopoulos bir neçə gün əvvəl verdiyi açıqlamada türk qırıcılarının ölkəsinin hava məkanını pozduğunu iddia etmişdi.
|
Dünya
|
Kürd Birliyi Təşkilatının (KCK) liderlərindən olan Murat Karayılan AKP və HDP koalisiyası barədə maraqlı mesaj verib. Musavat.com-un məlumatına görə, Karayılan deyib: “Türkiyə tarixinin ən mühüm seçkilərindən birini keçirdi. İlk dəfə TBMM-dən kənarda tutulan şəxslər öz kimliyi və mədəniyyətiylə məclisə gəldi. Seçkilərdə HDP-nin uğur qazanması bütün xalqlar və mədəniyyətlər adına vacib idi. İndi koalisiya müzakirələri başlayıb. Amma koalisiyadan əvvəl həlli vacib olan məsələlər müzakirə olunmalıdır. Təcili olaraq həll olunmalı problemlərin əvəzinə kimin-kiminlə koaliyisiya quracağı müzakirə olunur. AKP və MHP-nin koalisiya qurması müharibənin başlaması deməkdir". Gülnar
|
Dünya
|
BMT Efiopiyanın Tiqray əyalətindəki Mekele şəhərinə humanitar uçuşları dayandırır. Musavat.com Report-a istinadən xəbər verir ki, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik bildirib. Onun məlumatına görə, təşkilatın Humanitar Hava Xidmətinin sözügedən şəhərə etdiyi bütün uçuşlar növbəti xəbərdarlığa qədər təxirə salınıb. Təşkilatın sözçüsü BMT-nin uçuşlarının humanitar yardım təyyarəsinin istiqamətini dəyişdirmək səbəbindən dayandırıldığını qeyd edib. Qeyd edək ki, BMT-nin oktyabrın 22-də həyata keçirdiyi humanitar reys Efiopiyanın hərbi hava zərbələrinə görə Tigray bölgəsinin inzibati mərkəzi Mekeleyə eniş etməkdən imtina edib. Həmin hava zərbələri nəticəsində 10-dan çox mülki şəxs yaralanıb.
|
Dünya
|
İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 232 nəfər ölüb. APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari bildirib. Onun sözlərinə görə, bununla da İranda koronavirusdan ölənlərin sayı 51 728 nəfərə çatıb. Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 9 594 nəfər koronavirusa yoluxub. Beləliklə İranda koronavirusa yoluxanların sayı 1 092 617 nəfərə yüksəlib.
|
Dünya
|
55 yaşlı alman Klaus Yohannis Rumıniya prezidenti seçilib. Noyabrın 16-da keçirilmiş ikinci turda o, 51 faiz səs toplayıb. Klaus Yohannis Müxalif Milli Liberal Partiyanın təmsilçisi, Sibiu şəhərinin meridir.Hazırkı baş nazir, hakim koalisiyaya daxil olan Sosial Demokrat Partiyasının namizədi Viktor Ponta 49 faiz səs yığıb.
|
Dünya
|
2021-ci ildə Türkiyənin ixrac gəliri 2020-ci illə müqayisədə 39,2% artaraq rekord həddə - 225,4 milyard ABŞ dollarına çatıb. “Report” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan bildirib. Onun sözlərinə görə, Türkiyə iqtisadiyyatı investisiya qoyuluşu, məşğulluğun təmin edilməsi, istehsal və ixrac hesabına böyüməkdə, inkişaf etməkdədir. R.T.Ərdoğan 20 il bundan əvvəl hakimiyyətə gəldiklərində ölkənin icracının dəyərinin 36 milyard dollar təşkil etdiyini və bu rəqəmi 6 dəfə artıraraq tarixi rekorda imza atdıqlarını, o cümlədən 75 adda məhsul ixrac etməklə Cumhuriyyət tarixində ən yüksək rəqəmlərə nail olduqlarını, hazırda Türkiyənin ən çox mal ixrac etdiyi ölkənin ABŞ olduğunu qeyd edib. Onun sözlərinə görə, bu illərdə Cənubi Amerika ölkələrinə ixrac 86,6%, Avropa İttifaqına üzv olmayan qitə ölkələrinə ixrac 29%, Yaxın və Orta Şərq ölkələrinə ixrac 22,6%, Şimali Afrika ölkələrinə isə ixrac 44,8% artıb. Dövlət başçısı 2022-ci ildə ixrac gəlirini 250 milyard dolara çatdırmağı, həmçinin 5 faizlik iqtisadi artım hədəflədiklərini deyib, ötən il xarici ticarət dövriyyəsin mühüm qisminin lirə ilə gerçəkləşdiyini diqqətə çatdırıb: “Milli valyuta ilə xarici ticarət dövriyyəsinin dəyəri 183 milyard lirəyə çatıb”.
|
Dünya
|
Axar.az xəbər verir ki, partlayışın təfərrüatları məlum olub. Avtomobildə partlayış nəticəsində həlak olan şəxs Türkiyə əsilli Almaniya vətəndaşıdır. Həmin şəxsin Məsud T. olduğu aydınlaşıb. Hadisəyə səbəb kimi türk-rus mafiya qrupları arasında narkotik qalmaqalı göstərilib. Avtomobilə bomba yerləşdirildiyi ehtimal edilir. Polis tərəfindən verilən açıqlamada hadisənin terror hücumu ilə bağlı olmadığı bildirilib.
|
Dünya
|
Dünyanın ən sərt xüsusi təyinatlı qüvvələr yetişdirən Ordularının siyahısı yayılıb. BAKU.WS-in məlumatına görə, Dünya Ordularının elit qüvvələri sayılan xüsusi təyinatlılarının təlimi ən diqqət yetirilən sahələrdəndir. Videoda sizə dünyanın ən sərt şərtlər altında yetişdirilən xüsusi təyinatlıları və onların təlimlərindən görüntülər təqdim edirik:
|
Dünya
|
Bu gün dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin qiyməti 2,79 dollar yaxud 7,86% artaraq 38,29 dollar/barel təşkil edib."Report"un məlumatına görə, "Brent" markalı neft isə 1,42 dollar və ya 3,58% bahalaşaraq 41,07 dollar/barelə bərabər olub.Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2016-cı ildə neftin orta qiymətinin 44 dollar/barel olacağı gözlənilir.
|
Dünya
|
ABŞ prezidenti Donald Tramp növbəti dəfə dövlət başçısı seçiləcəyi təqdirdə gələcək planlarından danışıb. Bu barədə "Report" "Washington Post"a istinadən xəbər verir. Ağ Ev rəhbəri bildirib ki, o, ölkə büdcəsinin xərclərini azaltmaqniyyətindədir. Tramp həmçinin bir sıra idarələri ləğv etmək istədiyini qeyd edib. O, vurğulayıb ki, bu, respublikaçıların Nümayəndələr Palatasına nəzarətinin qaytarılması ilə mümkün olacaq. ABŞ-da prezident seçkiləri 2020-ci ildə keçiriləcək.
|
Dünya
|
“Belarusda baş verənlər bizi olduqca narahat edir”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib. “Bu hadisələrə və proseslərə kənardan müdaxilə etmək üçün Belarusun, Belarus xalqının və rəhbərliyinin hazırda üzləşdiyi daxili çətinliklərdən istifadə etmək cəhdi bizi narahat edir”, - deyə, Rusiya XİN başçısı bildirib. Onun sözlərinə görə, bu, xaricdən sadəcə müdaxilə deyil, belaruslulara xarici oyunçuların özləri üçün sərfəli hesab etdikləri qaydalar tətbiq olunması məqsədilə edilir. “Heç kəs gizlətmir ki, söhbət geosiyasətdən, postsovet məkanı uğrunda mübarizədən gedir. Biz bu mübarizəni Sovet İttifaqı mövcudluğunu bitirdikdən sonra vəziyyətin inkişafının ilkin mərhələlərində görmüşdük. Buna sonuncu nümunə, əlbəttə ki, Ukraynadır. Avropa paytaxtlarından, hər şeydən öncə Baltikyanı ölkələrdən, eləcə də Polşadan, Avropa Parlamentindən hazırda eşitdiklərimiz - bunun hamısı Lukaşenko, insan hüquqları və demokratiya haqqında deyil, Qərbdəki tərəfdaşlarımızın qitəmizdə və dünyanın digər yerlərində gündəlik həyatda tətbiq etmək istədikləri qaydalar haqqındadır”, - deyə, rusiyalı nazir qeyd edib.
|
Dünya
|
Britaniyanın "White Star Line" firmasının gəmisi olan Titanik 1912-ci il aprelin 15-də aysberqə çırpılıb və göyərtəsində olan 2224 sərnişindən 1517-si həlak olub. Musavat.com xəbər verir ki, 111 il əvvəl Atlantik okeanının qaranlıq sularına qərq olan, haqqında filmlər çəkilən, kitablar yazılan Titanikin ilk çəkilən görüntüləri ilk dəfə ictimaiyyətə təqdim olunub. 1986-cı ildə çəkilmiş, çox aydın olmayan görüntülər gəminin qorxulu tərəflərini ortaya qoyur. Belə ki, görüntülərdə ölmüş sərnişinlərə məxsus olan ayaqqabı və s. əşyalar izləyənləri dəhşətə gətirib. Qeyd edək ki, “Batmaz” olduğu iddia edilən gəmi saatda 22,5 dəniz mili sürəti ilə hərəkət edib və maksimal sürətindən cəmi yarım mil aşağıda olub. Qonşu gəmilərdən gələn aysberq xəbərdarlıqlarına baxmayaraq, kapitan Edvard Smit gəminin sürətini azaltmayıb və aysberqə çırpılıb.
|
Dünya
|
Sakit okeanda ABŞ-la Yaponiyanın birgə hərbi təlimləri başlayıb. "Report" xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb. Məlumatda bildirilir ki, təlimlərdə ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin zərbə qrupu iştirak edir. Ona "Karl Vinson" hərbi gəmisi rəhbərlik edir. Hərbi təlimlər bir neçə gün davam edəcək. Təlimlər ərəfəsində ABŞ-ın vitse-prezidenti Mayk Pens bildirib ki, "Karl Vinson" aprelin sonlarına qədər Yapon dənizində, Koreya sahilləri yaxınlığında olacaq.
|
Dünya
|
Yəmənin “Ənsar Allah” husi hərəkatı bəyan edib ki, Dubayın beynəlxalq hava limanına pilotsuz təyyarə vasitəsi ilə zərbə endirib. Oxu.Az-ın verdiyi xəbərə görə, üsyançılar hücumun “Səməd-3” pilotsuz təyyarəsi ilə həyata keçirildiyini iddia ediblər. Husilərin bildirdiklərinə əsasən, hava limanı fəaliyyətini dayandırıb. Hücum ərəb hərbi koalisiyasının Yəməndəki əməliyyatlarına cavab addımı kimi dəyərləndirilir. BƏƏ husilərin bəyanatını şərh etməyib.
|
Dünya
|
İngiltərədə koronavirusa qarşı ən həssas etnik qruplar müəyyənləşdirilib. Publika.az xəbər verir ki, burada müxtəlif etnik qrupların nümayəndələri arasında ölüm nisbəti fərqlidir. İngilis Fiskal Tədqiqatlar İnstitutunun (IFS) alimləri araşdırma apardıqdan sonra bu nəticəyə gəlib. Onların sözlərinə görə, ölkə xəstəxanalarında ən yüksək ölüm faktı Karib dənizi, Afrika ölkələri, həmçinin Pakistan və Banqladeşdən olan mühacirlər arasında qeydə alınıb. Bu göstərici ölkənin yerli əhalisindən iki-üç dəfə çoxdur. Eyni zamanda hindlilərin diasporunda və ağdərili əhalinin kiçik etnik qruplarında ölüm faizi daha yüksək olub. Digər maraqlı məqam budur ki, sözügedən virusdan ölənlər arasında irlandlar ingilislərdən daha az olan yeganə etnik qrup olaraq qəbul edilib. Tədqiqatçılar hesab edirlər ki, bu fərq iqtisadi və sosial amillərin kompleksi, həmçinin vətəndaşların sağlamlıq durumu ilə əlaqədardır. Bundan əlavə, müəyyən ərazidə coğrafi bölgü və əhalinin sıxlığı ölüm səviyyəsinə təsir göstərir. Xatırladaq ki, dünən Baş nazir Boris Conson ölkədə koronavirus epidemiyasının zirvəsinin geridə qaldığını açıqlamışdı. Onun sözlərinə görə, gələn həftə karantin tədbirləri zəiflədilə bilər, ancaq bütün addımlar mütəxəssislərlə razılaşdırılacaq. Mayın 1-nə olan məlumata görə, dünya miqyasında koronavirusa yoluxma 3308643 olub. Ölənlərin sayı 234123-ə çatıb. 142981 nəfər sağalıb. İngiltərə, ABŞ, İspaniya, İtaliya və Fransa ilə birlikdə COVID-19-un ən çox təsirləndiyi beş ölkə arasındadır. Ölkədə 172 mindən çox yoluxma hadisəsi aşkarlanıb, onlardan 26 min nəfəri ölüb.
|
Dünya
|
Ukrayna tərəfi Rusiya prezidenti Vladimir Putinin şəxsən təyin etdiyi rus polkovnik-leytenant Dmitri Lissitskinin qətlə yetirildiyini təsdiqləyib. Musavat.com xəbər verir ki, müharibədə fəal rol oynayan Rusiya ordusunun 247-ci Hava Hücum Alayının 2-ci batalyon komandiri polkovnik-leytenant Dmitri Lissitskinin Rusiyanın Stavropol şəhərindəki evində ölü tapıldığı açıqlanıb. Ukrayna kəşfiyyatının xüsusi əməluyyatı nəticəsində öldürüldüyü bildirilən Lissitzkinin qətli ilə bağlı əlavə məlumat verilməsə də, Rusiya mənbələri də komandirin ölümünü təsdiqləyib. Rusiya xəbər agentliklərinin öz mənbələrinə istinadən verdiyi xəbərə görə, 2015-ci ildə Rusiya prezidenti Vladimir Putindən "Rusiya Federasiyası Qəhrəmanı" adını alan Dmitri Lissitski Ukraynanın hücumları nəticəsində Ukraynadakı müharibədə həlak olub. Lissitskinin yaşadığı Stavropol vilayətinin Blaqodarnenski şəhərinin meri Dmitri Tenkov da ölüm hadisəsini təsdiqləyib: "Qəbul edilməsi çətin olan xəbərlər aldıq. Rus qəhrəmanı Dmitri Lissitski öldü. Bu, Stavropol üçün böyük itkidir". Rusiya Müdafiə Nazirliyi hələlik Lissitzkinin ölümü ilə bağlı açıqlama verməyib. Musavat.com
|
Dünya
|
Britaniyanın “Sky News” telekanalının əməkdaşı Mik Din Misirdə həlak olub. APA-nın xəbərinə görə, telekanalın rəhbərliyi faktı təsdiqləyib: “Operator Mik Din bu səhər Misirdə güllələnib. O, bizim telekanalda 15 il fəaliyyət göstərib, Vaşinqton və Yerusəlimdə çalışıb, Misirdə isə Qahirədə baş verən hadisələri işıqlandıran komandanın üzvü idi. Qrupun digər üzvləri zərər çəkməyib”. Britaniyanın baş naziri Devid Kemeron jurnalistin ölümü ilə əlaqədar onun yaxınlarına və həmkarlarına başsağlığı verib. Misir mediası nümayişin dağıdılması zamanı britaniyalı jurnalistin ürəyindən güllə yarası aldığını xəbər verib.
|
Dünya
|
Rusiya prezidenti Vladimir Putinə bənzəyən şəxsin sərnişin avtobusundakı görüntüləri sosial mediada rekord qırıb. Musavat.com xəbər verir ki, avtobusda telefonu ilə oynayan adamı görənlər Putinə oxşadığından təəccüblərini gizlədə bilməyiblər.Kameralara əks olunan görüntülərdə Putinə bənzəyən şəxsin hər şeydən xəbərsiz telefonu ilə oynadığı görülüb. Musavat.com
|
Dünya
|
ABŞ dövlət katibi Entoni Blinken Türkiyə, Yunanıstan, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, İsrail, İordan çayının qərb sahili və Misirə səfər edəcək. Bu barədə Dövlət Departamenti məlumat yayıb. Səfər 4-11 yanvar tarixlərini əhatə edəcək. Görüşlər zamanı İordan çayının qərb sahili və Qəzzada mülki insanların təhlükəsizliyi əsas vurğulanacaq. Həmçinin regiondakı gərginliyi azaltmaq üçün mexanizimlərin işlək olması müzakirə ediləcək. Dövlət katibi ABŞ-nin Yaxın Şərqdə sülh üçün lazım olan şərtləri müəyyən etmək üçün tərəfdaşlarla sıx işləməli olduğunu irəli sürəcək.//APA
|
Dünya
|
Niderlandın Brabant bölgəsində yaşayan psixoloq Uim van Dijk "Volkskrant" qəzetinə verdiyi müsahibədə yüzlərlə pasiyentinə istifadə etdikdən qısa müddət sonra insanları öldürdüyü bildirilən "Middel X" adlı dərmanı verdiyini etiraf edib. Musavat.com Publika.az-a istinadən xəbər verir ki, psixoloq söylədiklərinin nəticələrinin fərqində olduğunu, amma əhəmiyyət vermədiyini vurğulayıb. Xəbərdə "intihar tozu" və "ölümcül toz" adlandırılan dərmanın Niderland Ədliyyə Nazirliyi tərəfindən satışına və yayılmasına qadağa qoyulmasına baxmayaraq, qanunsuz olaraq əldə edilə biləcəyi qeyd edilib. Ölkə mətbuatı müsahibədən sonra Eyndhoven polisi tərəfindən saxlanılan və sorğu-suala tutulan 78 yaşlı psixoloq barəsində "intihara kömək etmək" və "dərman qanunlarını pozmaq" ittihamı ilə istintaq başladıldığını yazıb. Musavat.com
|
Dünya
|
Özbəkistanın cənubunda baş verən sel daşqınları nəticəsində insan tələfatı qeydə alınıb. APA-nın RİA "Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Özbəkistanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, hadisə Özbəkistanın Kaşkadar vilayətində baş verib. Sel daşqınları nəticəsində 5 nəfər ölüb. Hazırda nazirliyin əməkdaşları tərəfindən xilasetmə və bərpa işləri aparılır. Qeyd edilib ki, sel daşqınlarına ölkənin bir sıra bölgələrində aramsız yağan leysan yağışlar, həmçinin kəskin istiləşmə səbəb olub.
|
Dünya
|
Dövlət Dumasının "Krımdan seçilmiş" deputatı Mixail Şeremet Şimali İrlandiya hakimiyyətinə tarixi torpaqların birləşdirilməsi məsələsində Krımın yolu ilə getməyi tövsiyə edib. Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Şeremet jurnalistlərlə söhbətində Şimali İrlandiyanın birinci naziri Mişel O'Nilin Böyük Britaniyadan ayrılmaq və adanın vahid dövlətdə birləşdirilməsi ilə bağlı mümkün referendumla bağlı bəyanatını şərh edib. Onun sözlərinə görə, yarımadanın sakinləri üçün Mişel O’Nilin parçalanmış xalqın birləşməsinə ümid dolu çıxışları çox yaxın və başa düşüləndir. "Mən əminəm ki, Krım referendumu demokratik bir nümunə, fəaliyyət üçün bələdçi və dünyanın bütün bölünmüş, məzlum, lakin parçalanmamış xalqları üçün bir şansdır", - Şeremet hesab edir. Deputat vurğulayıb ki, Şimali İrlandiya sakinləri də krımlılar kimi “öz vətənlərinə məhəbbət bəsləyiblər”, “azad olmaq, dinc və xoşbəxt yaşamaq” hüququ uğrunda mübarizə aparıblar. O, həmçinin xatırladıb ki, “2014-cü ildə Krım öz tarixinin çətin mərhələsini şərəflə keçib” və plebissit vasitəsilə Rusiyanın tərkibində olmaq hüququnu müdafiə edib. “Şimali İrlandiya gələcək nəsilləri naminə İrlandiya ilə birləşmək, gələcəyə inamla gözləyən xoşbəxt insanlara çevrilmək məsələsində bizdən nümunə götürə bilər", - deyə deputat bildirib. Musavat.com
|
Dünya
|
Dünya üzrə uşaqların və yeniyetmələrin rifahı “birbaşa təhlükə” altındadır və çox az ölkə onları qorumaq üçün lazım qədər səy göstərir. Trend-in məlumatına görə, bu barədə BMT Britaniyanın “The Lancet” jurnalında dərc edilmiş geniş hesabatında xəbərdarlıq edib. Hesabatda bildirilir ki, uşaqların gələcəyinə pis təsir edəcək amillərdən iqlim dəyişikliyi, bədxassəli yeməklər, qeyri-sağlam həyat tərzinin təbliğatı, çox sayda uşaqların ailələrinin yoxsulluq həddindən aşağı səviyyədə yaşaması və əhali qrupları arasında artan sosial bərabərsizlik kimi elementlər vurğulanır. Hesabatı Ümum Dünya Səhiyyə Təşkilatı və UNİSEF-in müraciəti ilə dünyanın 40 müstəqil mütəxəssisi hazırlayıb. Hesabata görə, keçən on ildə qanlı münaqişələrə qarışan ölkələrin sayı son 30 il ərzində rekord həddə çatıb. Böhran bölgələrində yetkinlik yaşına çatmayanların vəziyyətinin kəskin şəkildə pisləşdiyini qeyd edərək UNİCEF, 2010-cu ildən bəri uşaqlara qarşı zorakılıq hadisələrinin üç dəfə artdığını və 170 minədək rəsmi qeydə alınmış hala çatdığını bildirir. Bu halların sayının ən çoxunun 2018-ci ildə - 24 min baş verdiyi deyilir. Mütəxəssislər ancaq rəsmi statistika ilə işlədiklərini və çox sayda cinayətlərin qeydə alınmamasını xatırladırlar. Qeyd edək ki, 2010-cu ildən indiyədək uşaqların ölümü və xəsarətlər almalarının yarısı hava hücumları və piyada əleyhinə minaların partlaması ilə əlaqədardır. Mütəxəssislər tərəfindən tərtib edilən hesabatda uşaqların ən çox risk altında olduğu ölkələrin siyahısında Suriya, Yəmən və Əfqanıstan liderdilər.
|
Dünya
|
Həftəsonu Slovakiyadakı şosse yollardan birində ciddi qəza baş verib. 44 yaşlı sürücünün BMW-si havaya uçub. Hazırda həmin anları əks etdirən kamera çəkilişi bütün dünyanı dolaşır. Biz də oxucularımıza həmin kadırları təqdim edirik. Yerli polis bildirib ki, hadisəni törədən şəxs içkili olmayıb. Sürücü etiraf edib ki, avtomaşını idarə edərkən ani yuxuya gedib. Onun 30 saniyəyə qədər yuxuda olduğu ehtimal edilir. Ancaq adı açıqlanmayan sürücünün bəxti gətirib. Möcüzə nəticəsində o, adamı dəhşətli qəzadan sağ-salamat çıxıb. Sümüyü belə sınmayıb. Sadəcə, bədənində xırda-para əzik yerləri var. Ancaq bu kimi ağır qəzalardan sağ çıxmaq ehtimalı çox aşağıdır. Ona görə avtomobil sürərkən mümkün qədər ehtiyatlı olmaq lazımdır. Əlbəttə, maşın sürərkən ani yuxuya getmək dünya ilə əbədi ayrılığa da gətirib çıxara bilər. Bunu da unutmayaq. Elbəyi Həsənli, musavat.com
|
Dünya
|
BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclası iyunun 6-da keçiriləcək. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Şuranın iyun ayı üzrə iş proqramında deyilir. İclasın konkret mövzusu hələ açıqlanmayıb. BMT Katibliyinin Ukraynadakı hazırkı vəziyyətə, o cümlədən humanitar və ərzaq probleminə dair hesabatları gözlənilir. Təhlükəsizlik Şurasının üzvlərinin baxılması üçün hər hansı konkret təklifin təqdim edilməsi planlaşdırılmır.
|
Dünya
|
"Qətərin paytaxtı Dohada baş tutan görüşdən öncə son anda bəzi iştirakçıların mövqeyini dəyişməsi neft hasilatının dondurulması ilə bağlı razılığın əldə olunmasına əngəl törətdi". "APA-Economics" xəbər verir ki, bu barədə NTV telekanalına müsahibəsində Rusiyanın energetika naziri Aleksandr Novak bildirib. Nazir bildirib ki, söhbət Səudiyyə Ərəbistanından və bəzi Fars körfəzi ölkələrindən gedir: "Onlar təklif etdi ki, neft hasilatının dondurulması ilə bağlı təşəbbüsə mütləq şəkildə görüşdə iştirak etməyən ölkələr də qoşulsun. Söhbət İran və Liviyadan gedir". Xatırladaq ki, ötən gün baş tutan 6 saatlıq görüşdə neft hasilatının "dondurulması" ilə bağlı razılığa gəlmək mümkün olmayıb.
|
Dünya
|
Trend-in cümə axşamı "Haber7" telekanalına istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 2 milyon türk lirəsi oğurlanıb.Qarət bank (telekanal bankın adını qeyd etmir) işçiləri pulları bankomata yüklədikdən sonra baş verib.Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.Martın 20-nə rəsmi məzənnə 2,2212 TRY/USD təşkil edir.
|
Dünya
|
Afrika İttifaqı ölkədə baş verən hərbi çevriliş səbəbindən Qvineyanın təşkilatdakı üzvlüyünü dayandırıb. Qurumdan verilən məlumata görə, Qvineya İttifaq daxilindəki bütün rəhbər strukturlardakı fəaliyyətlərdən kənarlaşdırılıb. Qeyd edək ki, sentyabrın 5-də ölkədə polkovnik Mamadi Dumbuyanın rəhbərliyilə hərbi çevriliş baş verib. Qvineya hökuməti və parlamenti buraxılıb, komendant saatı elan edilib.
|
Dünya
|
Rusiya Prezidenti Vladimir Putin nüvə sınaqlarının qadağan olunması ilə bağlı müqavilənin ratifikasiya olunmadan geri çağırılması ilə bağlı qanunu imzalayıb. “Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Qeyd edək ki, müqavilə 2000-ci ildə BMT Baş Assambleyası tərəfindən təsdiq edilib. Onu 178 ölkə ratifikasiya edib, ancaq ABŞ hələ ki bu addımı atmayıb.
|
Dünya
|
Ukrayna prezidenti Viktor Yanukoviç gələn həftə Moskvaya yollanacaq. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, bu barədə Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin deyib.Nazir müavini deyib ki, Moskva şəhərində keçiriləcək Avrasiya Ali Şurasının iclasında Ukrayna, Belarus və Qazaxıstan prezidentləri də iştirak edəcək. İclasa həmçinin digər ölkə başçıları, xüsusilə Ermənistan və Qırğızıstan prezidentləri də dəvət edilib.Karasin bildirib ki, Avrasiya İqtisadi Birliyi 2015-ci ilin əvvəlində yaradılacaq.
|
Dünya
|
Bursada yük maşını ilə avtobus toqquşub. Qəza nəticəsində avtobusda olan sərnişinlərdən 1-i ölüb, 6-sı isə yaralanıb. Bursadan Ankara istiqamətində hərəkət edən yük maşını sərnişin avtobusuna arxadan çırpılıb. Hazırda ərazidə polis və xilasedicilər dəstələri çalışır.//Oxu.az
|
Dünya
|
Ötən ay xəyanətə görə dünyaca məşhur müğənni Şakiradan ayrılan futbolçu Jerar Pike bu dəfə İsveçdə başqa qadın ilə görünüb. Musavat.com xarici KİV-lərə istinadən bildirir ki, ötən həftə sonu İsveçin paytaxtı Stokholmda olan 35 yaşlı Jerar Pikenin sosial şəbəkələrdə bir qadın ilə fotosu yayılıb. Restoranları birində çəkilən fotonu isə restoran sahibəsi, eyni zamanda blogger və aparıcı olan Ketrin yayıb. O, qeyd edib ki, futbolçuya yaxınlaşaraq, oğlu ilə salamlaşmasını xahiş edib, futbolçu isə onun bu xahişinə məhəl qoymayıb. Hazırda İspaniya mətbuatı Pikenin yanında olan ağ papaqlı gənc qadının kimliyini araşdırmağa çalışır. Xalidə GərayMusavat.com
|
Dünya
|
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Məclis İstintaq Komissiyası mənimsəmə və rüşvətdə günahlandırılan 4 keçmiş nazirin (AK Partiyadan olan nazirlər Muammer Gülər, Zəfər Çağlayan, Egemen Bağış və Ərdoğan Bayraktar) Ali Məhkəməyə göndərilib-göndərilməməsi barədə qərar verib. Komissiya səs çoxluğu ilə nazirlərin Ali Məhkəməyə cəlb edilməməsi qərarını çıxarıb.22 dekabrda keçirilməsi planlaşdırılan, ancaq etirazlar səbəbindən 5 yanvara kimi təxirə salınan səsvermənin nəticəsi qəti qərar hesab edilməsə də, bunu Türkiyədə əhəmiyyətli göstərici hesab edirlər. Komissiya qurulduğu gündən 245 gün sonra toplanıb və təxminən 3,5 saat davam edən toplantıda 9 AK Partiya, 4 CHP və 1 MHPli üzv səs verib.CHP-nin izmirli millət vəkili Erdal Aksünger komissiyada səs çoxluğu ilə 4 keçmiş nazirin Ali Məhkəməyə cəlb edilməməsi barədə qərar alındığını açıqlayıb. O, komissiyada 5-ə qarşı 9 səslə Ali Məhkəmə qərarının rədd edildiyini bildirib.Qeyd edək ki, bu gün Məclis İstintaq Komissiyasından çıxan bu qərar da yekun nəticə deyil. Belə ki, 4 keçmiş nazirin Ali Məhkəməyə verilməsi barədə son qərarı Məclis Baş Assambleyası (Meclis Genel Kurulu) verəcək. Yekun qərar məclisin ümumi yığıncağında keçiriləcək gizli səsvermə ilə müəyyən ediləcək. Səsvermənin ən gec 29 yanvar tarixinədək keçirilməsi planlaşdırılır.
|
Dünya
|
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus iki döyüş gəmisinin Tayvan boğazındakı beynəlxalq sulardan keçməsi fonunda Çin Silahlı Qüvvələri döyüş hazırlığı vəziyyətinə gətirilib. “Report” xəbər verir ki, bu barədə Reterts ABŞ Hərbi Departamentinə istinadən xəbər verir. ABŞ Hərbi Dəniz Qüvvələri esmineslərin Tayvan boğazından keçməsi ilə bağlı məlumatı təsdiqləyib. ABŞ-ın iştirak etdiyi bu cür əməliyyatlar 8 saatdan 12 saata qədər davam edir. Hərbi Dəniz Qüvvələri bildirib ki, əməliyyat ABŞ-ın azad və açıq Hind-Sakit okeana sadiqliyini nümayiş etdirir.
|
Dünya
|
Mayın 31-də Perunun cənubunda 6,1 bal gücündə zəlzələ olub.“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, məlumatı Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb.Yeraltı təkanlar 4,8 min nəfər əhalisi olan Lampa şəhərindən 28 km qərbdə qeydə alınıb. Zəlzələnin ocağı 144 km dərinlikdə yerləşib.Dağıntı, ölən və xəsarət alanlar barədə məlumat yayılmayıb.Qeyd edək ki, 1970-ci ilin mayın 31-də Peruda baş vermiş güclü zəlzələ nəticəsində 67 min nəfər ölmüşdü.
|
Dünya
|
Bu il ərzində Türkiyədə PKK terror təşkilatının 2765 silahlısı məhv edilib. Bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahından məlumat verilib. Ölkə hüdudları kənarında (İraqın şimalı) keçirilən bütün əməliyyatlarda isə 7740 PKK silahlısı məhv edilib. İl ərzində 779 PKK üzvü saxlanılıb, 776-sı isə güc strukturlarına təslim olu
|
Dünya
|
Ölümcül Ebola virusundan dünyasını dəyişənlərin sayı sürətlə artır. Musavat.com-un “Reuters”ı istinadən verdiyi xəbərə görə, virus infeksiyası nəticəsində ölənlərin sayı artıq 3338 nəfərə, yoluxanların sayı isə 7178 nəfərə çatıb. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında deyilir. Sentyabrın 26-da Beynəlxalq Valyuta Fondu Ebola virusu ilə mübarizə üçün Qvineya, Liberiya və Syerra-Leone dövlətlərinin hər birinə 41 milyon dollar ayırıb.Beynəlxalq səylərə baxmayaraq, hələ ki, infeksiyanı lokallaşdırmaq mümkün olmur. Virus əleyhinə effektli zərdab axtarışları da hələlik ciddi nəticə verməyib.Musavat.com
|
Dünya
|
Brüsseldə atışma olub. Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir. Yerli hüquq-mühafizə orqanlarının nümayəndəsi İksel İls van de Keerin verdiyi məlumata görə, hadisə Krua de fer küçəsində qeydə alınıb. Hadisə zamanı iki nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Cinayəti törətməkdə şübhəli bilinən şəxslər axtarılır. Onların 5 və ya 6 nəfər olduqları bildirilir. Hadisə ilə bağlı təhqiqata başlanılıb.
|
Dünya
|
Tailandın cənubunda Pxuket adası və Krabi əyaləti arasında üzən bərə yanaraq batıb. APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident nəticəsində 12 yaşlı İsrailli qız itkin düşüb, 114 nəfəri xilas etmək mümkün olub. Bərənin sahildən 10 km aralıda batdığı bildirilir. Yaxınlıqdakı turist və balıq qayıqları hadisə yerinə özlərini çatdıraraq insanları xilas ediblər. “İtkin düşmüş 12 yaşlı qızdan başqa bərənin bütün sərnişinləri Pxuket adasına qaytarılıb”, deyə Krabi əyalətinin sahil mühafizəsinin nümayəndəsi bildirib.
|
Dünya
|
ANS PRESS-in Vesti.ru-ya istinadən verdiyi xəbərə görə, Buşra Baqur adlı müsəlman qadın kiçik oğluna terroru təbliğ edən "Mən bombayam" və "11 sentyabrda doğulmuş" yazılı köynəyi geyindirdiyi üçün istintaqa cəlb olunub. Fransa məhkəməsi belə versiya irəli sürüb ki, qadın oğlu vasitəsi ilə insanları terrora təhrik edir. Bu ittihamlara etiraz edən Büşra Baqu, bu yazılarda təəccüblü heç nə olmadığını bildirib. Oğlunun 11 sentyabrda doğulduğunu deyən ana məhkəmədə hakimləri inandırmağa çalışıb ki, köynəyi geyindirməklə, oğlunun doğum gününü qeyd etmək istəyib. Anna iddia edib ki,köynəkdə yazılanların 11 sentyabr 2001-ci ildə törədilən terror aktı ilə heç bir əlaqəsi yoxdur. Məhkəmənin qərarı ilə Buşra Baqur iki aylıq şərti cəzaya və iki min avro dəyərində cərimə verməyə məhkum olunub.
|
Dünya
|
Türkiyə Ay missiyası üçün nəzərdə tutulan hibrid raket mühərrikini uğurla sınaqdan keçirib. AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bunu Türkiyənin Sənaye və texnologiya naziri Mustafa Varank deyib. “Milli kosmos proqramı çərçivəsində Ay missiyasının birinci mərhələsi olan sərt eniş üçün hazırlıqlarımız davam edir. FireSonda (SORS) raketinin mühərrik qurğusu və RocketHibrit mühərrikinin testi uğurla nəticələnib”, - deyə nazir bildirib. Xatırladaq ki, fevralın əvvəlində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan milli kosmik proqramın inkişafı planlarını ictimaiyyətə açıqlayıb. Bu proqram 2023-cü ildə Aya raket göndərilməsini nəzərdə tutur. Türkiyə liderinin sözlərinə görə, Ay səthinə sərt eniş cümhuriyyətin 100 illik yubileyində həyata keçməlidir. Ay missiyası üçün hibrid raket Türkiyənin Delta V müəssisəsində işlənib hazırlanır.
|
Dünya
|
Türkiyə mətbuatına istinadən verilən məlumata görə, bunu İran İnqilabı Keşikçilərinin generalı Muhamməd Rıza Nağdi Misir prezidenti Məhəmməd Mursinin hakimiyyətdən uzaqlaşdırılmasını şərh edərkən deyib. Onun sözlərinə görə, Misirdəki hakimiyyət dəyişikliyinin ssenrisi ABŞ tərəfindən hazırlanıb. Buna bənzər senarinin Ərdoğan üçün da tətbiq ediləcəyini deyən general İran üçün də ABŞ-ın planları olduğunu vurğulayıb.
|
Dünya
|
Koronavirus (COVID-19) pandemiyası dövründə Almaniyadan sığınacaq istəyən Ermənistan vətəndaşlarının sayı artıb. “Report”un Avropa bürosunun əldə etdiyi məlumatına görə, təkcə keçən ay 120 nəfər koronavirus pandemiyası ilə əlaqədər Almaniyaya gəlmədən bu ölkənin Ermənistanda yerləşən səfirliyinə sığınacaq üçün müraciət ediblər. Bu rəqəm bu ilin sentyabrında 113 nəfər olaraq qeydə alınıb. Onların əksəriyyəti ailə birləşməsi proseduru üçün müraciət edənlər olublar. Son iki ildə isə 17 min erməni Ermənistan vətənşdaşlığından imtina edərək, yaşadıqları ölkələrin, xüsusilə Fransa, Almaniya, Amerika Birləşmiş Ştatları, İngiltərə, Niderland Krallığı və s. dövlətlərin vətəndaşlığını qəbul ediblər. Məlumat üçün bildirək ki, hazırda Almaniyada 300 mindən çox erməninin yaşadığı deyilir. Onlar əsasən Köln, Hamburq, Berlin və Münhendə kompakt şəkildə məskunlaşıblar. Ən böyük erməni icması Köln və Hamburq şəhərlərində, əsasən qaçqın statusu alaraq Almaniyaya gələn Ermənistan vətəndaşlarından ibarət cinayətkar qruplar isə Erfrut, Berlin, Leypsik və Halle şəhərlərində fəaliyyət göstərirlər.
|
Dünya
|
Hindistanda, Səudiyyə Ərəbistanının səfirliyinin əməkdaşı Nepaldan olan iki qadına təcavüz etməkdəgünahlandırılır. Musavat.com xəbər verir ki, bu barədə məlumat “Reuters” agentliyində yer alıb.Qadınlar diplomatın evində xidmətçi işləyib.50 və 30 yaşlı qadınlar bildiriblər ki, onlar əvvəl diplomatın Səudiyyə Ərəbstanındakı evində işləyiblər. Sonradan diplomat onları da özü ilə Hindistana gətirib və bağlı qapılar arxasında saxlayıb.Qadınlardan biri bildirib ki, diplomat tez-tez evə yad kişilərlə gəlib və döyərək onlara təcavüz ediblər.Polisin açıqlamasına görə, Nepal səfirliyinin onlara etdiyi müraciətdən sonra onlar qadınları xilas ediblər.Onu da qeyd edək ki, səfirliyin əməkdaşının diplomatik toxunulmazlığını ləğv etmək məsələsi qaldırılıb.Aygün SəfərliMusavat.com
|
Dünya
|
İran və Hindistan birgə hərbi təlimlər keçirəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İranın Hərbi-Dəniz Qüvvələrini komandanı, kontr-admiral Həbibulla Səyari bildirib. “Biz Hindistan ordusu ilə qısamüddətli təlimlər keçirəcəyik və xilasetmə əməliyyatların daxil olacağı genişmiqyaslı taktiki manevrlər keçirmək niyyətindəyik”, - deyə Səyari bildirib. İranın Hərbi-Dəniz Qüvvələrini komandanı bildirib ki, birgə hərbi təlimlərin keçirilməsi barədə razılaşma Hindistan Silahlı Qüvvələrinin nümayəndəsi ilə keçirilən görüş zamanı əldə olunub. Görüşdə tərəflər əməkdaşlıq və Hind okeanında təhlükəsizlik məsələlərini müzakirə ediblər. Səyari birgə təlimlərin tarixi və müddəti barədə məlumat verməyib.
|
Dünya
|
Bəhreynin xarici işlər naziri Səudiyyə Ərəbistanı, Misir və Birləşmiş Ərəb Əmirliklərindən olan həmkarlarıyla keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qətərlə danışıqlara hazır olduqlarını söyləyib. Bu dörd ölkə Qətəri "terroru dəstəkləməkdə" ittiham edərək 5 iyundan bu ölkə ilə əlaqələri dondurmuşdu. Xarici işlər naziri şeyx Xalid ibn Əhməd əl-Halifa Bəhreynin paytaxtı Manamada keçirilən görüşdən sonra verdiyi açıqlamada 13 maddədən ibarət tələb siyahısını da xatırladıb. "Qətər 13 tələbə qarşılıq verməlidir" Əl-Halife "Qətər terorra maddi dəstəyini dayandırmaq istiqamətində səmimi istəyini açıqlayarsa, digər ölkələrin xarici işlərinə müdaxilə etməyəcəyinə dair söz verərsə dörd ölkə Qətərlə dialoqa hazırdır. Qətər həmçinin irəli sürülən 13 tələbə də qarşılıq verməlidir " deyib.Terrorizm iddialarının mərkəzində niyə Qətər durur? Bəhreynin xarici işlər naziri şeyx Xalid ibn Əhməd əl-Halifa deyib ki, Qətər irəli sürülən 13 tələbə də qarşılıq verməlidir. Bir qədər əvvəl Qətər bu ölkələrin 13 tələbdən olan siyahısını həqiqətə uyğun hesab etmədiyini və yerinə yetirməyəcəyini açıqlamışdı.Tələblər arasında Al-Jazeera telekanalının yayımının dayandırılması, Qətərin İranla münasibətlərinin zəifləməsi və ölkədəki türk hərbi bazasının bağlanması da var. Baş verən gərginlikdən sonra ABŞ xarici işlər naziri Rex Tillerson Qətəri ziyarət etmiş, iki ölkə arasında "terrorla mübarizə və terrorun maliyyələşdirilməsinin qarşısını almaq" kimi məsələlərdə ortaq iş görülməsiylə bağlı razılıq memorandumu imzalamışdılar. Dörd ölkə, memorandumun yetərli olmadığını söyləyərək sanksiyaların davam edəcəyini bildirmişdi. Qətər isə baş verən gərginlikdən sonra verdiyi açıqlamalarda məsələnin dialoq yoluyla həllinə çağırmışdı (BBC).
|
Dünya
|
“Ən pis ssenarinin baş tutması halında Ukrayna əhalisinin 10%-i (təxminən 4 milyon adam) “COVİD-19” virusunun infeksiyasına məruz qalacaq. Musavat.com Ukrayna mediasına istinadən xəbər verir ki, bu sözləri söyləyən prezident Vladimir Zelenskidən başqası deyil.Dövlət başçısı belə bir məşum mənzərəni “Savik Şusterlə azad söz” verilişində təsvir edib. Onun sözlərinə görə, hazırda ölkədə epidemiya ilə bağlı situasiya nəzarət altında olsa da, Pasxa bayramı bütün işləri korlaya bilər. Belə ki, bayramdan sonra ukraynalılar ənənəyə uyğun olaraq kilsə və məbədləri ziyarət etməyi planlaşdırırlar. “Əgər çox sayda adam toplaşsa, o zaman bayramdan sonra daha böyük dalğa gələcək və biz dəhşətli bir statistika ilə üz-üzə qalacağıq. Yəni əhalinin 2-10%-i virusa yoluxacaq. Əgər insanlar özünütəcridi seçməsələr və kilsəyə baş çəksələr, o zaman tibb işçilərini ağır seçim qarşısında qoyacaqar. Biz bunu İtaliyada gördük. Orada elə vaxt olub ki, 10 nəfərdən kimin yaşayacağını həkim müəyyən edirmiş. Bizdə də eyni situasiya olsa, həkimlər bənzər qərarlar verəcək”,-deyə prezident əhaliyə xəbərdar edib. Ukrayna lideri xalqı səbr etməyə çağırıb: “Bayramlar hamı üçün əziz və mühümür. Gələcək il hamımız kilsəyə gedəcəyik. Amma indi hər kəs səbr etməli və dözməlidir”. Musavat.com
|
Dünya
|
Danimarka hökuməti əvvəl nəzərdə tutduğundan daha çox borc pul götürməyə məcbur olacaq. Çünki müvəqqəti dayandırılan vergi borcları və iqtisadiyyatın stimullaşdırılması üçün görülən tədbirlərə xərclənən vəsait dövlət maliyyəsi üçün ağır yükə çevrilir. AZƏRTAC “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, Danimarkanın Maliyyə Nazirliyi may ayındakı 294 milyard kron dəyərləndirmə ilə müqayisədə bu il ölkənin əlavə maliyyələşdirilmə tələbatının 374 milyard kron (təqribən 60 milyard dollar) təşkil edəcəyini artıq bildirib. İqtisadçılar əlavə maliyyələşdirilmə tələbatının azalmasını gözləyirdilər, çünki dövlət yardımı proqramı proqnozlaşdırıldığından daha kiçik miqyasda icra olunmuşdu. Bununla belə, Maliyyə Nazirliyinin bəyanatına görə, maliyyələşdirilməyə daha yüksək tələbatın bir səbəbi işsizlik fondlarında ehtiyat saxlanılan 60 milyard kronun növbədənkənar ödənilməsidir. Bu vəsait istehlakın artırılması üçün danimarkalıların əksəriyyətinə oktyabr ayında ödəniləcək. Danimarka COVID-19 infeksiyasının yayılmasının qarşısını almaqdan ötrü praktik olaraq öz iqtisadiyyatını qapayan ilk Avropa ölkələrindən biri, həmçinin yeni koronavirusa yoluxma hallarının sayının sabitləşdiyi vaxt fəaliyyəti bərpa edən ölkələr sırasında birincilərdən olub. Bundan əlavə, Danimarka hökuməti böhrandan zərər çəkən şirkətlərin dəstəklənməsi üçün 500 milyard krondan artıq həcmdə bir neçə yardım proqramı barədə elan edib. Lakin bu proqramlara tələbat gözlənildiyindən xeyli az olub. Aprel ayında əməkhaqqının təcili kompensasiyası üzrə dövlət planından təqribən 250 min işçi istifadə edib. Maliyyə Nazirliyinin son məlumatına görə, avqustun əvvəlində bu rəqəm 14 minədək azalıb.
|
Dünya
|
Saytın məlumatına görə, Rusiyada milyarderlərin dörddə biri yəhudidir və onlar birlikdə 132,9 milyard dollara nəzarət edirlər. Saytın məlumatına görə Rusiyada 200 milyarder yaşayır. Ancaq onlardan yalnız 89 nəfəri rusdur. Halbuki Rusiya əhalisinin 81 faizini ruslar təşkil edir, yəhudilərsə əhalinin cəmi 0,11 faizi qədərdir. Orta yəhudi milyarder 2,9 milyard dollara sahibdir, orta rus milyarderin isə cəmi 1,9 milyard dolları var.Rusiyanın ən varlı yəhudisi Mixail Fridmandır. Onun 17,9 milyard dolları var. Digər varlı yəhudilərsə bunlardır: Viktor Bekselberq (17,2 milyard), Leonid Mizxelenson (15,6 milyard), Qerman Xan (11,3), Mixail Proxorov (10,9 milyard), Roman Abramoviç (9,1milyard).Ruslardan başqa, milyarderlərin siyahısında ukraynalı, tatar, erməni, azərbaycanlı və özbək kapital sahibləri də var. Bu xəbər insan hüquqları müdafiəçiləri tərəfindən tənqidlə qarşılanıb. Sayt əslində ruslara bildirmək istəyir ki, Rusiyanın var-dövlətinin çox hissəsi rusların əlində deyil. Rusiya prezidenti yanında İnsan Hüquqları Şurasının üzvü Nikolay Svanidze bu araşdırmanı “millətci” araşdırma kimi dəyərləndirib.Elbəyi Həsənli, musavat.com
|
Dünya
|
Siyasi ekstremizm Almaniya üçün artan təhlükəyə çevrilməkdə davam edir. Ekspertlər ölkədə 20-ci illərin əvvəllərində olduğu kimi nasizm tərəfdarlarının zorakı metodlara əl atmağa başladığını qeyd edirlər. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Konstitusiyanın Mühafizəsi üzrə Federal Agentlik 2021-ci ildə 33,476 siyasi motivli cinayəti qeydə alıb. Bu da ötən ilki statistika ilə müqayisədə 10% çoxdur. “İfrat sağ demokratiyamız üçün ən böyük təhdid olaraq qalır. Artıq zorakılıq halları nəzərə çarpacaq dərəcədə artıb”, - deyə federal daxili işlər naziri Nensi Fayzer etiraf edib. Almaniyanın Daxili kəşfiyyat xidmətinin direktoru Tomas Haldenvanq sosial şəbəkələr vasitəsilə yayılan dezinformasiyaların hər cür ekstremist fəaliyyətin alovlanmasında əsas rol oynadığını deyib. Son məlumatlara əsasən, ifrat sağçı fəalların sayı 33.900-ə yüksəib. Almaniyanın imperialist və qeyri-demokratik dəyərlərinə bağlı olduğunu iddia edən revanşist “Reichsburger” qrupunun üzvlərinin sayı isə artıq 21.000-ə çatıb. Bundan başqa, sol radikal qanadın da gücləndiyi görünməkdərir. Federal kəşfiyyatın təsbitlərinə görə, hazırda 34700-dən çox gənc sol ekstremistlərə qoşulub. Almaniyanın hüquq-mühafizə orqanları dini zəmində radikal qrupların aktivliyinin zəiflədiyinə diqqət çəkiblər. Musavat.com
|
Dünya
|
ABŞ prezidenti Co Bayden yanvarın 19-da mətbuat konfransı keçirəcək. APA-nın xəbərinə görə, bu barədə Ağ Evin sözçüsü Cen Psaki məlumat verib. Psaki əlavə edib ki, mətbuat konfransı Vaşinqton vaxtı ilə saat 16.00-a nəzərdə tutulub. Bununla belə, sözçu Baydenin toxunacağı məsələləri açıqlamayıb.
|
Dünya
|
İran üçün regionda geosiyasi dəyişikliklər qəbuledilməzdir, Tehran sülh və sabitliyin təmin edilməsi, eləcə də Qafqaz regionunun böyüməsi və inkişafı üçün bütün imkanlarından istifadə etməyə hazırdır. Qaynarinfo "Sputnik Ermənistan"a istinadla xəbər verir ki, bunu İran prezidenti İbrahim Rəisi Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı deyib. İran prezidentinin saytı xəbər verir ki, son vaxtlar regionda vəziyyətin gərginləşməsindən danışan Rəisi üçtərəfli bəyanatın müddəalarına əməl olunmasının zəruriliyini bildirib. İran prezidenti hesab edir ki, "yerdə qalan məsələlərin dialoq və diplomatiya yolu ilə həlli Qafqazda rahatlıq və təhlükəsizlik yaratmaq üçün ən yaxşı yoldur”. Raisi iki ölkə arasındakı münasibətləri tarixi və dərin kimi səciyyələndirərək, İrəvan və Tehran arasında davamlı iqtisadi əməkdaşlıq səviyyəsinin artırılmasının vacibliyini vurğulayıb. Öz növbəsində Ermənistanın baş naziri Nikol Paşinyan İran prezidentini təmas xəttində baş verən son toqquşmalar barədə məlumatlandırıb. Ermənistan hökumətinin başçısı İrəvanla Tehran arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edərək, Ermənistanın iki ölkə arasında yüklərin tranzitini asanlaşdırmaq və infrastruktur - nəqliyyat və enerji sahəsində əməkdaşlığı genişləndirmək imkanlarını vurğulayıb. Xatırladaq ki, iyulun 19-da İranın ruhani lideri Əli Xamneyi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə Tehranın Ankara və Bakının İran və Ermənistan sərhədini bağlamaq siyasətinə qarşı çıxacağını bildirmişdi.
|
Dünya
|
Yaponiyanın mərkəzi bölgəsində ziddiyyətli xüsusiyyətlərə malik qeyri-adi zəlzələ baş verib. Ölkənin Meteorologiya İdarəsinin məlumatına görə, zəlzələnin maqnitudası 4,4 olub - bu, orta ölçülü afterşoklar üçün tipik göstəricidir. Lakin seysmik intensivliyin səviyyəsi Yaponiya şkalası üzrə altı olub ki, bu da adətən altı baldan yuxarı güclü zəlzələyə uyğun gəlir. Eyni zamanda hadisə yerində olan şahidlər orada güclü təkanların hiss olunmadığını vurğulayıblar. İstisna olunmur ki, məlumatların uyğunsuzluğu seysmoloqların avadanlıqlarında hansısa nasazlıqla bağlı ola bilər. Qeyd edək ki, bu həftə Yaponiya Meteorologiya Agentliyi bir dəfə səhvən yeni güclü zəlzələ barədə elan edib - elə həmin günün axşam saatlarında ölkənin mərkəzi hissəsini ilk güclü təkanlar silkələdiyi zaman seysmoloqlar maqnitudası yeddidən yuxarı olan afterşok barədə xəbərdarlıq ediblər. Bir neçə dəqiqə sonra Meteorologiya İdarəsi verilmiş məlumatları dəyişdirib və mesajın səhvən verildiyini vurğulayaraq üzr istəyib. Xatıreladaq ki, oxşar hadisələr əvvəllər də baş verib - bu çox vaxt seysmik aktivliyə nəzarət sistemlərinin işindəki nasazlıqlarla izah olunub.//Oxu.az
|
Dünya
|
Dünyanın aparıcı sosial şəbəkələri olan "Facebook", "Twitter" və "Snapchat"ın istifadəçilərinin sayı bu ilin II rübündə azalıb. "Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə şirkətlərin rüblük hesabatlarında bildirilib. Məlumata görə, ""Facebook"un 50 milyon istifadəçinin şəxsi məlumatların açıq şəkildə yayması, eləcə də ABŞ -dakı prezident seçkiləri kampaniyası zamanı bu sosial şəbəkədə yalan xəbərlərin yayılması onun gündəlik auditoriyasının 3, 275 mln. nəfər azalmasına gətirib çıxarıb. Bu ilin sonuna qədər daha 3 milyondan çox istifadəçinin bu platformadan istifadəni dayandıracağı gözlənilir. Mikrobloqlar servisi olan "Twitter"in istifadəçilərinin sayı isə rüb ərzində 1 mln. nəfər azalıb. "Snapchat" isə istifadəçilərinin sayının 3 mln. nəfər azaldığını bəyan edib və bunu ötən ilin noyabr ayında dizaynını dəyişdiyi mobil tətbiqinin istifadəçilərinin xoşuna gəlməməsi ilə izah edib.
|
Dünya
|
Bu dəqiqələrdə Türkiyə və İsrail heyətləri arasında Cenevrədə danışıqlar başlanıb. Avropa.info xəbər verir ki, bu haqda Türkiyənin NTV telekanalı məlumat yayıb. Məlumata görə, Türkiyə nümayəndə heyətinə xarici işlər nazirinin müşaviri Firudin Sinirlioğlu başçılıq edir. İsrail heyətini isə Benyamin Netanyahunun nümayəndəsi Cozef Cieçanover və Milli Təhlükəsizlik İdarəsinin məsləhətçisi Jakop Nagel təmsil edir. Qeyd edək ki, Türkiyə ilə İsrail arasında münasibətlər 2010-cu ildə "Mavi Mərmərə" gəmisinə edilən hücum səbəbindən kritik həddədir.
|
Dünya
|
Türkiyədə dövlət çevrilişinə cəhd zamanı 290 nəfər ölüb, 1400 nəfər yaralanıb. APA-nın məlumatına görə, bu barədə Türkiyə XİN-nin bəyanatında bildirilir. Hadisə nəticəsində 190-ı mülki şəxs və təhlükəsizlik qüvvələrinin əməkdaşı, 100 nəfər qiyamçı həlak olub. Bundan əvvəl, 161 nəfərin öldüyü, 1440 nəfərin yaralandığı bildirilirdi.
|
Dünya
|
Musavat.com-un Türkiyə informasiya qaynağına istinadən verdiyi xəbərə görə, Ankara heç bir hərbi əməliyyata qatılmayacaq və tamamən humanitar əməliyyatlara diqqət yönəldəcək. Bu haqda hökumətdəki mənbə deyib.Mənbə onu da əlavə edib ki, Ankara hazırda amerikalı və türkiyəli hərbçilər tərəfindən istifadə olunan İncirlikdəki ABŞ Hərbi Hava Qüvvələrinin bazasını koalisiyanın humanitar və loqistik əməliyyat keçirəcək istənilən üzvü üçün açıq edə bilər, ancaq heç bir halda terrorçulara aviazərbələr üçün istifadədən söhbət gedə bilməz. Musavat.com
|
Dünya
|
Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, Fransa Parlamentinin fəxri deputatı Jerom Lamber Senatın 157 saylı qətnaməsini pisləyib. "Report"un yerli bürosu bildirir ki, Azərbaycanın Dostları Assosiasiyasının bu gün yaydığı bəyanatda J.Lambert qətnamənin qisas almaq ruhunda yazıldığını bildirib. "Bu gün dialoq yolu ilə sülhün təmin edilməsinə çalışılmalıdır. Bunun əvəzində isə Senatın qəbul etdiyi mətn qisas almaq çağırışına bənzəyir. Beynəlxalq hüquqdan, ölkəmizin dünyanın bu regionundakı maraqlarından danışarkən təəsüf ki, Senat heç bir müsbət rol oynamaq istəmir. Öz ölkələrindən daha çox ekstremist olan erməni diasporunun lobbiçiliyi bizi bu gün çox səhv istiqamətə sürükləyir", - J.Lambert bildirib. O bildirib ki, belə qətnamələr dünyada sülhə mane olur, separatizmə yol açır: "Bu qətnamə Azərbaycanla Ermənistan arasında dialoqa, Fransa-Azərbaycan dostluq əlaqələrinin bərpasına böyük zərbə vurur", - Jerom Lamber qeyd edib.
|
Dünya
|
Türkiyənin Tekirdağ şəhərində zibil qutularının içərisində Fətullah Gülənə aid çox sayda kitab tapılıb.Musavat.com “DHA” agentliyinə istinadən xəbər verir ki, Türkiyədə çevrilşə cəhddən sonra başladılan istintaq işinin davam etdiyi bir vaxtda Tekirdağın Çorlu bölgəsində “Hizmət” hərəkatının lideri Fətullah Gülənə aid olan və müxtəlif vaxtlarda çap olunan kitablar ələ keçirilib. Ətrafda olan vətəndaşlar kitabların həmin zibilliyə bir avtomobillə gətirilib, atıldığını bildiriblər. Polis prokurorluğun göstərişi ilə kitabları incələmək üçün bölməyə aparıb. Araşdırma davam etdirilir.Aygün,Musavat.com
|
Dünya
|
Rusiyanın Nijeqorod vilayətinin Dzerjinsk şəhərində trolleybusla minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər ölüb, 3 nəfər yaralanıb. “Report” “RT”yə istinadən xəbər verir ki, məlumatı Vilayət Polis İdarəsininin Mətbuat xidməti yayıb. Ölənlərdən biri atovomilin 21 yaşlı sürücüsü, digərləri isə 20-22 yaşı gənclərdiir. Hadisə zamanı trolleybusun sürücüsü və 2 sərnişin yaralanıb. Yol qəzası ilə bağlı Rusiya Cinayət Məcəlləsinin nəqliyyat vasitələrinin istismrı zamanı yol hərəkəti qaydasının pozulması maddəsi üzrə cinayət işi başlanılıb.
|
Dünya
|
ABŞ-da dövlət qurumlarının 237 min əməkdaşının şəxsi məlumatları ölkənin Nəqliyyat Departamentində məlumatların sızması nəticəsində internetə düşüb. AZƏRTAC xəbər verir ki, bu barədə “Reuters” agentliyi departamentin ABŞ Konqresinə göndərdiyi məktuba istinadən məlumat yayıb. Məktubda bildirilir ki, məlumatlar təhlükəsizliyinin pozuntusu "TRANServe"in müavinət emalı sisteminə təsir edib, bu sistem digər şeylərlə yanaşı, dövlət işçilərinə yol xərclərinin bir hissəsini ödəyir. Məlumatların cinayət məqsədləri üçün istifadə edilib-edilmədiyi məlum deyil. Məlumatda bildirilir ki, insidentlə bağlı araşdırma başlanıb və təhlükəsizlik bərpa olunana qədər "TRANServe" sisteminə giriş dondurulub.
|
Dünya
|
İsveçrənin federal prokurorunun qərarı ilə Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçə və onun yaxınlarına məxsus olduğu ehtimal olunan bank aktivləri dondurulub. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, prokurorluqda çirkli pulların yuyulması ilə bağlı 5 cinayət işi açılıb. Araşdırma nəticəsində dondurulan hesablardakı məbləğin 170 milyon İsveçrə frankı (140 milyon avrodur).
|
Dünya
|
“Space X” kosmik şirkətinin təsisçisi və rəhbəri İlon Mask gələcəkdə çox sayda insanın Marsa uça biləcəyini açıqlayıb. Onun sözlərinə görə, bunun üçün həmin şəxsin evini satıb, satışdan əldə etdiyi gəlirə kosmik uçuş bileti alması kifayət edəcək. Bu barədə “Hi-News” məlumat yayıb. Şirkət rəhbəri Marsa səyahət edəcək insanlara xüsusi bonus da təklif edib. Mask Qırmızı planetdən Yerə qayıtmağa görə heç bir haqqın tutulmayacağını deyib. “Twitter”də izləyicilərindən birinin sualını cavablandıran Mask Mars və ya Aya şirkətin hazırladığı kosmik gəmilərlə uçuş qiymətinin kosmik uçuşların həcmindən asılı olacağını dilə gətirib. “Əminəm ki, bir gün Marsa uçuş 500 min dollardan az, bəlkə hətta 100 min dollardan az başa gələcək”, - deyə Mask yazıb. “Space X” şirkəti gələcəkdə “Starship” gəmilərinin köməyi ilə bir uçuşa yüzlərlə insanı Marsa çatdırmaq niyyətindədir. Bu yaxınlarda şirkət ən güclü dartıcı qüvvəsi olan “Raptor” mühərrikinin alovlandırma sınaqlarını keçirib. Həmin raketlərdən mart ayında suborbital sınaq uçuşlarında istifadə olunacaq.
|
Dünya
|
“Qərb ölkələrinin Rusiyaya qarşı apardığı hibrid müharibənin məqsədləri onu döyüş meydanında məğlubiyyətə uğratmaq və iqtisadiyyatı məhv olmuş yararsız dövlətə çevirməkdir”. Azpost.info xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasında çıxışı zamanı bildirib. Lavrov qeyd edib ki, düşmənlərin Rusiyanı təcrid etmək cəhdləri baş tutmayıb: “Qərb Rusiyanı təcrid edə bilməyib və dost olmayan ölkələr bunu etiraf etməyə məcburdur. Prezident Vladimir Putinin milli maraqların müdafiəsi və eyni zamanda Rusiyanı geniş, bərabərhüquqlu, beynəlxalq əməkdaşlığa açmaq üçün təsdiq etdiyi xarici siyasət kursu öz səmərəliliyini sübut edir”.
|
Dünya
|
Rusiyada bir müddət əvvəl yağan qara qarın ardından, indi də yaşıl qar yağıb. Rusiya mediasının verdiyi məlumata görə, buna səbəb xrom fabrikindən sızan kimyəvi tullantılar olub. Bu hal Pervouralsk sakinlərini təşvişinə səbəb olub. Onlar qarın zəhərli ola biləcəyini düşünərək bayıra ancaq maska ilə çıxırlar. Xatırladaq ki, bir müddət əvvəl də Novokuznets şəhərində kömür mədənində problemlə əlaqədar qara qar yağmışdı./faktxəbər
|
Dünya
|
Britaniya Avropa İttifaqından çıxmağa (Brexit) hazırlıq məqsədi ilə büdcədən 3 milyard funt sterlinq ayırıb. “Report” xəbər verir ki, bu bardə Krallığın maliyyə naziri Filipp Xammond “Tvitter” səhifəsində yazıb. O qeyd edib ki, bu son məbləğ deyil. Britaniya 2019-cu il martın 29-da Avropa İttifaqından çıxacaq.
|
Dünya
|
ABŞ-ın Nyu York ştatının Sirakyus şəhəri yaxınlığında turistlərlə dolu avtobus yük maşını ilə toqquşub. APA-nın “İTAR TASS”a istinadən verdiyi xəbərə görə, qəza nəticəsində 27 nəfər xəsarət alıb. Qəzanın səbəbi hələlik müəyyənləşdirilməyib. Məlumata görə, Torontodan Nyu Yorka hərəkət edən avtobus yol kənarında dayanmış yük maşınına çırpılıb. Yük maşının sürücüsü yolda baş vermiş digər qəzanın iştirakçılarına yardım etmək məqsədilə maşını saxladığı bildirilir.
|
Dünya
|
Rusiyada yaşlılar və əlillər üçün nəzərdə tutulmuş pansionatda yanğın baş verib. APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, yanğın pansionatın üçüncü mərtəbəsində yerləşən istirahət otağındakı televizor və mebelin yanması ilə başlayıb. İvanovsk vilayətində baş vermiş hadisə nəticəsində 7 nəfər xəsarət alıb, 2 nəfər ölüb. 112 nəfər təxliyə edilib. Hadisə ilə bağlı araşdırma aparılır.
|
Dünya
|
Almaniya kansleri Angela Merkeldən prokurorluğa şikayət olunub.Musavat.com xəbər verir ki, bu barədə məlumat Almaniya mətbuatında yer alıb.Almaniya üçün Alternativ Partiya (AFD) tərəfindən Berlin prokrorluğuna edilən şikayətdə A.Merkel insan alverində ittiham olunur. AFD tərəfindən verilən açıqlamada A.Merkellə bağlı şikayətdə cəza qanununun 96-cı maddəsi əsas göstərilərək, xaricilərin qanundankənar şəkildə ölkəyə gətirildiyinin səbəb göstərildiyi vurğulanıb.Əgər bu ittihamlar təsdiq olunarsa, A.Merkelin 5 il müddətində azadlıqdan məhrum edilməsi və ya iri məbləğdə pul cəriməsi ödəməsi qaçılmaz ola bilər.Aygün Səfərli,Musavat.com
|
Dünya
|
Qeyri-leqal yolla Avropaya yetişmək istəyən miqrantların batması ilə nəticələnən irimiqyaslı gəmi qəzası baş verib. APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, Aralıq dənizində göyərtəsində miqrantlar olan gəmi batıb. Hadisə nəticəsində 400 nəfərin öldüyü bildirilir. Məlumata əsasən, ölənlərin əksəriyyəti Somali vətəndaşlarıdır. Hadisənin təfərrüatları müəyyənləşdirilir.
|
Dünya
|
“Boeing” Pentaqona öz müəssisələrində Ukrayna üçün bomba istehsal etməklə bağlı təklif göndərib. Azpost.info xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Şirkət Kiyevin mövcud raketlərinə quraşdırıla bilən ucuz, kiçik ölçülü dəqiq idarə olunan mərmilər – kiçik diametrli yer bombaları istehsal etməyə hazır olduğunu deyib. Agentlik qeyd edir ki, bu, Ukraynaya təmas xəttindən xeyli kənarda zərbə endirməyə imkan verə bilər. Mənbələrin “Reuters”ə verdiyi məlumata görə, “Boeing”in təklif etdiyi sistem Ukrayna üçün yeni hərbi sursatların buraxılması üzrə onlarla plandan biridir.
|
Dünya
|
Türkiyə polisi terror təşkilatlarının fəaliyyətində iştirak etməkdə şübhəli bilinən 600 nəfərə yaxın insanı saxlayıb."Report" RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə baş nazir Əhməd Davudoğlu Ankarada verdiyi açıqlamasında bildirib."Bu günə qədər əməliyyatlar ölkənin 22 əyalətində keçirilib, üç terror təşkilatının fəaliyyətində iştirak etməkdə şübhəli bilinən və milli təhlükəsizlik üçün potensial təhlükə yaradan 590 nəfər həbs olunub", - baş nazir bildirib.
|
Dünya
|
Rusiya Federasiyasının Stavropol diyarında sərnişin avtobusu ilə yük maşını toqquşub. Trend-in "TASS"a istinadən evrdiyi məlumata görə, Həştərxan-Elista-Stavropol avtomobil yolunun 420-ci kilometrində baş verən qəza nəticəsində 5 nəfər həlak olub, 14 nəfər xəsarət alıb. Bildirilir ki, qəza zamanı avtobusda 23 nəfər olub. Xəsarət alanların sərnişinlər olduğu qeyd edilir. Onlar rayonun mərkəzi xəstəxanasına çatdırılıblar. İlkin məlumata əsasən, qəzaya səbəb sərnişin avtobusunun qarşı hərəkət zolağına çıxması olub.
|
Dünya
|
Suriyanın Latakiya vilayətinin Cəbəl Əkrad bölgəsində fəaliyyət göstərən müxalif qruplaşmalar Reşu dağına nəzarəti yenidən ələ keçirib. Axar.az xəbər verir ki, sözügedən bölgəyə doğru hücuma keçən Əsəd qüvvələri müxaliflərin sərt müqaviməti ilə qarşılaşıblar. Əks-hücuma keçən müxalif qüvvələr Reşu dağını ələ keçirməyi bacarıb. Məlumata görə, Reşu dağı 3 gün əvvəl Əsəd qüvvələri tərəfindən geri alınmışdı. Qeyd edək ki, sözügedən dağ Künssübe qəsəbəsinə nəzarət baxımından strateji əhəmiyyət daşıyır.
|
Dünya
|
Son 24 saat ərzində Pakistanda COVID-19-dan 110 nəfər dünyasını dəyişib və ölənlərin sayı 2839-a çatıb. AZƏRTAC xəbər verir ki, son gündə ölkədə koronavirusa 4443 nəfər yoluxub və virus daşıyıcılarının sayı 148 min 4921 nəfərə çatıb. Pandemiya dövründə Pakistanda 56 min 390 nəfər sağalıb, ölkə xəstəxanalarında 89 min 692 xəstə var.
|
Dünya
|
Fransanın ifrat sağçılarının lideri Marin Le Pen Avropa Birliyinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların səmərəsiz olmasından və ölkədə inflyasiyaya gətirib çıxarmasından şikayətlənib. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, bununla bağlı fikirlərini “BFM TV”də bölüşüb. "Rusiyaya qarşı sanksiyalar səmərəsiz oldu... Biz nefti Hindistandan alırıq, o da onu ruslardan alır. Nəticədə bu sanksiyalar Rusiyanı zənginləşdirir. Daha doğrusu, Rusiyadan çox fransızlara sanksiya qoyurlar", - deyə Marin Le Pen bildirib. Qeyd edək ki, opponentləri tərəfindən Putin rejiminə hədsiz sədaqətlə bağlı suçlamalara Le Pen yalnız Fransanın maraqlarından çıxış etdiyini söyləməklə kifayətlənib. Musavat.com
|
Dünya
|
Gürcüstanın Marneuli rayonunun Sadaxlı kəndində azərbaycanlı xalq qəhrəmanı, sərkərdə Xudu Borçalıya abidə ucaldılacaq. Bunu “Report”un yerli bürosuna açıqlamasında Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin müşaviri Giorgi Gegeçkori bildirib. O deyib ki, X.Borçalı Sadaxlıda anadan olub və onun abidəsinin məhz həmin kənddə qoyulması məqsədəuyğundur: “Bu yaxınlarda Sadaxlı kəndinə səfər olunacaq və heykəlin qoyulacağı yer müəyyən ediləcək. Abidənin tezliklə ucaldılmasına nail olmağa çalışırıq. Ümid edirəm ki, yaxın gələcəkdə Xudu Borçalının abidəsinin açılışı olacaq. Bu abidə Gürcüstan və Azərbaycan xalqları arasında qardaşlıq və dostluğu təcəssüm etdirəcək”. Qeyd edək ki, X.Borçalı gürcü çarı II İraklinin yaxın dostu olub. Gürcüstanın işğalçılardan azad olunmasında azərbaycanlı sərkərdənin böyük xidmətləri olub. X.Borçalının abidəsinin müəllifi tanınmış gürcü heykəltaraşı Giorgi Jqentidir. Abidənin layihəsinə əsasən, xalq qəhrəmanının heykəlinin arxa hissəsində Gürcüstan uğrunda canlarından keçmiş azərbaycanlıların ad-soyadlarının əks olunduğu lövhənin yerləşdirilməsi nəzərdə tutulub.
|
Dünya
|
Son zamanlar bütün diqqət sənaye şəhəri olan Baxmuta çevrilib, rus qoşunları oranı ələ keçirmək üçün hücumlarını gücləndiriblər. Ukraynanın Donetsk vilayətində yerləşən Baxmut Moskva üçün kritik əhəmiyyətə malikdir. Rusiya şəhəri ələ keçirsə, regionun digər şəhər mərkəzlərinə də yol açacaq. Üstəlik, 6 aydan sonra qazanılan qələbə ağır itki verən rus qoşunları üçün böyük ruh mənbəyi olacaq. Rusiya kimi Ukrayna üçün çox önəmli olan Baxmut son vaxtlar müqavimətin yeni simvoluna çevrilib, lakin Zelenski şəhərdə vəziyyətin getdikcə pisləşdiyini etiraf edib. Zelenskinin iqtisadi müşaviri Alexander Rodnyansky geri çəkilmək barədə anons verib: "Biz xalqımızın boş yerə ölməsinə icazə verməyəcəyik". Musavat.com xəbər verir ki, bu gün Vaqner qrupu aylardır şiddətli döyüşlərin getdiyi Baxmutu "de-fakto mühasirəyə aldığını" açıqlayıb. “Vaqner”in rəhbəri Yevgeni Priqojin şəhəri, demək olar ki, tamamilə mühasirəyə aldıqlarını bildirib. Priqojin Zelenskini şəhəri tərk etməyə çağırıb. Müharibənin əvvəlində Rusiyanın nəzarətində olan, lakin sentyabrda Ukraynanın geri qaytardığı Kupyansk şəhərinin də qismən boşaldılması çağırışı edilib. Musavat.com
|
Dünya
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.